Məhkəmə qərarları › İş №2(032)-1092/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1092/2024

21.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1092/2024 21.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(032)-1116/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 05 dekabr 2022-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdehdan hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında və həm də hər ay sabit pul məbləğində (ümumilikdə 235 manat) alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikah münasibətləri 11 noyabr 2021-ci il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Uşaq hazırda ananın himayəsindədir. Cavabdeh birgə nikah dövründə anadan olmuş uşağın saxlanması ilə əlaqədar maddi cəhətdən köməklik göstərmədiyindən, aliment məbləğinin tutulması ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən mediatora müraciət etmişdir. Mediasiya prosesində tərəflər arasında barışıq əldə edilmədiyindən, mediasiya prosesinin keçirilməsindən imtina edilmişdir. Lakin xx.xx.2023-cü ildən etibarən cavabdehlə birgə təsərrüfat aparmadıqlarından uşağın saxlanmasında çətinlikləri vardır. Cavabdeh uşağın saxlanması üçün heç bir maddi və mənəvi köməklik göstərməmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır və uşağın saxlanması üçün heç bir zəruri maddi yardım göstərmir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşağın da atasına qarşı ehtiyac və tələbatı artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Özü valideynlərinin himayəsində yaşamaqla, heç bir yerdə işləmir və başqa gəlir yeri yoxdur. Uşağın saxlanmasında maddi çətinlik çəkir. Ayrıldıqları vaxtdan valideynlərinin himayəsindədir. Bu müddət ərzində cavabdeh övladı ilə qətiyyən maraqlanmır. Bu müddət ərzində cavabdeh övladı ilə qətiyyən maraqlanmamış, maddi və mənəvi köməklik etməmişdir. Zərurətdən irəli gələrək Şirvan şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək uşağın saxlanması üçün aliment məbləğinin müəyyən edilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(032)-1116/202 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 17 iyul 2023-cü il tarixdən hesablanmaqla xx.xx.1988ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh hər ay uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bu müddət ərzində cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmamış və uşağın saxlanması üçün aliment məbləğindən əlavə heç bir zəruri maddi yardım göstərməmişdir. Uşağın bütün qayğısını, ehtiyacını özü çəkir. Böyüdükcə uşağın da atasına qarşı ehtiyac və tələbatları artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Dəfələrlə uşağın atası ilə ünsiyyətdə olmasına şərait yaradılması üçün cəhdləri uğursuz olmuşdur. Uşağın 1 yaşı tamam olduğu halda doğum günündə iştirak və ya təbrik etməmişdir. Cavabdeh “6 nömrəli X2” MMC-də sahə ustası işləməklə aylıq 589 manat əmək haqqı alır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Həmçinin İddiaçı məhkəməyə teleqram ünvanlayaraq himayəsində azyaşlı uşağın olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alıb, iclasın onun iştirakı olmadan keçirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh etiraz təqdim edərək, etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(032)- 1116/202 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 17 iyul 2023-cü il tarixdən hesablanmaqla xx.xx.1988-ci ildə anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan ondan hər ay uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Dəfələrlə övladı ilə görüşə gedərək ona qayğı göstərmək, uşağı ilə birlikdə xoş vaxt keçirmək və uşağın mənəvi təlabatlarını ödəmək üçün gəzintiyə çıxartmaqla onunla xoş vaxtlar keçirtmək istəsə də, iddiaçı tərəfindən maneələr yaradılmışdır. İddiaçı uşağa qulluq etməklə heç bir yerdə işləyə bilmədiyi halda mövqeyi aliment uşağın saxlanılması üçün ödənilir. Lakin iddiaçı işləməkdə çətinlik çəkərək ehtiyac meyyarını tamamlamaq üçün ünvanlı dövlət sosial yardımı almaq üçün müvafiq orqana müraciət edə biləcəyi təqdirdə bu günə kimi addımı atmaması maddi vəziyyətinin yaxşı olmasında xəbər verir. Hazırda maaşı 318 manat təşkil edir. Əlavə gəlirləri ilə bağlı hissədə iddiaçı heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa bu günə kimi övladının çətinlik çəkməməsi üçün kredit borcu olsa da, qeyd olunan aliment məbləğini borc tapmalı olsa da gecikdirməmişdir. Az məvacibə işləməyi bugünki günə onu çox borclandırıb. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 816034 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2022-ci i il tarixdə Şirvan şəhərində doğulmuşdur. Onun atası Cavabdeh oğlu, anası İddiaçıdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 1116/2023 saylı qətnaməsi ilə qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 17 iyul 2023-cü il tarixdən hesablanmaqla xx.xx.1988-ci ildə anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh hər ay uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh şəxsi məlumatlarından çıxarışdan görünür ki, o, “6 №-li X2” MMC-də sahə ustası vəzifəsində çalışır və əmək haqqı 589 manatdır. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin artırılması qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e- 2(032)-1116/2023 saylı qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 17 iyul 2023-cü il tarixdən hesablanmaqla xx.xx.1988-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh hər ay uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilərək artırılması, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.1988-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında və həm də hər ay sabit pul məbləğində (ümumilikdə 235 manat) alimentin tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar