Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-111/2025 14.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2604.14 (iki min altı yüz dörd manat on dörd qəpik) manat pulun alınaraq Azərbaycan Respublikası DİN-nin BİKİ-nin “AZE 29CTRE********************” nömrəli hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2000-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cavabdeh mudafiəçisi X4 tərəfindən Şirvan şəhər Məhkəməsinə Cavabdeh barəsində seçilmiş həbs qismində qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət verilmişdir. Şirvan şəhər Məhkəməsinin 4(032)-338/2023 saylı 28 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cavabdeh barəsində seçilmiş həbs qismində qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair müdafiəçisi X4 tərəfindən verilmiş vəsatət təmin edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Cavabdeh barəsində ev dustaqlığında saxlama müddəti 20 fevral 2024-cü il tarixədək muəyyən edilmiş, ev dustaqlığında olduğu müddətdə Cavabdeh üzərinə Şirvan şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Təqsirləndirilən şəxs Cavabdeh üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, onun davranışına nəzarəti həyata keçirən orqanın nəzarət telefon zənglərinə və ya digər nəzarət siqnallarına cavab vermək kimi əlavə vəzifələr qoyulmuşdur. Təqsirləndirilən şəxs Cavabdeh davranışına nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İddiaçınə həvalə edilmişdir. Təqsirləndirilən şəxs Cavabdeh 01 fevral 2024-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, 09 fevral 2024-cü il tarixdə elektron qolbağı korlaması müəyyən edilmişdir. Həmin qolbağın Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsinin 08 aprel 2024-cu il tarixli arayışına əsasən Cavabdeh tətbiq olunan elektron qolbaq yarasız vəziyyətə salınması nəticəsində balans dəyəri 2604,14 manat zərər vurulduğu göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Cavabdeh tərəfindən vurulmuş 2604,14 manat maddi zərər tələb edilməsinə baxmayaraq sonuncu tərəfindən vurulmuş ziyan ödənilməmişdir. Borclu tərəfindən vurulmuş ziyan ödənilmədiyindən mübahisənin həlli üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək bildirdi ki, ona barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin icrasının təmin edilməsi məqsədi ilə tətbiq edilmiş olan elektron nəzarət vasitəsi onun tərəfindən istifadə olunarkən zədələnmişdir. Hazırda iddia tələbini qəbul edir və ondan dəymiş zərərinə əvəzi olaraq 2604,14 manat pulun tutulmasına etirazı yoxdur. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin İddiaçınə ünvanladığı xx.xx.32024-cü il tarixli 3-13-4/2- 3208/2024 nömrəli məktubda qeyd edilmişdir ki, Şirvan ŞPŞ tərəfindən istintaqı aparılan cinayət işləri üzrə təqsirləndirilən Şirvan şəhər sakinləri X1 və Cavabdeh məhkəmə qərarlarına əsasən müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə BCAİ-yə bilavasitə tabe olan X2 nəzarətə götürülmüşlər. İzləmə prosesində S.Zeynalovanın xx.xx.2024-cü il tarixdə, Cavabdeh isə xx.xx.2024-cü il tarixdə üzərlərində olan elektron qolbağı korlamaları müəyyən edilmiş, həmin faktlarla bağlı Şirvan ŞPŞ-nin aidiyyəti əməkdaşlarına məlumat verilməsinə baxmayaraq normativ aktların tələblərinə uyğun tədbir görülməmişdir. Göstərilənlər nəzərə alınaraq, S.Zeynalova və Cavabdeh tərəfindən yararsız hala salınmış elektron qolbaqların dəyərinin onlardan tutulması üçün (“Mahrek” şirkətinin istehsalı olan nəzarət vasitəsinin qiyməti və pulun köçürüləcəyi hesab nömrəsi barədə BİKİ-dən lazımi arayışlar alınmaqla) mülki qanunvericiliyə uyğun olaraq iddia qaldırılması və görülmüş işlər barədə 10 gün müddətində BCAİ-yə məlumat verilməsi xahiş olunur. İş materiallarında olan DİN-in BİKİ-nin Maliyyə bölməsinin xx.xx.2024-cü il tarixli arayışında görünür ki, elektron qolbağın bir ədədinin dəyəri 2604,14 (iki min altı yüz dörd manat 14 qəpik) qeyd edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(032)- 338/2023 nömrəli qərarında görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cavabdeh barəsində seçilmiş həbs qismində qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair müdafiəçisi X4 tərəfindən verilmiş vəsatət təmin edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Cavabdeh barəsində ev dustaqlığında saxlama müddəti 20 fevral 2024-cü il tarixədək muəyyən edilmiş, ev dustaqlığında olduğu müddətdə Cavabdeh üzərinə Şirvan şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Təqsirləndirilən şəxs Cavabdeh davranışına nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İddiaçınə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə ünvanladığı ərizədə İddiaçı ona qarşı olan iddia tələbini qəbul etdiyini və ondan 2604,14 manat pulun tutularaq Azərbaycan Respublikası DİN-in BİKİ-in hesabına köçürülməsinə etiraz etmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı mülki iş üzrə Cavabdeh barəsində seçilmiş olan həbs qətimkan tədbiri Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(032)-338/2023 nömrəli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və şəxsə elektron nəzrət vasitəsi tətbiq edilmiş, həmin elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması vəzifəsi isə istifadəçiyə həvalə edilmişdir. İşin faktiki hallarından görünən odur ki, elektron nəzarət vasitəsi cavabdeh tərəfindən istifadəsi zamanı zədələnmiş və nəticədə elektron nəzarət vasitəsi yararsız hala gətirilmişdir. Elektron nəzarət vasitəsinin yararsız hala gətirilməsi nəticəsində dəymiş zərər isə 2604,14 (iki min altı yüz dörd manat 14 qəpik) manat təşkil etmişdir. Eyin zamanda məhkəmə iclasında cavabdehin vermiş olduğu izahatından elektron nəzarət vasitəsinin yararsız hala gəlməsinin onun təqsiri nəticəsində baş verməsi aşkar edilmişdir. Göründüyü kimi qeyd edilən qurğunun tam işlək vəziyyətdə saxlamaq hazırkı mülki iş üzrə cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur. Lakin həmin qurğu cavabdeh tərəfindən işlək vəziyyətdə saxlamamış və bununla da, iddiaçı məxsus olan əmlakın zədələnməsi nəticəsində iddiaçıya zərər dəymişdir. Hazırda iddiaçı dəymiş zərərin əvəzinin ödənilməsini xahiş edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində rüsum ödənilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olduğundan iddia ərizəsinin verilməsi ilə bağlı ödənilməli olan 46,05 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2604.14 (iki min altı yüz dörd manat on dörd qəpik) manat pul alınaraq Azərbaycan Respublikası DİN-nin BİKİ-nin “AZE 29CTRE********************” nömrəli hesabına köçürülsün. Cavabdeh 46.05 manat dövlət rüsumu alnaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-111/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-111/2025
14.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver