Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1114/2023 17.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət və pul tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qızıl-zinət və pul tələbinə dair iddia ərizəsi Şirvan şəhər Məhkəməsinə xx.xx.2023-ci il tarixdə daxil olmuşdur. Daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmiş, iddia ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, cavabdehin və işdə iştirak edən digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Təqdim olunmuş iddia ərizəsi və əlavə olunmuş sənədlərdə iddiaçı tərəfindən cavabdehin rəsmi yaşayış yerini müəyyən edən hər hansı sənəd olmadığından cavabdeh barədə məlumatlar elektron məhkəmə sistemi vasitəsilə sorğulanmış və elektron məhkəmə portalından çıxarışdan məlum olmşdur ki, Cavabdeh rəsmi yaşayış yeri Sabirabad rayonu, Nizami ərazi dairəsi, Hacıbəbir kəndidir. Beləliklə, məhkəmə İddiaçı Cavabdeh qarşı qızıl-zinət və pul tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə qanunun tələbinə uyğun verilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı qızıl-zinət və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi zamanı ödənilmiş 75 manat dövlət rüsumu (23230, **********) iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən müvafiq ərazi məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-1114/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1114/2023
17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver