Məhkəmə qərarları › İş №2(032)-113/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-113/2024

16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-113/2024 16.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Alışova Arzu Tahir qızının katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 1000 manat maddi ziyan və dövlət rüsumu kimi ödədiyi 30 manat, cəmi 1030 manat məbləğində pulun X1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 tanıyır, Maqsud 2023-cü ilin mart ayında ona məxsus olan su matorunu 1000 manata ondan nisyə alıb aparmışdır. Ona demişdir ki, may ayında əkdiyi arpanı biçib onun matorunun 1000 manat pulunu verəcəkdir. Aradan bir müddət keçəndən sonra Maqsud ona zəng edib demişdir ki, “allah ölənlərinə rəhmətə etsin səndən aldığım matorla 4 ha arpa sahəsini suladım çox yaxşı işləyir”. Aradan bir müddət keçəndən sonra Maqsud yenə ona zəng demişdir ki, ondan aldığı su matorunu yandırmış, bunun ona heç bir aidiyyatı yoxdur, onun öz işidir. Arpanı biçib onun su matorunun pulunu verəcəkdir. Maqsud arpanı biçib qurtarmış, amma onun su matorunun pulunu verməmişdir. Ondan bir xəbər çıxmadığı üçün Maqsuda zəng edib matorun pulunu niyə gətirmədiyini soruşmuş, ona demişdir ki, anası rəhmətə gedib başı qarışıqdır, hüzürü yola verib onun pulunu qaytaracaqdır. Aradan bir müddət keçəndən sonra Maqsuda yenə zəng etmiş, o da bildirmişdir ki, qızı nişanlıdır, onu gəlin köçürüb quratarandan sonra pulunu verəcəkdir. Bunlardan bir müddət sonra yenə Maqsuda zəng etmiş, o isə telefonunun zənglərinə cavab verməmişdir. Ağ rəngli “Qazel” markalı maşınla matoru götürüb aparan vaxtı bacısı X8 da onların yanında olmuşdur. Hadisə barədə Şirvan şəıhərində yaşayan böyük qardaşı Vidadiyə məlumat vermiş, Vidadi Maqsudla görüşüb matorunun puunun nə üçün vermədiyini soruşmuş, həmin vaxt Maqsud bildirmişdir ki, su matorunun xarab olan hissəsini sifariş etmiş, 2-3 günə matoru düzəldib satacaqdır və onun pulunu qaytaracaqdır. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Maqsud su matorunun pulunu vermir, dedikləri sözə əməl etmir. Bundan sonra 20 sentyabr 2023-cü il tarixində Sabirabad rayonunun Qaragüney polis bölməsinə Maqsud Mütəllimovun hərəkətlərindən şikayət etmiş, ona xx.xx.2023-cü il tarixində yazılı məktub verərək bildirmişlər ki, müraciətində qeyd etdiyi xüsusatlar mülki iş olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuş, bundan sonra Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh X9 məhkəmə iclasında izahatında iddianı qismən qəbul edərək bildirdi ki, İddiaçı həmin matoru aprel ayında 1000 manata almış, matoru gedib iki gün işlətmiş, sonra həmin matorda problem olduğundan yanmış, Şöhrət zəng edib ondan matorun pulun istəyəndə, anasının rəhmətə getdiyini, hüzürü düşdüyündən biraz gözləməli olduğunu demiş, həmin matoru ustaya vermiş, neçə müddətdir ki, matorun ehtiyyat hissələri tapılmamışdır. İki üç gün olar ki, ehtiyyat hissələrini tapılmış və su mator hazırda düzəlib, əvvəlkindən daha yaxşı vəziyyətdə işləyir, əgər satılsa həmin pulu geri qaytara bilər, ya da matoru geri götürsün. Hal-hazırda həmin pulu ödəməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə anadan olmuşdur və hazırda Sabirabad rayonu, Qarağac kəndində qeydiyyatdadır. İşdə olan AA2694403 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1972-ci ildə anadan olmuşdur və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.1-ci maddəsinə görəiddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi ki, cavabdeh iddiaçıdan su matorunu 1000 manata nisyə almış, cavabdeh matorun pulunu qaytaracağını vəd versə də, iddiaçıya pulu qatarmamışdır. Tərəflər arasında mövcud əşyanın satılması ilə bağlı nisyə alğı-satqı müqaviləsi bağlanmasa da, işin faktiki hallarından görünür ki, tərəflər əşyanın satılması ilə bağlı şifahi razılığı olmuşdur. Bu səbəbdən də, hazırkı hüquq münasibətlərinə nisyə alğı-satqı müqaviləsinin şərtlərinin tətbiq edilməsi üçün maddi əsaslar mövcuddur. Həmçinin prosessual əsaslar olaraq məhkəmə cavabdehin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, cavabdeh X1 1000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş olan 34 manat dövlət rüsumu cavabdehlər X3 və X5 müştərək qaydada İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 1000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilkdə 1030 (min otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar