Məhkəmə qərarları › İş №2(032)-1131/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1131/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1131/2023 13.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2952 manat borcun və 50 manat dövlət rüsumunun, cəmi 3303 manat pulun alınb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh Beyləqan rayonunda “N” saylı hərbi hissəsində işləyən zaman tanımış və yaxın münasibələri olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixdə onun yanına gələrək ona 3000 manat pul lazım olduğunu demiş, həmin vaxt Cavabdeh 3000 manat borc vermiş və o, öz xətti ilə qəbz yazaraq söz vermişdir ki, aldığı 3000 manat borc pulu hissə-hissə qaytaracaqdır. İki ay olar ki, ondan borc aldığı 3000 manatdan cəmi 48 manat qaytarmışdır. Lakin bu günə kimi Cavabdeh ondan borc aldığı 2952 manatı qaytarmamışdır. Sonuncu borclu olduğu 2952 manat pulunu qaytarması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda pulunu qaytaracağını bildirərək onu aldadır. Hazırda cavabdeh hərbidə işləyir və yüksək maaş alır. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2800 manat pul tələbinə dair iddianın təmin edilməsini xahiş etmiş və məhkəmə iclasının onun iştirakı olmadan baxlmasına etiraz etmədiyini, rüsumun ona aid edilməsini məhkəmədən xahiş edərək bu barədə ərizə təqdim etdi. Cavabdeh iddia tələbini etiraf edərək, xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianın təmin edilməsinə etirazı olmadığını bildirdi və bu barədə ərizə təqdim etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Cavabdeh məhkəməyə yazılı ərizə verərək, iddiaçı X1 ona qarşı olan iddia tələbini qəbul etdiyini və iddiaçıya 2952 manat borcu olduğunu etiraf etmiş, eyni zamanda məhkəmə tərəfindən də iddianın etirafının hüquqi nəticələrinin ona izah olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1 və 191.3-cü maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində isə təsbit edilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın etiraf edilməsinə əsaslanmaqla iddia tələbi təmin edilməlidir. Belə ki, iddianın etirafı prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı ərizə şəklində edilmiş və cavabdehin iradəsini əks etdirmişdir. Hazırki işdə iddianın cavabdeh tərəfindən etiraf edilməsində hər hansı qanuna zidd məqam yoxdur və bu etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini də pozmur. Çünki bu etirafla cavabdeh yalnız özü üçün borc öhdəliyi yaratmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2800 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar