Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1137/2023 18.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3300 manat pulun və ödənilmiş 53 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağladığı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, o, cavabdehə 1 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixinədək geri qaytarmaq şərtilə 3300 AZN məbləğində borc vermişdir. Belə ki, cavabdehlə bağlanmış kredit müqaviləsinin 2-ci maddəsinə əsasən, “Borc alan” krediti xx.xx.2023-cü tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8-ci maddəsinə görə “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Lakin cavabdeh müqavilənin qeyd edilən şərtlərini pozaraq kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin ona hazırki tarixə 3300 manat borcu qalmışdır. İddiaçı vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianı qəbul etməyərək əvvəllər "xxxx" MMC şirkətində sürücü işlədiyini bildirmişdir. İddiaçı heç bir borc almadığını, sadəcə olaraq onun kimi digər sürücülərə də ağır tonnajlı yük avtomobilinin (tır) təhvil verilməsi zamanı onlarla gətirəcəkləri yükün həcmi məbləğində borc müqaviləsinin bağlanmasını, onların da məcbur qalıb imza etdiklərini bildirmişdir. Müqaviləyə iddiaçının tanış notariusunda imza etdiyini, pulu iddiaçıda olmasını və müqavilə imzalandıqdan sonra da onda dərhal sonra yük avtomobilinin ona təhvil verildiyini və Gürcüstana yola düşdüyünü bildirmişdir. O əsasən Rusiya, Gürcüstan və Türkiyə ərazilərinə işləmişdir. Lakin bütün bu dövrdə ona maaş verilməmiş, o da məcbur olub Azərbaycan-Gürcüstan sərhəddində avtobusu qoyub qayıtmışdır. Onlar arasında iş münasibətlərinin olmasını bank ödəniş sənədinə əsasən Vüqara Gürcüstan ərazisindən 1297 dollar pul göndərməsi də sübut edir. həmçinin də Vüqala telefonla danşanda da sonuncu ona deyil, şirkətə borcunun olmasından danışır. Bu halı digər sürücülər də təsdiqləyə bilərlər. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin əslindən görünür ki, İddiaçı Cavabdeh 3300 (üç min üç yüz) manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc vermiş, Cavabdeh krediti xx.xx.2023-cü il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə Cavabdeh ünvanlanmış pretenziyanın surətindən görünür ki, borclu Cavabdeh 3300 manat məbləğində borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdeh borcunun ödənilməsi ilə əlaqədar məlumatlandırılmışdır. xx.xx.2023-cü il tarixli “Zolotaya Karona” qaiməsinin sürətindən görünür ki, Gürcüstan- Tbilisinin bankı olan “JSC Liberty Bank” vasitəsilə Cavabdeh 1290 ABŞ dolları məbləğində pulu İddiaçı göndərmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-484/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair ilk iddiası qismən təmin edilmiş, cavabdeh X1 3400 manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 54 manat pul və vəkil xərcinin əvəzi kimi 243,50 manat pul alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddia isə rədd edilməsi qət edilmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1124/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Şahid1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, Rəcəbov X5 rayon 1 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə əsasında Şahid1 (xx.xx.2021ci il tarixdə "Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçmişdir), xx.xx.2023-cü il tarixli müqavilə əsasında Cavabdeh (xx.xx.2023-cü il tarixdə "Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçmişdir) və xx.xx.2023-cü il tarixli müqavilə əsasında X2 (xx.xx.2023-cü il tarixdə "Samur” dövlət sərhədindən buraxılış məntəqəsindən Rusiya Federasiyası ərazisinə keçmişdir) borc vermişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də sürücü işləyir. Dövlət Vergi Xidmətinin saytından çıxarışdan görünür ki, sonuncu dəyişiklik xx.xx.2023-cü il tarixdə edilməklə "R Group Azerbaijan” MMC-nin qanuni təmsilçisi X3 əmisi oğlu X4r X6 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh müraciəti əsasında Xidmətin Abşeron Xızı Regional Şöbəsində araşdırma aparılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, faktiki olaraq Rəmiş Cəfərovun rəhbəri olduğu "R Group Azerbaıjan” Məhdud Məsuliyyətli Cəmiyyətində ağır tonnajlı nəqliyyat vasitələrini idarə edir. İşə qəbul edildikdən sonra onunla formal olaraq Rəmişin işçisi İddiaçı arasında borc müqaviləsi bağlanmışdır. Bunun səbəbi isə guya başqa ölkələrə daşınılmalı olan malların gələcəkdə təhvil verilməsində və alınmış vəsaitlərin qaytarılmasında problemlərin olmaması üçün qabaqlayıcı tədbir kimi olmuşdur. X8 şirkətində sürücü kimi işə başlayarkən işin xüsusiyyəti ondan ibarət olmuşdur ki, xarici ölkələrə yüklər daşımalı idilər. Lakin onlar guya sürücüyə daşıdıqları yükləri aparılan ölkədə təhvil veribverməyəcəklərinə, təhvil verdikdən sonra alacaqları pulları geri gətirəcəklərinə əmin olmadıqları üçün belə formal müqavilə bağlamışlar. Sonradan öyrənmişdir ki, belə müqavilə yalnız onunla deyil, xeyli sayda digər şəxslərlə də bağlanmışdır. Hətta onun və digər sürücülərin ölkədən çıxışına dair məlumatlara baxılarsa, bunu aydın şəkildə görmək mümkündür ki, borc müqavilələri bağlandıqdan sonra ölkədən çıxış edilmişdir. Sonradan eşitmişdir ki, Rəmiş Cəfərov başqa şəxsləri də belə aldadaraq onların adlarına müqavilələr imzalatmışdır. Hazırda bununla bağlı müxtəlif orqanlara şikayətlər etmişdir və araşdırma aparılır. Əslində isə nəinki onun Vüqara və ya Rəmişə, onların malların daşınması nəticəsində ona borcu vardır. Borclarını ödəməmək üçün belə yollara əl atırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi audio səs yazısı dinlənilmiş, iddiaçının nümayəndəsi tərəfindən səs yazısında danışan şəxsin iddiaçı olması ilə əlaqədar hər hansı bir etiraz daxil olmamış və səs yazısının dinlənilməsi zamanı iş üçün əhəmiyyətli hallar müəyyən edilmişdir. Səs yazısında Vüqar adlı şəxslə cavabdeh arasında dialoq baş verir. Dialoqda : - cavabdeh Vüqar adlı şəxsə “ düzünü de, Vüqarsən mənə notariusda pul vermisən? - Sənə şirkətin pullarını vermişəm, sənin bir qəpiyin mənə lazım deyil, gəl şirkətə otçotunu elə, 1 aya Rəmiş çıxacaq, hamimiz oturub söhbət edərik, səbrli ol, nə almısan, nə xərcləmisən, hesabatını verərsən, bu söhbət də bağlanar” (Vüqar) - Sən mənə pul verməmisən qardaş bir qəpik də olsun - Sən niyə narahat olursan ki, otçot aparılacaq, bu söhbət də bağlanıb gedəcək, narahat olma. (Vüqar) - Sən notariusda mənə pul vermisən? (Fərhad) - sən şirkətin pulunu götürüb getmisən məni də qoymusan pis vəziyyətdə, gəl otçot edək. Gəl pulun otçotunu ver söhbət bağlansın. (Vüqar) - Fərhad sən yükün pulunu ordan götürüb getmisən, pulu gətir qaytar. (Vüqar) Məhkəmə mülki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 777.1 -ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı təcrübəyə əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Şəxslər arasındakı telefon danışıqlarının bu söhbətdə iştirak edən biri tərəfindən qeydə alınması və həmin şəxslər arasında yaranan məhkəmə mübahisəsi zamanı sübut kimi istifadə edilməsi məqbuldur. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2022-ci il) Əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olubolmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2022-ci il) Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Həmçinin, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3352/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli Qərarındakı mövqeyi) Avropa İnsan Hüquqları Məhkəməsi Presedenti "Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı halllar: Göründüyü kimi qanunvericiliyin əsas tələbi hər hansı mülki əqdin hüquqi qiymətləndirilməsində ilk addım kimi həmin əqdin tərəflərinin həqiqi iradə ifadəsinin müəyyən edilməsidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında borc (kredit) müqaviləsi bağlansa da, əslində hazırkı iş üzrə iddiaçı cavabdehə borc pul verməmiş, sadəcə olaraq sürücü kimi ona etibar olunmuş malın aidiyyəti üzrə çatdırılmasını sığortalamaq üçün yük avtomobilinin ona təhvil verilməsindən əvvəl onunla borc müqaviləsi məzmununda müqavilə bağlanmışdır. Kredit müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlandıqdan sonra, cavabdehin bildirdiyi kimi xx.xx.2023-cü il tarixdə o, Gürcüstana yola düşmüş, xx.xx.2023-cü il tarixdə cavabdehin iddiaçıya Tbilisi şəhərindən 1290 dollar məbləğində pul göndərməsi isə tərəflər arasında davamlı maddi məsuliyyətdən irəli gələn münasibətlərin olmasına dəlal edir. Cavabdehin təqdim etdiyi səs yazısında Vüqar adlı şəxsin cavabdehə yükün pulunu qaytarmamasını, həmin pulu gətirib qaytardıqdan sonra, hesabat aparılacağını, cavabdehdən özünün heç bir məbləğdə pul tələb etmədiyini və yalnız şirkətin pulu ilə əlaqədar “otçot”-hesabat aparıldıqdan sonra bununla da söhbətin bağlanacağını bildirir. Həmçinin məhkəmə İddiaçı digər şəxslərə qarşı eyni məzmunlu iddia tələbini irəli sürməsini, həmin şəxslərlə bağlanan “kredit” müqavilələrinin eyni notariat kontorunda rəsmiləşməsini, müqavilə bağlandıqdan qısa müddət sonra “cavabdeh” qoyulmuş şəxslərin ölkə hüdudlarını tərk etmələrini, həmin cavabdehlərin məhkəmə instansiyalarında etdikləri etirazların da eyni məzmunlu olmasını diqqətdən qaçırmır və iş üzrə tərəflərin izahatını, iş materiallarını incəliyərkən cavabdehin izahatında bildirdiklərinin həqiqət olmasını müəyyən edir. Göstərilənlərə əsaslansaq tərəflərin mübahisələndirilən “kredit” müqaviləsini imzalamaqda məqsədlərinin əslində cavabdehin sürücü kimi işlədiyi şirkətin mallarını xarici ölkələrə daşıyarkən sözügedən müqavilənin sadəcə olaraq yüklərin maddi məsuliyyətinin təminatı olması aşkar edilir. Tərəflər arasında malların çatdırılması zamanı cavabdehin bir sürücü kimi işləmiş olduğu şirkətə hər hansı məbləğdə ziyan vurma ehtimalı və ya bu və ya digər şəkildə borcunun olması istisna edilməsə də bu hal özlüyündə belə tərəflər arasında “yalan” əqd bağlamaqla mülki hüquqla qorunan mülki dövriyyə daxilində təşəkkül tapmış münasibətlərin normal axarında uyğunsuzluğa yol verilməsi nəticəsində hüquq normalarının düzgün tətbiqinə maneələr yaradır, tərəflərin belə hüquqa zidd davranışı isə publik və fərdi maraqlara zərər vurulması ilə nəticələnir. Yəni cavabdeh üzərinə götürmüş olduğu öhdəliklərini bir sürücü və ya maddi-məsul şəxs kimi yerinə yetirməmişdirsə, şirkət və ya fiziki şəxs olmasından asılı olmayaraq - işəgötürən onunla qanunamüvafiq qaydada müqavilə bağlamalı, vəzifələrini yerinə yetirmədiyi təqdirdə isə ondan bir iddiaçı kimi məhkəmə qaydasında bunu tələb etməkdə haqlı ola bilərdi. Bundan başqa tərəflər arasında əmək münasibətlərinin olmadığı təqdirdə belə qanunvericilik tapşırıq müqaviləsindən irəli gələn münasibətlər çərçivəsində tərəflərin həqiqi iradəsini əks etdirən müqavilə bağlamağı və bu müqavilədən irəli gələn qaydada da onu mübahisələndirməyi müəyyən etdiyi halda iddiaçının yalan əqddən həqiqi məzmununa uyğun olmayan formada istifadə etməyini məhkəmə qanunauyğun hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Hazırki iddia üzrə məhkəmə xərcləri iddiaçının ödədiyi dövlət rüsumundan ibarətdir, iddia rədd edildiyindən isə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-1137/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1137/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver