Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-114/2023 06.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin X8, Cavabdeh “X7” MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “X7” MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin cəlb edilməsi ilə “Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi və Şirvan Fin şəhərciyində yerləşən inzibati bina və anbarlarında” yerləşən xx.xx.2010-cu ildə imzaladığı “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən ona təhvil verilən və iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən 101203.62 manat dəyərində mal-materialın və 532873.37 manat dəyərində əsas vəsaitin tərəfindən çıxarılmasına maneəçilik törədən bütün halların cavabdeh "xxxx" Elektrik Stansiyasına qadağan olunması tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh "xxxx" ASC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi və Şirvan Fin şəhərciyində yerləşən inzibati bina və anbarlarında” yerləşən xx.xx.2010-cu ildə imzaladığı “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən ona təhvil verilən və iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən 101203.62 manat dəyərində mal-materialın və 532873.37 manat dəyərində əsas vəsaitin tərəfindən çıxarılmasına maneəçilik törədən bütün halların cavabdeh "xxxx" Elektrik Stansiyasına qadağan olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin xx.xx.2010-cu il tarixli 35/8KŞ nömrəli əmrinə əsasən xx.xx.2010-cu ildən "xxxx" ASC-nin Cənub Layihəsinə inzibati şöbəyə 11-ci dərəcəli inzibatçı kimi işə qəbul olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2010-cu il tarixli 85/8 KŞ nömrəli əmrinə əsasən Sİ və Xİ-nin Şirvan Fin şəhərciyinin inzibati şöbəsinə 11-ci dərəcəli inzibatçı kimi işə keçirilmişdir. 2016-cı ilin mart ayının 2-dək həmin vəzifədə işləmişdir, "xxxx" ASC-nin xx/xx/2016-cı il tarixli 04/06 İRŞ əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" ASC “X10 Stansiyası” MMC-nin xx.xx.2016-cı il tarixli 22-4 nömrəli əmrinə əsasən həmin tarixdən “X10 Stansiyası” MMCnin tikinti və abadlaşdırma sahəsinə istehslaat sahəsinin 10-cu dərəcəli ustası vəzifəsinə işə qəbul olunmuşdur. "xxxx" ASC “X10 Stansiyası” MMC-nin xx.xx.2018-ci il tarixli 91-Y nömrəli əmrinə əsasən həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli 27- İRŞ nömrəli əmrinə əsasən həmin tarixdən "xxxx" ASC-nin Təsərrüfat Şöbəsinə 11-ci dərəcəli inzibatçı kimi işə qəbul olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 08 İRŞ əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra "xxxx" MMC-nin xətti ilə xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də işləmişdir. İşdən çıxarıldıqdan sonra Əmək Məcəlləsinə uyğun olaraq son haqq-hesabını və əmək kitabçasını aldı. Lakin xx.xx.2010-cu ildə imzaladığı “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən ona təhvil verilmiş mal-material və əsas vəsaiti işəgötürənə təhvil verə bilməmişdir. Hazırda "xxxx" ASC xx.xx.2022-ci il tarixli 01VƏ/374 nömrəli məktubla ona etibar edilmiş "xxxx" ASC-yə məxsus 101203.62 manat dəyərində mal-materialı və 532873.37 manat dəyərində əsas vəsaiti xx.xx.2022-ci il tarixinədək təhvil verməyi tələb edir. O isə müqaviləyə əsasən üzərinə düşən vəzifənin yəni, müqavilənin 5-ci maddəsində nəzərdə tutulan “Bu müqavilə maddi məsul şəxsin işlədiyi və ona etibar edilmiş maddi sərvlətlərin saxlanıldığı bütün dövr ərzində etibarlıdır. O da həmin müqavilənin 5-ci maddəsini əsas tutaraq cavabdehdən ona məxsus tikintilərdə yəni “Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində inzibati binanın anbarı və Şirvan Fin şəhərciyində yerləşən inzibati binanın anbarı” yerləşən "xxxx" ASC-yə məxsus mal-materialı və əsas vəsaitləri təhvil verməyi tələb etsədə cavabdeh və onun məsul işçiləri əmlakları verməkdən imtina etmiş, hətta onu içəri buraxmadılar. Dəfələrlə məsələnin məhkəmədənkənar qaydada həll etməyə cəhd etsədə buna nail ola bilmədi. İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddianı müdafiə edib təmin edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X11 iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı 2016-cı il tarixdən "xxxx" ASC-nin struktur vahidi olan “X10 Stansiyası” MMC və “X7” MMC-də müxtəlif vəzifələrdə işləmişdir. Son olaraq İddiaçı xx.xx.2019-ci il tarixli şəxsi ərizəsi nəzərə alınaraq xx.xx.2019-ci il tarixdə, 51-g saylı əmrlə "xxxx" MMC-yə Müvəqqəti işlərə cəlb olunanlarla iş sahəsinə, fəhlə vəzifəsinə işə qəbul edilərək onunla xx.xx.2019-ci il tarixdən müddətli əmək müqaviləsi bağlanmış, bununla əlaqədar onunla bağlanmış əmək müqaviləsində müvafiq qeyd aparılmış və tərəflər bunu imzası ilə təsdiq etmişdir. Daha sonra Dövlət proqramına əsasən bütün idarə, təşkilat və müəssisələrdə olduğu kimi "xxxx" MMC-nin Müvəqqəti işlərə cəlb olunanlarla iş sahəsinin işçi qrupu "xxxx" MMC-nə işçi qüvvəsi olaraq keçməsi barədə razılaşma əldə olunmuşdur. Beləliklə "xxxx" MMC-də çalışan Müvəqqəti işlərə cəlb olunanlarla iş sahəsinin işçi qrupundan ibarət olan işçi heyyəti "xxxx"xxxx"xxxx" MMC və işçi arasında olan razılaşmaya imza atmış və bununla da həmin işçi qrupu olaraq "xxxx" MMC-nin ştat vahidinə keçirilmişdir. Bununla da Akif Dadaşov xx.xx.2020-ci il tarixli şəxsi ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020ci il tarixdən 105-x saylı əmrlə xitam verilmiş və o, sonradan şəxsi razılaşma əsasında xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-yə işçi olaraq qəbul olunmuşdur. rəsmi sənədlərə nəzər yetirərkən "xxxx" ASCnin ümumiyyətlə "xxxx" ASC-yə aidiyyatının, struktur vahidinin, tabeçiliyinin olmadığı müəyyən olunur. "xxxx" ASC "xxxx" ASC-nin sifarişləri əsasında müxtəlif struktur tikintilər aparmış və sonunda həmin tikililər sifarişçi müəssisələrə rəsmi olaraq təhvil verilmişdir. Bunlarıdan FİN şəhərciyi, Beton zavodu, Gəmiqayırma sexi, Şirvan şəhərində yerləşən "xxxx" ASC-nin struktur vahidi olan “X9 Şəbəkəsi” MMC-nin inzibati binası həmçinin "xxxx" MMC-nin inzibati binası. Bununla da belə nəticəyə gəlinir ki, podrat şirkəti olaraq "xxxx" ASC ilə "xxxx" ASC arasında müxtəlif işlərin görülməsinə aid olan rəsmi sənədlər mövcuddur. İddiaçı iddiasına gəlincə isə bildiririk ki, əgər "xxxx" ASC 2010-cu il tarixdə ona hansısa mal materialı və ya əsas vəsaiti təhvil vermişsə belə, onun "xxxx" MMC-yə hər hansı bir aidiyyatı yoxdur və qəbul etdiyi mal-materiala görə şəxsən özü cavabdehdir. Çünki onun iddiası üzrə göstərdiyi olan mal-materialın və əsas vəsaitin həmin dəyərdə həqiqətən də "xxxx" ASC-nə və ya struktur vahidi olan "xxxx" MMC təhvil verməsi barədə hər hansı bir sənəd təqdim olunmamışdır. Belə ki, işlədiyi dövr ərzində İddiaçı "xxxx" ASC ilə xx.xx.2010-cu ildə imzaladığı “Tam maddi məsuliyyət haqqında” müqavilə olduğunu, buna görə o, məsuliyyət daşıdığını və hər hansısa bir mal-materiala, əsas vəsaitə cavabdeh olduğunu "xxxx" MMC-nə rəsmi olaraq bildirməmiş və həmin mal-material və əsas vəsaitin hansısa ASC-yə təhvil alıb-verməyinə illər boyu cəhd göstərməmişdir. Bundan əlavə İddiaçı iddia ərizəsində həmin mal-mal material və əsas vəsaitlərin həqiqətən də "xxxx" ASC və ya “X10 Stansiyası” MMC və ya “X7” MMC-yə məxsus olmasını nə əsaslandırmamış, nə də bu barədə sübut təqdim etməmişdir. Belə ki, İddiaçı "xxxx" ASC tərəfindən ona təqdim olunan xx.xx.2022-ci il tarixli məktubu əsas götürərək orada göstərilən məbləğləri iddia ərizəsinə qeyd edərək heç bir maddi sübut olmadan həmin məbləğdə mal-materialın güya Cənub ES MMC-də olmasını əsas götürmşdür.İddiaçı nəzərə almamışdır ki, əgər "xxxx" ASCnin yuxarıda göstərilən strukturlarında "xxxx" ASC-yə məxsus mal-material və ya əsas vəsaitlər varsa, bu onunla deyil məhz ilk öncə müəssisələr tərfindən mal-materiallar və əsas vəsaitlərin balans dəyəri, qalıqları müəyyən olunmalı, təhvil-təslim olunmalı və qanunvericiliyə müvafiq olarq rəsmiləşdirilməlidir. Həmçinin bildiririk ki, İddiaçıla "xxxx" ASC arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında” müqavilənin "xxxx" ASC və yaxud onun struktur vahidlərinə heç bir təsir qüvvəsi yoxdur. Çünki ilk öncə həmin müqavilənin həqiqətən də qanuni olduğu, bu müqavilənin hansı əsasa görə bağlandığını və doğruluğunu şəxsən sübut etməlidir. Bundan əlavə o, hansı səbəb və əsasa görə bu illər ərzində (12 il) "xxxx" ASC-yə məxsus, ona təhkim olunmuş mal material və əsas vəsaitin yenidən "xxxx" ASC-yə təhvil vermədiyini sübut etməlidir. Həmçinin iddiaçı iddia ərizəsini məhkəməyə təqdim edərkən və keçirilmiş ilkin hazırlıq iclasında 12 il öncə "xxxx" ASC-dən hansısa məlum olmayan sənədlərlə aldığı malların bu illər ərzində heç bir vaxt yoxlanışını aparmamış, bu barədə hər hansısa rəsmi aktlar qeyd etdirməmiş və həqiqətən də həmin malın "xxxx" MMC də və ya digər müəssisədə olmasını təstiqedici sənədlərlə təstiq etdirməmişdir. Bu hal da birbaşa müəyyən edilir ki, onun iddia etdiyi hər hansısa bir əmlakın harada olmasını sübut etmə vasitəsi onun üzərinə düşür.Həmçinin "xxxx" ASC də bu 12 il ərzində İddiaçı həmin mal-materialın yoxlamasını aparmamış, tələb etməmiş məhz o, işdən azad olunduqdan sonra belə bir müqavilənin olduğunu bildirmiş və tələb etməyi düşünmüşdür. Həmçinin iddiaçı iddia ərizəsində qeyd edir ki, sözü gedən məsələnin məhkəmədən kənar həllinin dəfələrlə tələb etmiş və buna nail olmamışdır. Buna əsas olaraq bildiririk ki, iddiaçı işdən azad olunduqdan sonra belə bir fikir formalaşdırmışdır ki, onun cavabdeh olduğu mal-material var və 12 il sonra, 12 il bundan əvvəl işlədiyi müəssisəyə həmin vəsaiti təhvil verməlidir. Buna əsas olaraq birdaha bildiririk ki, ümumiyyətlə həmin mal materialın həqiqətən də "xxxx" MMCyə təhvil verməsisini İddiaçı sübut etməlidir. Necə olur axı onun iddia ərizəsində göstərdiyi bütün müəssisələrin istifadəsi, istismarı tikildiyi müddətdən "xxxx" ASC-nin struktur vahidlərinin istifadəsində olur və İddiaçı da ona verilən mal-materialı və əsas vəsaiti gətirib ora qoyur. İddiaçı iddia ərizəsində göstərdiyi kimi uzun illər müxtəlif müəssisələrdə çalışmışdır. Son iş yeri isə "xxxx" MMC-nin "xxxx" MMC üzrə fəhləsi olaraq çalışmışdır. Ona işlədiyi müddət ərzində hər hansı bir malmaterial və əlavə vəsait üzrə öhdəlik verilməmiş və ya onunla maddi məsuliyyət haqqında müqavilə bağlanmamışdır. İddiaçı xx.xx.2010-cu il tarixdə "xxxx" ASC ilə aralarında “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalamış və hansısa səbəblərə görə hazırki tarixədək həmin müqavilənin şərtlərini pozulması hüquq pozuntusu hesab edilə bilər. Lakin, həmin müqavilənin mövcüdluğu, hüquqi qüvvəsinin olub-olmaması vətndaş olaraq İddiaçı "xxxx" MMC barədə hər hansısa “qadağanın” qoyulmasını tələb etməsi yolverilməzdir.Yəni iddiaçının buna qanuni sahibliyinin olmadığı, həmçinin mülkiyyətə, əmlaka sahibliyi olmadığı halda özgənin əmlakının üzərinə qadağa qoyulması, həmin mal-materialı onun tərəfindən çıxarılması tələbi də qəbuledilməzdir.Bütün bunlardan əlavə olaraq bildiririk ki, yuxarıda göstərilən FİN şəhərciyi qonaq evi olaraq, Beton zavod istehsal strukturu olaraq, Gəmiqayırma sexi təmir bölməsi olaraq məhz inşa edildiyi dövrdən "xxxx" ASC-nin istismarında olmuş, ona xidmət etmiş və fakt olaraqhal hazırda da "xxxx" ASC-nin istifadəsindədir. Belə bir sual yaranır: Əgər bir müəssisədən tikildiyi dövrdən "xxxx" ASC-nin strukturları istifadə edirsə necə olur ki, İddiaçı verilmiş mal material həmin müəssisəyə təhvil verilir? Bu tamamən absurddur və heç bir hüquqi əsası belə yoxdur. Odur ki, iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Bundan əlavə "xxxx" ASC “X7” MMC məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı 2016-cı il tarixdən "xxxx" ASC-dən işdən azad olunaraq ayrı hüquqi şəxs olan "xxxx" ASC-nin struktur vahidi olan “X10 Stansiyası” MMC və “X7” MMC-də müxtəlif vəzifələrdə işləmişdir. Son olaraq İddiaçı xx.xx.2019-ci il tarixli şəxsi ərizəsi nəzərə alınaraq xx.xx.2019-ci il tarixdə, 51-g saylı əmrlə "xxxx" MMC-yə Müvəqqəti işlərə cəlb olunanlarla iş sahəsinə, fəhlə vəzifəsinə işə qəbul edilərək onunla xx.xx.2019-ci il tarixdən müddətli əmək müqaviləsi bağlanmış, bununla əlaqədar onunla bağlanmış əmək müqaviləsində müvafiq qeyd aparılmış və tərəflər bunu imzası ilə təsdiq etmişdir. Daha sonra Dövlət proqramına əsasən bütün idarə, təşkilat və müəssisələrdə olduğu kimi "xxxx" MMC-nin Müvəqqəti işlərə cəlb olunanlarla iş sahəsinin işçi qrupu "xxxx" MMC-nə işçi qüvvəsi olaraq keçməsi barədə razılaşma əldə olunmuşdur. Beləliklə, "xxxx" MMC-də çalışan Müvəqqəti işlərə cəlb olunanlarla iş sahəsinin işçi qrupundan ibarət olan işçi heyyəti "xxxx"xxxx"xxxx" MMC və işçi arasında olan razılaşmaya imza atmış və bununla da həmin işçi qrupu olaraq "xxxx" MMC-nin ştat vahidinə keçirilmişdir. Bununla da İddiaçı xx.xx.2020-ci il tarixli şəxsi ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən 105-x saylı əmrlə xitam verilmiş və o, sonradan şəxsi razılaşma əsasında xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-yə işçi olaraq qəbul olunmuşdur. Keçirilmiş ilkin hazırlıq iclasında tərəfimdən Şirvan şəhər Məhkəməsinə etiraz və vəsatət təqdim olunmuş və həmin sənədlərdə də sübut olunur ki, İddiaçı 2016-cı il tarixdən "xxxx" ASC-dən işdən azad olunmuşdur. İddiaçı xx.xx.2010-cu il tarixdə "xxxx" ASC ilə aralarında “Tam maddi məsuliyyət haqqında” imzalamış müqavilə ən azı 3 il ərzində yəni, 2016-2019-cu illər arasında məhkəmədə mübahisələndirilməli idi. Məlum olduğu kimi İddiaçı müqavilə üzrə onunla "xxxx" ASC arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında” müqavilənin tələblərini əsas götürərək iddia qaldırır ki, bu halda da onun tərəfindən iddia müddəti ötürülmüş hesab olunur. İddiaçı isə 2022-ci ilin noyabr ayında iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçının tərtib etdiyi iddia ərizəsindən də göründüyü kimi o, iddia müddətindən yayınmaq məqsədi ilə güya son tarixədək "xxxx" ASC də işlədiyini göstərmişdir. Halbuki araşdırmalar zamanı məlum olur ki, o, 2016-cı ildən "xxxx" ASC-dən işdən azad olunaraq digər hüquqi şəxs olan "xxxx" ASC-nin strukturuna işə qəbul olunmuşdur. İddiaçı Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi və Şirvan Fin şəhərciyində yerləşən inzibati bina və anbarlarda yerləşən xx.xx.2010-cu ildə imzaladığı “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən ona təhvil verilən və iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən 101 203,62 AZN dəyərində mal-materialın və 532 873,37 AZN dəyərində əsas vəsaitin onun çıxarılmasına maneəçilik törədən bütün halların cavabdeh "xxxx" MMC-yə qadağan olunması barədə olan iddia tələbi üzrə iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2010-cu il tarixdə "xxxx" ASC ilə Sosial İnkişaf və Xidmət İdarəsinin “Şirvan Fin şəhərciyi” sahəsinin “İnzibati təsərrüfat bölməsi”-nin inzibatçısı İddiaçı arasında tam maddi məsuliyyət haqqında maddi sərvətləri qoruyub saxlamaq məqsədilə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən: işçi inzibatçı İddiaçı müəssisənin rəhbəri tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyi ilə öz üzərinə götürür, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, ziyan vurmamalıdır, müəssisəyə maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməlidir, qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalıdır, maddi sərvətlərin uçotunu aparmalıdır, inventarizasiyanı həyata keçirməlidir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 01-VƏ/374 № məktubunda göstərilmişdir ki, xx.xx.2022 tarixinə "xxxx" ASC-yə məxsus, məktuba əlavə olunmuş qoşmada adları göstərilmiş 101203.62 manat dəyərində mal-material və 532873.37 manat dəyərində əsas vəsait İddiaçı öhdəliyində qalmışdır. Ona etibar edilmiş maddi sərvətlərin xx.xx.2022 tarixinə kimi aiddiyyatı üzrə təhvil verilməsini tələb edirlər. xx.xx.2019-cu il tarixli İddiaçı təyin olunma barədə 51-q № əmrində İddiaçı müvəqqəti işlərə cəlb olunanlarla iş sahəsinə Cənub ES” MMC-də fəhlə vəzifəsinə 06 may 2019-cu il tarixdən işə qəbul edilməsi göstərilmişdir. xx.xx.2019-cu il tarixdə imzalanmış "xxxx" MMC ilə İddiaçı arasında əmək müqaviləsinə əsasən sonuncu Əmək Məcəlləsinin 47 F bəndinə görə xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixədək fəhlə vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqısı 225 manat təşkil edir. xx.xx.2020-ci il tarixli İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 105-x № əmrində İddiaçı müvəqqəti işlərə cəlb olunanlarla iş sahəsinin fəhləsinin əmək müqaviləsinə, 30 dekabr 2020ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi və işçinin xx.xx.2020-xx.xx.2020-ci il dövr üçün istifadə etmədiyi 07 ay, 24 gün əsas məzuniyyətinin 14 təqvim günü pul əvəzinin ödənilməsi göstərilmişdir. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2010-cu ildə "xxxx" ASC cənub layihəsinə inzibati şöbəyə 11-ci dərəcəli inzibatçı vəzifəyə işə qəbul edilmişdir. xx.xx.2016-cı ildə AR ƏM 68-ci maddəsinə əsasən işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-9/2-3xx/xx/2023 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2007-ci il tarixdə təməli qoyulan, böyük regional infrastruktur layihəsi olan “Cənub” Elektrik Stansiyasının tikinti-quraşdırma və sazlama işləri baş podratçı olan "xxxx" ASC tərəfindən həyata keçirilmiş, enerji obyekti dövlət komissiyası tərəfindən təhvil alınmış və xx.xx.2013-cü il tarixdə istifadəyə verilmişdir. Səhmdar Xəmiyyətin arxiv bölməsindən əldə olunan məlumata görə, "xxxx" ASC ilə "xxxx" ASC arasında "xxxx" layihəsinin tikintisi üzrə bağlanılmış podrat müqaviləsi podratçıda saxlanılmışdır. "xxxx" layihəsinin tikintisi üzrə İddiaçı ilə "xxxx" ASC-nin "xxxx" MMC arasında hər hansı öhdəliklər mövcud olmamış və "xxxx" ASC-yə qarşı iddia müddəti ötürülmüşdür. İddianın qanunsuz və əsassız olması, həmçinin əsl tərəfə qarşı qaldırılmadığı üçün rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tikintisi başa çatmış "xxxx" MMC layihəsinin istismara hazırlığının yoxlanması, podratçı təşkilatından təhvil götürülməsi və dövlət qəbul komissiyasına təqdim edilməsi üçün işçi komissiyası tərəfindən tərtib edilmiş 2017-ci ilin aprel tarixli aktına əsasən podratçı "xxxx" ASC tərəfindən obyektin tikintisində tikinti-quraşdırma, işəsalma və sazlama işləri yerinə yetirilmişdir, "xxxx"-in tikintisi başa çatmışdır, elektrik stansiyası istismara hazırdır və o podratçı təşkilatlardan təhvil götürülməklə Dövlət Qəbul Komissiyasına təqdim edilmiş, podratçı "xxxx" ASC-nin məsul nümayəndəsi tərəfindən sifarişçi "xxxx" ASC-nin məsul nümayəndəsi "xxxx"-ə təhvil verilmişdir. "xxxx" ASC tərəfindən verilmiş DƏ/111, xx.xx.2017-ci il tarixli "xxxx"-in istismara qəbul edilməsi və balansa təhvil verilməsinə dair əmrdən görünür ki, avadanlıq, inventar və alətlərin dəyəri 525529,138 min manat müəyyən olunmuşdur. "xxxx" ASC tərəfindən ümumi balans dəyəri 706807005,34 manat olmaqla siyahı üzrə bina, avadanlıq, qurğu müəyyən edilmiş qiymətlərlə "xxxx"-ə təhvil verilmişdir. Təhvil verilənlər siyahısında - Fin şəhərciyində evlər, yeməkxana, təsərrüfat binası, mühafizə otağı, camaşırxana, dəmir darvaza, meydançalar göstərilmişdir. İş materiallarında olan qaimə-fakturaların kötüklərindən görünür ki, iddia ərizəsində iddiaçı tərəfindən tələb olunan əşyaların əksəriyyəti "xxxx" ASC tərəfindən müxtəlif vaxtlarda, müxtəlif şirkətlər "xxxx" Firması, "xxxx" MMC, “Kitan Tikinti Təchizat MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-dən alınmış məhsullardır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3, iş üzrə tələbkar İddiaçı, "xxxx" MMC-nin hüquq məsləhətçisi Nümayəndə, "xxxx" MMC-nin FİN şəhərciyi üzrə inzibatçısı X1, Şirvan şəhəri, H.Əliyev küçəsi ev 16/2-də yaşayan X4, Şirvan şəhəri, Ş.Şükürov küçəsi dalan 2, ev 2də yaşayan X5 iştirakları ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda iddia ərizəsinə əlavə edilmiş, siyahıda göstərilən əmlakların Şirvan şəhəri X2 mövcudluğu müəyyən edilmişdir. xx.xx.2016-ci il tarixi göstərilmiş və "xxxx" ASC, "xxxx" MMC-nin məsul şəxslərinin imzaladığı aktla "xxxx" ASC-nin Sİ-və Xİ-nin “Şirvan Fin” şəhərciyi sahəsinin yeməkxanasında və yaşayış binalarında siyahı üzrə göstərilən əşyaları təftiş edilərək yerində olduğu müəyyən edilmişdir. Beləliklə, hazırki iş üzrə müəyyən olundu ki, İddiaçı əvvəlcə "xxxx" ASC-nin sonra isə "xxxx" MMC-nin rəhbərliyi altında işləmişdir. "xxxx" ASC-nin podratçılığı ilə "xxxx" ASC-nin sahibliyi ilə müvafiq podrat müqaviləsi üzrə tikinti quraşdırma işləri aparılmış və həmin layihələrdən biri də məhz cavabdeh təşkilat "xxxx" MMC olmuşdur. İşlərin yekunlaşması davamında podratçı görülən işləri, hazır etdiyi layihəni sahibinə tam təhvil vermişdir. "xxxx" ASC öz növbəsində qurulan tikinti obyektlərini "xxxx" MMC-nin fəaliyyətinə başlaması və tam şəkildə fəaliyyət göstərməsi məqsədilə sonuncuya təhvil təslim aktı ilə qiymətləri müəyyən olunmaqla təhvil vermişdir. Hazırda isə iddiaçı əvvəllər işçisi olduğu "xxxx" ASC ilə arasında bağlanmış maddi məsuliyyət haqqındakı müqaviləni əsas gətirərək ona nəzarəti tapşırılmış əmlakı "xxxx" MMC-dən tələb edir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-ci maddəsinə əsasən İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-ci maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 199-cu maddəsinin a bəndinə əsasən İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 201-ci maddəsinə əsasən İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Məhkəmənin mübahisə ilə əlaqədar mövqeyi və əsaslandığı hallar: Göründüyü kimi iddiaçının tələbinin əsası kimi istinad etdiyi maddi məsuliyyət haqqında müqaviləyə əsasən onun, əvvəllər işçisi olduğu "xxxx" ASC-nin qarşısında ona təhvil verilən maddi sərvətlərin yalnız qorunub saxlanmasında, təhlükəsizliyinin təminində məsuliyyət daşıması müəyyən olunmuşdur. İşəgötürən və iddiaçı arasında bağlanmış maddi məsuliyyət müqaviləsinin heç bir müddəası "xxxx" ASC-yə məxsus olan maddi sərvətlərin bu və ya digər formada iddiaçı tərəfindən üçüncü şəxslərin qeyri qanuni sahibliyindən tələb edilməsini nəzərdə tutmamış və yalnız ona etibar edilmiş maddi sərvətlərin bir növ nəzarətini həyata keçirməyi tapşırmışdır. Həmçinin sözügedən müqavilə ilə iddiaçı yalnız vicdanlı nəzarətçi kimi həmin əmlakların mülkiyyətçinin qanuni sahibliyindən çıxma təhlükəsi olduğu təqdirdə bu barədə dərhal müəssisəsinə məlumat verməsinə görə də cavabdeh olmuş və “qorumalı olduğu əmlak”a dair səlahiyyətləri yalnız bununla məhdudlaşmışdır. Bundan əlavə iş materiallarına əlavə edilmiş qaimə fakturaların tədqiqi zamanı müəyyən olunmuşdur ki, həmin fakturalarda "xxxx" ASC tərəfindən əldə edilmiş əmlak ilə iddia ərizəsi ilə tələb olunan əmlakların böyük əksəriyyətinin eynilik təşkil etməsi həmin əmlakların məhz ona məxsus olmasını istisna etmir. Lakin həmin əmlakların "xxxx" ASC-yə məxsus olduğu təqdirdə belə həmin əmlakı - nəzarəti etibar edilmiş şəxsin üçüncü şəxsdən tələb etməsi qanunauyğun hesab edilə bilməz. Məhkəmə işin həm hazırlıq, həmçinin də daxil olmuş sənədləri və materialları tədqiq edərkən baxış mərhələsində iddiaçıya özünün əsl iddiaçı ilə əvəz edilməsini təklif etsə də iddiaçı göstərdiyi tərəf tərkibi ilə işə baxılmasına israr etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlara əsasən məhkəmənin yekun qənaəti bundan ibarətdir ki, İddiaçı irəli sürdüyü iddia üzrə tələb etmək hüququ olmadığından hazırki iddiası təmin edilməməlidir. Həmçinin göstərilən əsasla iddia rədd edildiyindən, cavabdeh tərəfindən iddia müddətinin buraxılmasına dair vəsatətə də hüquqi qiymət verilməsinə lüzum yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ƏT E T D İ: İddiaçı cavabdeh “X7” MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin cəlb edilməsi ilə “Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi və Şirvan Fin şəhərciyində yerləşən inzibati bina və anbarlarında” yerləşən xx.xx.2010-cu ildə imzaladığı “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən ona təhvil verilən və iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən 101203.62 manat dəyərində mal-materialın və 532873.37 manat dəyərində əsas vəsaitin tərəfindən çıxarılmasına maneəçilik törədən bütün halların cavabdeh "xxxx" Elektrik Stansiyasına qadağan olunması barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-114/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-114/2023
06.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver