Məhkəmə qərarları › İş №2(032)-116/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-116/2023

18.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-116/2023 18.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X3* oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şirvan şəhəri * saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə” iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Şirvan şəhəri * saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri, N.Nərimanov küçəsi * saylı evin 29 nömrəli mənzilin miras kimi qəbul edilməsi üçün qanunla edilmiş müddətin üzrlü hesab edilməklə həmin müddətin uzadılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum bacısı X** 29 avqust 202*-ci ildə vəfat etmişdir. Bacısı vəfat edən zaman mülkiyyətində Şirvan şəhəri, N.Nərimanov küçəsi ev *, mənzil 29 ünvanında yerləşən 2 otaqlı mənzil olmuşdur. Şirvan şəhər * saylı notariat ofisinə müraciət edərək mərhum bacısı X3 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ona ünvanlanmış məktubda mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olması və məhkəmə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Şirvan şəhər * saylı Notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-cı maddəsinə əsasən iddia ərizəsinə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*2 ifadə verib bildirdi ki, mərhum bacısı X4 miras qalmış Şirvan şəhəri Nərimanov küçəsi ev * mənzil 29 ünvanında yerləşən mənzilin bacısı İddiaçı tərəfindən qəbul edilməsinə nə o, nə də qardaşları X26 və X*9 etiraz etmirlər və həmin mənzilə dair heç bir tələbləri yoxdur. Məhkəmə iddiaçının izahatini, vəkilin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Şirvan şəhəri, N.Nərimanov küçəsi * saylı evin 29 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına mülkiyyət hüququ əsasında 8 №-li reyestr kitabında *09 nömrəli vərəqində *2.0*.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan şəhəri * saylı Notariat Ofisinin *376 saylı, 0* noyabr 2022-ci il tarixli məktubundan görünür ki, mərhum bacısı X3 miras qalmış Şirvan şəhəri, N.Nərimanov küçəsi * saylı evin 29 nömrəli mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair araşdırma zamanı İddiaçı miras qalmış əmlakda faktiki yaşamaması, miras qalmış əmlakda yaşayış yeri üzrə qeydiyyatın olmaması və o cümlədən mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətin buraxılması müəyyən edilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunaraq məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan AZ-İİ № 209988 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*3 29.08.202*-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 2952*3 saylı ölüm haqqında şəhadətnamənin təkrar surətindən görünür ki, X20 05.05.*988-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ № 632*73 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 **.95.20*3-cü il tarixdə ölmüşdür. İş materiallarında olan V-JQ № 268298 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 29.0*.*998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 26 may *960-cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuşdur. X2 anası isə X*4r. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsinin arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid 29 avqust 2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt eydi aşkar olunmamışdır. *6 may *969-cu il tarixdə Şirvan şəəhrində anadan olmuş X*3 nikah bağlamışdır: “Musayeva”soyadını qəbul edərək X22 ilə *6 iyul 2009-cu ildə hacıqabuul rayon qeydiyyat şöbəsində akt qeydi №2*9 (nikaha daxil olanadək soyadı “Əzizova”). Nikah pozulmuşdur: ər-arvadın birgə ərizəsi əsasında *4 aprel 20*4-cü ildə Şirvan şəhər qeydiyyat şöbəsində akt qeydi №22. Nikaha xitam verilmişdir:B.Əzizova 29 avqust 202*-ci ildə ölmüşdür (ölüm dövlət qeydiyyatına alınmışdır: 30 avqust 202*-ci ildə Şirvan şəhər qeydiyyat şöbəsində akt qeydi №43* Qeyd: B.Əzizova subaydır və onun nikah bağlanmasına mane olan hallar mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının * nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 30 sentyabr 2022-ci il tarixli, 699 nömrəli arayışdan görünür ki, mərhumə X*3 vəfat etdiyi 29.08.202*-ci il tarixə qədər Şırvan şəhəri, N.Nərimanov küçəsi, ev *, mənzil 29 ünvanında qeydiyyatda olmuşdur. Nümayəndəlikdə olan məlumatlara əsasən mərhumənin ailə tərkibi aşağıdakı kimi olmuşdur:

1. X20 atası vəfat edib.

2. X23 anası vəfat edib.

3. X28 qardaşı vəfat edib.

4. X29 qardaşı vəfat edib.

5. X*5 *964 bacısı

6. İddiaçı *96* bacısı

7. X*9 *955 qardaşı

8. X30 *967 qardaşı İş materiallarında olan *7 yanvar 2023-cü il tarixli tərtib edilmiş aktdan görünür ki, Şirvan şəhəri N.Nərimanov küçəsi bina *, mənzil 30-da yaşayan X*6, Şirvan şəhəri N.Nərimanov küçəsi bina *, mənzil *5-də yaşayan X*7, Şirvan şəhəri N.Nərimanov küçəsi bina *, mənzil *3-də yaşayan X* şəhər MTİ-nin 4 saylı sahə rəisi X8 həqiqətən Şirvan şəhəri N.Nərimanov küçəsi bina *, mənzil 29-da yaşayan mərhumə X*0 vəfat etdikdən sonra həmin mənzilin kommunal və nəzarətini bacısı İddiaçı etmişdir və hal-hazırda həmin mənzildə yaşamasını təsdiq etmişlər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaysan Respublikası Mülki Məsəlləsinin **33-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məsəllənin **5*-si maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin **66-cı maddəsinin tələbinə görə fiziki şəxsin ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məhkəmə hesab edir ki, Şirvan şəhəri, N.Nərimanov küçəsi * saylı evin 29 nömrəli mənzil miras əmlakı kütləsinə daxildir. Azərbaysan Respublikası Mülki Məsəlləsinin **45-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin **46-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Qeyd edilən Məcəllənin *243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göstərilən Məcəllənin *246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçı izahatında göstərdikləri əsasında mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüyündən, gecikmənin səbəbi üzrlü sayılaraq, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti uzadılmalıdır. Belə ki, Azərbaysan Respublikası Mülki Məsəlləsinin *248.*-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Odur ki, iddia ərizəsi təmin edilərək, X3 miras qalmış Şirvan şəhəri, N.Nərimanov küçəsi * saylı evin 29 nömrəli mənzilin iddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Çünki, ərizəçi savadsız bir insandır, buna görə də, mirasın qəbulu üçün müddət olduğunu bilməmişdir. Şirvan şəhər * saylı notariat ofisinin ona ünvanladığı 0*.**.2022-ci il tarixli, *376 saylı məktubdan sonra mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 60-cı maddəsinin *-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.*-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia ərizə əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 2*6-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. İddiaçı 29 avqust 202*-ci ildə vəfat etmiş X3 miras qalmış Şirvan şəhəri, N.Nərimanov küçəsi * saylı evin 29 nömrəli mənzildən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən * ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən * ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar