Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1188/2024 28.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları və ya onların dəyərinin alınması” tələbinə dair müki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı kiçik iddialara dair işlər üzrə icraat qaydasında qızıl-zinət əşyaları və ya onların dəyərinin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1 ədəd 585 əyarlı çəkisi 3.34 qram olan qızıl qolbağın, həmin qızıl-zinət əşyası olmadıqda dəyəri olan 340 (üç yüz qırx) manat məbləğində pulun alınıb ona verilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki , o, Qazax şəhəri H.Əliyev prospektində yerləşən “Mərkəzi Kolxoz” bazarının ətrafında , özünə məxsus mağazasında “Qiymətli metalların və qiymətli daşların alqı-satqısı , dövriyyəsi ilə məşğul olur. Onun adına Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında dövlət əyyar palatasının (035694) nömrəli lisenziyası var. Onun Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisi kimi uçota alınmağı haqqında ( VÖVN ********** ) şəhadətnaməsi var. O, iş üzrə Cavabdeh bir neçə ildir ki, tanıyır. Cavabdeh əvvəllər də ondan bir neçə dəfə nisyə olaraq qızıl-zinət əşyaları alıb və ona olan borcunu vaxtı-vaxtında qaytarıb. Ona görə də Cavabdeh onun yanında öz etibarını qazanmışdır . Cavabdeh xx.xx.2022-cü il tarixində onun yanına gəlmişdir və ondan nisyə olaraq 3 ay müddətinə qızıl-zinət əşyası almaq istədiyini bildirmişdir. Onun cavabdehə etibarı olduğuna görə ona nisyə olaraq qızıl-zinət əşyası verməyə razılaşmış və ona üç ay müddətinə 340 (üç yüz qırx) manat məbləğində, 1 ədəd, 585 əyyarlı, çəkisi 3.34 qram olan “qolbağı”nı nisyə olaraq satmışdır. Həmin vaxtı onlar öz aralarında müqavilə (əqd) yazmışlar və müqavilənin doğruluğunu, Cavabdeh və o öz imzaları ilə təsdiqləmişlər. Həmin tarixdən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh ona olan 340 (üç yüz qırx) manat məbləğində olan pul borcunu ödəməmişdir. O, dəfələrlə ona bildirmişdir ki, ona olan pul borcunu versin və ya ondan aldığı qızıl-zinət əşyasını qaytarsın. Amma cavabdeh hər dəfə onu aldadır, beləliklə də ona olan pul borcunu qaytarmaqdan yayınır. Buna görə də o, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Şirvan şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli qərardadı ilə təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən və iş üzrə əlavə araşdırmanın zərurəti yarandığından işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi almasına baxmayaraq İddiaçı məhkəməyə gəlməmiş, teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və məhkəməyə təqdim etdiyi müqaviləyə əsas tutmaqla qətnamə çıxarılmasını xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş, cavabdeh həmin ünvanda yaşamaması səbəbindən bildiriş geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işin faktiki hallarından və nisyə alqı-satqı müqaviləsindən görünür ki, tərəflər arasında qızıl məmulatlarının nisyə alqı-satqı müqaviləsindən irəli gələn mübahisə mövcud olmuşdur. İş materiallarında olan yazılı formada tərtib edilmiş xx.xx.2022-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə dəyəri 340 manat olan 585 əyyar , 3.34 qram qızıl qolbağı ilkin ödəniş 0 manat olmaqla, xx.xx.2022-ci il tarixə 115 manat, xx.xx.2022-ci il tarixə 115 manat və xx.xx.2022-ci il tarixə 110 manat olmaqla 3 aya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin (MM) 385.1-ci maddəsinin tələbinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-in 600.4 və 600.5-ci maddələrinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göründüyü kimi maddi normanın mənasına görə əşyaların nisyə satışında əşyanın alıcıya verilməsi vəzifəsi satıcının üzərinə düşdüyü halda qəbul edilmiş əşyanın ödənilməsi vəzifəsi alıcının üzərinə düşür. Ona görə də məhkəmə əvvəlcə alqı-satqı müqaviləsində nəzərdə tutulmuş əşyanın alıcıya verilməsi məsələsini təsdiq edən sübutları tədqiq etməli olmuşdur. İddiaçı həmin əşyanın cavabdehə verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir . «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir. Belə ki,həmin qərara görə Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən,bir qayda olaraq,affirmanti,non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil,iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü ,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan,həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab edir ki, iddiaçı satıcı İddiaçı xx.xx.2022 -ci ildə nisyə satılmış 340 manat qiymətində olan 1 ədəd qızıl qolbağın alıcı Cavabdeh oğluna təhvil verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, bununla da istinad etdiyi halı sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, prosessual hüquq norması sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və ya onların dəyərinin alınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1188/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1188/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver