Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1210/2024 07.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona ödənilən 117 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq 235 manat məbləğində tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 iyun 2016-ci il tarixli, 2(011)-634/2016 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanmış,xx.xx.2010-cu il tarixli nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X23 və xx.xx.2012-ci il təvəllüdlü HüseynYusif Amid oğlunun onun himayəsində saxlanılmaları hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Şirvan şəhər məhkəməsinin 2(032)-238/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin iddia tələbi qismən təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X14 ondan alınaraq, cavabdehin himayəsinə verilməsi, xx.xx.2012-ci il təvəllüdlü X13 isə ondan alınması hissəsində təmin edilməməsi, cavabdehin xx.xx.2010-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi müəyyən edilmiş 117 manat aliment məbləğini ödəməkdən azad edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 117 manat aliment məbləğini ödəməkdən azad edilməsi hissəsində iddia ərizəsi təmin edilməmiş, onun Cavabdeh qarşı xx.xx.2012-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş 117 manat alimentin miqdarının dəyişdirilərək 193 manat və uşağın müalicəsinə görə alimentin tutulması barədə qarşılıqlı iddiam təmin edilməmişdir. Şirvan şəhər məhkəməsinin 25 avqust 2022-ci il tarixli,2(032)-1222/2022-ci il tarixli qətnaməsi ilə də onun cavabdehə qarşı aliment məbləğinin artırılması tələbinə dair qarşılıqlı iddiası və cavabdehin ona qarşı sabit pul məbləğində aliment tələbinə dair ilkin iddiası təmin edilməmişdir. Hazirda isə o, maddi vəziyyəti ilə əlaqədar cavabdehə qarşı xx.xx.2012-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş 117 manat sabit pul məbləğində alimentin artırılaraq bir uşaq üçün 2024-cü ildə müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq 235 manat müəyyən edilməsini istəyir. Cavabdeh Bakı şəhərində yanğından mühafizə idarəsində sürüçü işləyir və yetərincə də əmək haqqı alır. Ayda 117 manat alimentdən əlavə cavabdeh uşağın təlimi, təhsili, sağlamlığı ilə maraqlanmamış öz valideynlik borcunu hər ay yalnız 117 manat alimentin ödənilməsi ilə bitmiş hesab etmişdir. Hazırkı iqtisadi vəziyyətə uyğun olaraq əmək haqlarının, pensiyaların artdığı, eyni zamanda “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, bir uşaq üçün yaşayış minimumunun 2024-cü il tarixdə artırılaraq, 235 manata çatdırılmasını nəzərə alaraq, hesab edir ki, hər ay cavabdehin ödədiyi 117 manat ilə 12 yaşlı məktəbli bir uşağın ehtiyaclarını ödəmək mümkün deyildir. Qanunvericiliyin tələbinə uyğun olaraq cavabdeh yuxarı həddə aliment məbləği verməyə borcludur. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği təyin edillərkən həmin il üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun (117 manat) uşağın yaşı az olduğundan həmin vaxt onun geyimə, yeməyə olan tələbatı da hal-hazırkı tələbatından olduqca aşağı olmuşdur. Çünki uşaq böyüdükcə onun geyməyə, yeməyə və qayğıya olan tələbatı da artmışdır. Bu hal uşağın maddi təminatının artırılmasını zəruri edir. O, ilkin olaraq, mediasiya təşkilatına müraciət etmişdir ki, bəlkə cavabdehdə ölmüş olan atalıq duyğusu onu kövrəldər, heç olmasa övladı üçün indiyədək etmədiklərini könüllü olaraq etmək istəyər, hər ay 235 manat (və yaxud da heç olmasa ona yaxın məbləğdə ) alimenti ödəmək istəməsi barədə aralarında razılaşma olar ki, o da məhkəməyə müraciət etməz. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı etiraf etmədi, məhkəməyə qarşılıqlı iddia təqdim edərək bildirdi ki, İddiaçı ilə xx.xx.2010-cu il tarixində rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X23 və xx.xx.2012-ci il təvəllüdlü X19 adında övladları var. Sonradan münasibətləri alınmadığından aralarında olan nikahın pozulması üçün məhkəmədə iddia qaldırılmışdır. Xətai Rayon Məhkəməsinin 2(011)-634/2016 saylı iş 03 iyun 2016-cı il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X13 hazırki işdə qarşılıqlı iddia üzrə üzrə cavabdeh İddiaçı himayəsində saxlanılması və xx.xx.2010-cu il təvəllüdlü X23 və xx.xx.2012-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində ondan tutularaq cavabdehə ödənilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı uşaqlara normal qayqı göstərməməsi səbəbindən ona qarşı Şirvan Şəhər Məhkəməsində iddia qaldıraraq birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X23 və xx.xx.2012-ci il təvəllüdlü X19 adında övladlarının cavabdehin himayəçiliyindən alınaraq onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qəmaməsi ilə iddiası qismən təmin olunaraq, xx.xx.2010-cu il təvəllüdlü X14 onun himayəsinə verilməsi və xx.xx.2010-cu il təvəllüdlü X14 onunla birgə yaşamasının nəzərə alınmağı qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsin almışdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, hal-hazırda ikinci nikahından xx.xx.2019-cu il təvəllüdlü X11 adında bir övladı da var. Buna baxmayaraq cavabdehin himayəsində saxlanılan, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay 117 (bir yüz on yeddi) manat aliment məbləğini də vaxtı-vaxtında ödəyir. Xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlə nikahı pozulduqdan sonra o, qadın salonunda usta kimi fəaliyyət göstərərək maddi cəhətdən vəziyyəti dəyişmiş, özünə Şirvan şəhərində mənzil almışdır. Onun isə maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olmamış, əksinə, maddi çətinliklərlə bağlı yaşadığı 5 otaqlı mənzili sataraq, daha az sahəli mənzil almağa məcbur olmuşdur. Bu səbəbdən hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hər əy 117 (bir yüz on yeddi) manat aliment məbləği artırılmamalı, onun himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X2 üçün qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment məbləği tutularaq onun xeyrinə ödənilməlidir. İddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib, belə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri aşağıdakı əsaslara görə rədd edilməlidir. İş materiallarında olan : AZ-İ № 304860 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X9 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2018-ci ilin mart ayının 13 günündə 119 № ilə qeyd edilmişdir. AZ-İV seriyalı 258639 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 xx.xx.2012-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Sabirabad 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 21.8-ci maddəsinə əsasən arayış verilmişdir. AZ-İİ № 295671 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 nikahı 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2018-ci ildə 2237 № ilə qeyd edilmişdir. AZ-İV seriyalı 318350 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2019-cu ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X6r. Şirvan şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-634/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia tamin edilmiş və qarşılıqlı iddia qismən təmin olunmuş, X9 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 724 nömrə ilə qeyd edilmiş nikah pozulması, nikah pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X13 anası X4 himayəsində qalması, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay hər uşağa 117 manat, cəmi 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində alimentin tutularaq X7 verilməsi, qarşılıqlı iddia Cavabdeh X7 qarşı azyaşlı uşaqların onun himayəsində saxlanılmasına dair hissəsində təmin olunmaması qət edilmişdir . Şirvan şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-238/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X13 cavabdeh İddiaçı himayəsindən alınması tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikahından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X23 anası İddiaçı alınaraq atası Cavabdeh himayəsinə verilməsi təmin edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X19 anası İddiaçı alınması hissəsində iddia ərizəsi təmin edilməmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-726/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)- 634/2016 saylı iş üzrə 03 iyun 2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X23 və xx.xx.2012-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün müəyyən edilmiş 234 manat aliment məbləğini ödəməkdən azad edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-634/2016 saylı iş üzrə 03 iyun 2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş 117 manat aliment məbləğini ödəməkdən azad edilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1222/2022 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı sabit pul məbləğində aliment tələbinə və qarşılıqlı iddia üzrə İddiaçı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Beləliklə hazırki işdə müəyyən olunur ki, birgə nikahdan anadan olmuş uşaqlardan biri xx.xx.2010-cu il təvəllüdlü X23 atası Cavabdeh yanında, o biri xx.xx.2012-ci il təvəllüdlü X19 isə anası İddiaçı himayəsindədir, Cavabdeh X3 üçün hər ay 117 manat məbləğində aliment ödəyir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd olunanları, hər iki tərəfin tələbini və mövqeyini nəzərə alır və hesab edir ki, ilkin iddia tələbinin təmin edilməsi, aliment ödənilməsini tərəflər arasında pul alıbqaytarma əməliyyatına çevirmiş olar və qanunvericilik məhz bu kimi halların qarşısını almaq üçün hər iki valideynin himayəsində uşaq qaldıqda yalnız bir tərəfdən - daha çox təminatlı olan tərəfdən digər tərəfin - daha az təminatlı olanın xeyrinə alimentin tutulmasını müəyyən edir. İş materiallarından görünür ki, Cavabdeh X12 ilə ailə qurmuş və birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X15 adlı uşaqları anadan olmuşdur. Beləliklə, qanunvericiliyin tələbini və işin hallarını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən edilərkən və ya artırılarkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmalıdır - müddəasından çıxış edərək ilkin iddia üzrə cavabdehin hazırki zamanda ikinci dəfə ailə qurmasını, birinci nikahdan olan övladı xx.xx.2010-cu il təvəllüdlü X14, ikinci nikahdan olan azyaşlı xx.xx.2019-cu il təvəllüdlü X10 da onun himayəsində olması kimi diqqətəlayiq halları nəzərə alır və hesab edir ki, ilkin iddianın təmin edilməsi adları çəkilən uşaqların təminatının pisləşməsinə, atanın ödəmə qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər. Bundan başqa qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ataya Cavabdeh nisbətən daha az təminatlı olması, uşaqların mənefiyi baxımından qarşılıqlı iddianın təmin edilməsi istisna edilir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sabit pul məbləğində alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1210/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1210/2024
07.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver