Məhkəmə qərarları › İş №2(032)-122/2025

Şirvan Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(032)-122/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-122/2025 21.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məhəmədiyyə qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 900 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi uzun müddətdir ki, tanıyır. Cavabdeh 2022-ci ilin iyun ayında cavabdehlə ortaq tanışlıqları olan Əsmər adlı xanım ona müraicət edərək Cavabdeh qızı üçün toy elədiyini və ona nisyə qızıl-zinət əşyası verməyini xahiş etmişdir. 01 iyul 2022-ci il tarixdə Cavabdeh 850 manat dəyərində qızıl sep-klon və 250 manat dəyərində qızıl qolbaq vermişdir. Təxminən 4 ay müddətində Cavabdeh ona ümumi borcdan cəmi 200 manat pul ödəmiş, qalan 900 manat pulu isə bu günə qədər ödəməmişdir. Cavabdeh Şirvan şəhər polis şöbəsində verdiyi izahatında da ona borclu olduğunu etiraf etmişdir. Məhkəmə iclasında İddiaçı Məhəmədiyyə qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişdir, lakin onun həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin İddiaçı Məhəmədiyyə qızı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər polis şöbəsində izahat vermiş Cavabdeh bildirmişdir ki, o, İddiaçı adlı şəxsi təxminən 2 ildir ki, tanıyır. Nəzakət Quliyev ilə münasibətləri normal olmuşdur. Nəzakət Quliyev hal-hazırda Şirvan şəhərində qızıl-zinət əşyalarının satışı ilə məşqul olur. O, 2022-ci ilin iyun ayında qızının toy ərəfəsində Nəzakətdən 1000 manat dəyərində qızıl-zinət əşyalarını nisyə almış, Nəzakətə olan borcu qızının toyundan sonra qaytaracağını söyləmişdir. Daha sonra şəxsi həyatında problemlər yarandığı üçün borcu ödəməkdə çətinlik çəkmişdir. Hal-hazırda İddiaçı 400 manat borcu vardır. Şirvan şəhər Polis Şöbəsinin təhqiqat bölməsinin, təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”da qeyd edilmişdir ki, 2022-ci ildə Cavabdeh İddiaçı 1000 manat dəyərində qızıl-zinət əşyasını nisyə almış, həmin borcdan 200 manat ödəmiş, lakin qalan 900 manat borcu geri ödəməmişdir. Buna görə tərəflər arasında mülkü mübahisə yaranmışdır. İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi qaydada bağlanmış müqaviləyə əsasən o, cavabdehə qızıl-zinət əşyaları vermiş, cavabeh isə həmin əşyaların pulunu hissə-hissə iddiaçıya qaytaracağına dair öhdəlik götürmüşdür. Cavabdeh həmin məbləğdən bir hissəsini qaytarmış, lakin 900 manat məbləğində hissəsində öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, işdə iştirak edən şəxslər iddia ərizəsinə dair rəy (etiraz) və ya əlavə sübutlar təqdim etmədikdə, hakim işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə işin hallarını və yuxarıda qeyd olunan qanunvericilik aktlarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, tərəflər arasında şifahi razılığa əsasən cavabdeh öhdəlik götürmüş, həmin öhdəliyə əsasən iddiaçıdan götürdüyü qızılın dəyərini tam qaytarmalı olduğu halda, borcu qaytarmamışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, iddia tələbinin qaldırılması üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 900 manat və 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 930 manat pul alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Şirvan şəhər Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar