Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1221/2023 02.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(032)-630/2021 saylı qətnaməsinə əsasən Cavabdeh onun xeyrinə tutulan aliment miqdarının artırılaraq hər ay hər bir uşağa 220 manat sabit pul məbləğində olmaqla, cəmi 440 manat məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Həmin nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Ailə nikah münasibətləri uyğun gəlmədiyi üçün nikahları məhkəmə qaydasında pozulmuş və xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 ananın himayəsində saxlanılmışdır. Cavabdeh uşağın maddi təlabatı ilə maraqlanmadığı üçün aidiyyatı üzrə Şirvan şəhər məhkəməsinə müraciət etdi. Şirvan şəhər məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə aliment kəsilmişdir. Həmin aliment uşaqların maddi tələbatını ödəmədiyi üçün məcburiyyət qarşısında qalıb aidiyyatı üzrə alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli oldu. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-1673/2018 saylı qətnaməsi ilə, əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqla, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay, hər bir uşağa 90 manat olmaqla iki uşağa cəmi 180 manat pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Sonra həmin aliment uşaqların maddi tələbatını ödəmədiyi üçün məcburiyyət qarşısında qalıb aidiyyatı üzrə alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli oldu. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-319/2020 saylı qətnaməsi ilə, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay, hər bir uşağa 170 manat olmaqla iki uşağa cəmi 340 manat pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə təmin edilməmişdir. Daha sonra həmin aliment uşaqların maddi tələbatını ödəmədiyi üçün məcburiyyət qarşısında qalıb aidiyyatı üzrə alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli oldu. Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-630/2021 saylı qətnaməsi ilə, Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay, hər bir uşağa 110 manat olmaqla iki uşağa cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qismən təmin edilmişdir. İş üzrə Cavabdeh iki uşağa ödədiyi 220 manat aliment uşaqların maddi təlabatına hal-hazrda çatmır. Cavabdeh atasına məxsus təsərrüfatla məşğuldur, digər gəlirləri vardır. Ona görə ki, ölkədə gedən iqtisadi inkişaf və hər gün uşaqların maddi təlabatları artdığı üçün Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edir. Qeyd edim ki, uşaqların hər ikisidə məktəblidir. Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə aralarında razılıq əldə olunmamışdır. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək və iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Ona təyin edilmiş alimenti çox çətinliklə ödəyir. Fərdi əməklə məşğuldur, iş olandan olana qazancı olur. Hazırda evlidir və evdə azyaşlı uşağı da onun himayəsindədir. İddiaçı isə “Gilan” şirkətində işləyir və mütəmadi maaş alır. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-630/2021 saylı qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-1673/2018 saylı qətnaməsi ilə birgə nikahdan xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2011-ci il tarixdə anadan olmuş Şirinova Günay (Sunay) Emin qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş hər ay 90 manat sabit pul məbləğində aliment dəyişdirilərək artırılsın, xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2011-ci il tarixdə anadan olmuş Şirinova Günay (Sunay) Emin qızının yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün əvvəli Şirvan şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-630/2021 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Sabirabad rayonu, Moranlı kəndində yaşayan xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh bir uşağa 110 manat, iki uşağa görə 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı ilə birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X6 ilə bağlanmış nikahı xx.xx.2015-ci il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 15 № ilə qeyd edilmişdir. EMİS çıxarışdan məlum olur ki, Cavabdeh evli olmaqla, hazırda xx.xx.2017-ci il təvəllüdlü X9 adlı azyaşlı övladı var. EMİS çıxarışdan məlum olur ki, İddiaçı "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləyir, aylıq əmək haqqı 345 AZN təşkil edir. Məhkəmənin mülki iş ilə bağlı tətbiq etdiyi hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 saylı qərarının 8.12-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İş üzrə məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə tərəflərin mövqeyini və gətirdiyi dəlilləri incəliyərkən müəyyən edir ki, hər iki tərəfin öz tələb və etirazlarında haqlı olduğu məqamlar mövcuddur. Belə ki, qanunvericiliyin sadaladığımız normalarına əsasən, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə iddiaçının tələbi nəticə etibarı ilə qanuni və əsaslıdır. Bu uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkilinin təmin edilməsi zərurəti baxılan iddia tələbinin qismən təmin edilməsini mümkün edir. Çünki tələb üzrə irəli sürülmüş və işin faktiki hallarına, tərəflərin maddi vəziyyətinə uyğun görsənməyən yüksək məbləğin müəyyən edilməsi, artıq və ödənilməsi real olmayan aliment məbləği ilə cavabdehi yükləməklə bərabər, qanuni qüvvəyə minmiş məhkəmə qərarının da gələcəkdə icrasız vəziyyətdə qalmasına şərait yaratmış olacaq. Lakin artıq bildirdiyimiz kimi, məhkəmə gəldiyi nəticəni təktərəfli qiymətləndirməməli, cavabdehin də mövqeyini diqqətdən qaçırmamalıdır. İşin faktiki hallarından məlum olur ki, cavabdeh ikinci dəfə ailə qurub və himayəsində 2017-ci il təvəllüdlü övladı var. Təbii ki, məhkəmə iddiaçı ilə bir nikahdan anadan olmuş uşaqların mənafeyini nəzərə aldığı kimi cavabdehin ikinci nikahından da dünyaya gəlmiş azyaşlı uşağının mövcud ola biləcək maddi xərclərini, tələbatlarını, həmçinin iddiaçının işləməklə hər ay 345 manat məbləğində əmək haqqı almasını da nəzərə almalıdır. Lakin cavabdehin iddianın təminini istisna edən hal kimi 3-cü uşağının da olmasını, rəsmi olaraq heç bir yerdə işləməməsini bildirməsini – uşaqların saxlanmasının hər bir valideynin istisnasız vəzifəsi olması müddəasından irəli gələrək məhkəmə qəbul etmir və hesab edir ki, göstərilənlər iddianın rədd edilməsi üçün əsas deyil. Beləliklə, qeyd edilənləri ümumiləşdirərək məhkəmənin qənaəti belədir ki, iddia qismən edilməli, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-630/2021 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay bir uşağa müəyyən olunmuş 110 manat, iki uşağa 220 manat miqdarında aliment dəyişdirilərək artırılmalı, alimentin miqdarı hər uşaq üçün 130 manat olmaqla, iki uşağa cəmi 260 manat müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Həmçinin məhkəmə hesab edir ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib cavabdehdən dövlət nəfinə alınmalıdır. Məhkəmə iddianın qismən təmin olunmasını, hazırki məhkəmə qərarı ilə cavabdeh üçün yaranmış yeni maddi öhdəliklərini, tərəflərin ümumi maddi vəziyyətini nəzərə alıb, hesab edir ki, mediasiya xərci kimi ödənilmiş 50 manat pulun iddiaçının özünə aid edilməsi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən dövlət rüsumu kimi tutulmalı olan 53 manat pulun isə cavabdehə aid edilməsi daha ədalətli olar. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Şirvan şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-630/2021 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay bir uşağa 110 manat, iki uşağa 220 manat miqdarında aliment dəyişdirilərək artırılmalı, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Sabirabad rayonu, Moranlı kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1985-ci ildə anadan olmuş Cavabdeh hər uşağa görə hər ay 130 (bir yüz otuz) manat, iki uşağa 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat pul iddiaçıya aid edilsin. Cavabdeh dövlət rüsumu kimi 53 manat pul alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-1221/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1221/2023
02.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver