Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1263/2023 15.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış “Samsung” markalı “A03s” modeli mobil telefonun alqı-satqısına dair xx.xx.2022-ci il tarixli, ŞRK 00739 nömrəli nisyə satış müqaviləsindən irəli gələn 108 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumuna ekvivalent məbləğin, ümumilikdə 138 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında “Samsung” markalı “A03s” modeli mobil telefonun alqı-satqısına dair xx.xx.2022-ci il tarixli, ŞRK 00739 nömrəli nisyə satış müqaviləsi imzalanmışdır. Müqavilə üzrə alıcı tərəfindən malın ilkin 50 manat ödəniş xaricində 396 manat məbləğində dəyərinin 6 aylıq ödəniş qrafiki əsasında tam ödənilməsi barədə öhdəlik götürülmüşdür. Lakin cavabdeh tərəfindən götürülən öhdəlik üzrsüz səbəblərdən 3-cü aydan sonra natamam icra edilmiş və müqavilə tələbləri pozulmuşdur. Satılmış malın dəyərinin alıcı tərəfindən ödənilməsinə və ödənilmədiyi təqdirdə onun məsuliyyət məsələsinin izahına dair göndərilmiş xəbərdarlıq məktubuna isə cavabdeh tərəfindən reaksiya verilməmişdir. Beləcə, mübahisənin məhkəməyədək həll yolları effektsiz qalmış və tərəfindən müqavilədən imtina edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh ilə aralarında bağlanmış “Samsung” markalı “A03s” modeli mobil telefonun alqı-satqısına dair xx.xx.2022-ci il tarixli, ŞRK 00739 nömrəli nisyə satış müqaviləsindən irəli gələn 108 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumuna ekvivalent məbləğ ondan tutularaq xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Bu barədə məhkəməyə ərizə təqdim olundu. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə bildirişini qəbul etməkdən imtina etmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, işdə olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1960-cı ildə anadan olmuşdur və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ŞRK 00739 nömrəli nisyə satış müqaviləsindan görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında dəyəri 446 manat olan “Samsung A03s” markalı mobil cihazın satışı haqqında bağlanmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Əliyeva X1 markalı mobil cihaza görə 6 ay müddətində hər ay 66 manat ödəniş etməli idi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Samsung markalı mobil cihaz Cavabdeh tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə satış müqaviləsi üzrə 108 manat borc ödənilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə satış müqaviləsinin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh “Samsung” markalı “A03s” modeli mobil telefonun alqı-satqısına dair xx.xx.2022-ci il tarixli, ŞRK 00739 nömrəli nisyə satış müqaviləsindən irəli gələn 108 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 138 manat pul tutularaq İddiaçı verilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Şirvan şəhər Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1263/2023
Şirvan Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(032)-1263/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver