Məhkəmə qərarları › İş №2(032)-1319/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1319/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1319/2024 03.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 10000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan şəhər “Rövşən” şadlıq evinin yanında kafedə işləyirdi. Cavabdeh Marif oğlunu oğlu X3 tanışlığı vasitəsi ilə tanımışdır. Özü hərdən qızıl alveri ilə məşğul olur. Tanıdığı Cavabdeh ondan gəlib qızıl əşyaları alıb aparmışdır. 08 iyun 2020-ci il tarixində tanıdığı Cavabdeh onların evinə gəlmiş və ona bildirmişdir ki, ona yeddi min manatlıq qızıl-zinyət əşyaları lazımdır, həmin vaxt qızılın bir qramının qiyməti 70 manat idi. Bu barədə Cavabdeh ilə razılaşmış, ona yeddi min manatlıq qızıl ziynət əşyasını nisyə satmışdır. Cavabdeh ona demişdir ki, qızılın pulunu 19 yanvar 2020-ci tarixində verəcəkdir, qızılı Cavabdeh verəndə X1 evdə olmuş, qızılı Orxana verəndə o da görmüş, lazım gələrsə şahid kimi gəlib ifadə verə bilər. Hal-hazırda qızılın bir qramı qiyməti 100 manatdır. Dəfələrlə Cavabdeh qızılın pulunu istəmiş o, hər dəfə aldadıb və demişdir ki, “narahat olma sənin qızılının pulunu düzəldib verəcəm”. Bu səbəblərə görə qızılın pulunu verməsi müddəti uzanmışdır. Hal-hazırda bugünki günə görə Cavabdeh ona 10000 ( on min) manat pul borcludur. O həmin pulu könüllü şəkildə vermək istəmir bu səbəbdən də məhkəmiyə müraciət etmişdir. Ona borclu olduğu 10000 (on min) manat pulu ondan tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, qızılları cavabdehə satarkən qızılın qramı 70 manat olsa da, hazırda qızılın dəyəri artırıldığından həmin qızılın dəyərini indiki qiymətə uyğun olaraq 10000 manat tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddiaçının iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi məbləğdə qızıl götürülməmiş, qardaşı tərəfindən 500 manat məbləğində iddiaçıdan qızıl alınmış, həmin qızılın da pulu iddiaçıya qaytarılmışdır. Lakin qardaşının qızılın pulunu qaytarması ilə bağlı sübutu yoxdur. Qardaşının qəbzi imzalamasına münasibətdə isə bildirir ki, qardaşının yaşadığı ünvana 3 nəfər gələrək onu avtomobillə apararaq məcbur olaraq qəbzi imzalatdırmışlar. Həmin hadisə ilə bağlı şahidlər var. Bununla bağlı isə qardaşı polisə müraciət etməmişdir. Məhkəmə tərəflərin izahatını, işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 7000 (yeddi min) manatlıq qızıl zinət əşyası aldığını, aldığı qızılın pulunu xx.xx.2020-ci il tarixdə ödəyəcəyini öhdəsinə götürərək qəbzi imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddaçı İddiaçı tanıdığı Cavabdeh 7000 manat dəyərində qızıl-zinət əşyası satmış, cavabdeh isə aldığı qızılın pulunu xx.xx.2020-ci il tarixdək ödəyəcəyi barədə öhdəlik götürmüş, bu barədə sadə yazılı qəbzə imza etmiş, lakin o, üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələb irəli sürməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı cavabdehdən nisyə olaraq satmış olduğu qızılların hazırkı dövrə qiymətinin nəzərə alınmaqla 10000 manat pul tələb edir. Lakin iddiaçı cavabdehdən ona 7000 manat deyil, daha artıq, yəni 10000 manat məbləğində borclu olduğunu sübuta yetirə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi məhz cavabdeh tərəfin vermiş olduğu qəbzdə göstərilən məbləğdə, yəni 7000 manat olmasına münasibətdə borclu olduğu sübuta yetirilmiş hesab edilir. Eyni zamanda məhkəmə cavabdeh tərəfin vermiş olduğu izahatında iddia tələbində qeyd edilən məbləğdə borc olmadığını, qardaşı Orxanın 500 manat məbləğində qızıl-zinət əşyası aldığını, həmin borcun tamamilə ödənilmiş olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin vermiş olduğu izahatı bir daha sübuta yetirir ki, tərəflər arasında qızıl-zinət əşyalarının satılması ilə bağlı münasibətlər mövcud olmuşdur. Lakin qeyd edilən məbləğdə olmamasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Ancaq cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya 7000 manat məbləğində borcunun olması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli və cavabdeh X2 7000 manat məbləğində pul alınıb iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında əlavə edilmiş 014399 nömrəli vəsiqədən görünür ki, İddiaçı şəhid ailəsi statusu verilmişdir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habələ Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, iddia qismən təmin edildiyindən, iş üzrə 7000 manat məbləğində ödənilməli olan dövlət rüsumuna görə pul cavabdehdən dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 90 (doxsan) dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar