Məhkəmə qərarları › İş №2(032)-1349/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1349/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1349/2023 20.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakıları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhəri, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3455 (üç min dörd yüz əlli beş) manat pulun və ödənilmiş 55 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə münasibətləri normal olmuşdur. Cavabdeh ona yaxınlaşaraq onun üçün pul lazım olduğunu bildirmişdir. O da Cavabdeh pulun verilməsinə etiraz etməmişdir. Üstündən bir neçə gün keçdikdən sonra, yəni xx.xx.2023-cü ildə cavabdeh onun yanına gələrək borc pul lazım olduğunu deyib ondan 3455 (üç min dörd yüz əlli beş) manat borc pul istəmiş, o da etiraz etməmişdir. Cavabdeh 2023-cü ilin may ayının 03-nə kimi qaytaracağına söz vermişdir. O da onunla münasibəti olduğu üçün həmin tarixdə həm yazılı izahat, həmdə özünün razılığı ilə video çəkliş vasitəsi ilə ona 3455 (üç min dörd yüz əlli beş) manat borc pul vermişdir. Üstündən bir müddət keçsə də o Cavabdeh pulunu tələb etsə də, o, hərdəfə bir bahanə gətirərək pulu veməkdən yayınmışdır. O da məcbur olub məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, Cavabdeh ilə münasibətləri normal olmuşdur. Cavabdeh ona yaxınlaşaraq onun üçün pul lazım olduğunu bildirmişdir. O da Cavabdeh pulun verilməsinə etiraz etməmişdir. Üstündən bir neçə gün keçdikdən sonra, yəni xx.xx.2023-cü ildə cavabdeh onun yanına gələrək borc pul lazım olduğunu deyib ondan 3455 (üç min dörd yüz əlli beş) manat borc pul istəmiş, o da etiraz etməmişdir. Cavabdeh 2023-cü ilin may ayının 03-nə kimi qaytaracağına söz vermişdir. Üstündən bir müddət keçsə də o Cavabdeh pulunu tələb etsə də, o, hər dəfə bir bahanə gətirərək pulu veməkdən yayınmışdır. Hal-hazırda ona olan borcun cavabdehin etiraf etdiyi hissə də 3430 manat məbləğində qətnəmə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edib, etiraz ərizəsi verərək bildirdi ki, iddia ərizəsi ilə tanış olmuşdur. O tələb edilən məbləği bir başa götürməmişdir. Hissəylə 3600 manat pulu faizlə götürmüşdür. Bir ay verdikdən sonra vəziyyətini nəzərə alıb faizi dayandırmışdır. Ayda 300 manat qaytarmaq şərti ilə onunla razılaşmışdır. Hər ay vaxtında o 300 manatı ona çatdırmışdır. Pul 2400 manat olanda onun kirayə qaldığı evin pulu yığılmış, o evdən çıxarıldığından Yetərin yanına gedib 1000 manat pul istəmişdir. Ona heç kim girovsuz pul vermir demişdir. O əmək haqqı kartını verəcəyini bildirsə də Yetər qızıl girov qoyulmasını istəmişdir. Boynundan reket sepi çıxarıb, təzə aldığını, qoyub pul götürəcək 10% lə o ödəyib axırda qızıl ona qalacaqdır (13, 14 q). Həmdə kartdan % çıxılacaqdır. O Yetərlə avtomobillə Mətləb adlı şəxsin dükanına gedib ordan 1000 manat pul götürüb ona vermişdir. Kart onda qalmışdır. 2 ay 100 manat faizlə 100 manat qızıla 300manat da aralarında olan borca çıxılmışdır. Hər ay 500 manat 2 ay ödəmişdir. May ayında onların arasında 2800 manat pul qalmış 1800 manat yox. İddia ərizəsində guya bəhanə gətirib, pulu qaytarmadığın yazmışdır. Bəhanə deyil gəlir olmadığı üçün ödəyə bilmədiyi üçün bu vaxtadək problem yaratmamış, ödəmişdir. Başladı şantaj etməyə ki pul gətir. Mesajlar hədələr qızının evinə gedəcəkdir. Yerdə qalan 700 manat isə evindən köhnə divan, stul iki tabletka çinar markalı soyuducu satırdı. Onları almışdır. Hal-hazırda onun İddiaçı 2800 mamat borcu var. 2 ay qızıla 200 manat pul ödəmiş, həmin pulu borcdan silməyi üçün qızılı aparıb yiyəsinə vermişdir. 2 ay faiz vermişdir. 200 manat stol tabletka 20 manat-50manat vermişdir. Yerdə qalan 630 manat puldu. O yazdığından qaçmır. Bu günkü gün pulu ödəyə bilməməyinin səbəbi işsizlik gəlirinin olmamasıdır. Onun hal-hazırda İddiaçı 3430 manat borcu vardır. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin etiraf ərizəsini, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan sadə yazılı formada yazılmış izahatdan görünür ki, Cavabdeh ehtiyacı olduğundan 23 yanvar 2023-cü il tarixdə İddiaçı 3455 (üç min dörd yüz əlli beş) manat məbləğində pul borc almış, 03 may 2023-cü il tarixə kimi qaytaracaqdır. İzahatı özü yazmış, öz imzası ilə təsdiq etmişdir. İşin faktiki hallarından və Cavabdeh iş materialına əlavə olunmuş izahatlarından da görünür ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə Cavabdeh İddiaçı 3430 (üç min dörd yüz otuz) manat məbləğində borcun olmasını izahatında yazılı qaydada etiraf etməsini, cavabdeh tərəfindən borcun qaytarılmasını təsdiq edən sübutun təqdim edilməməsini, iddiaçı tərəfindən iddia tələbinin etiraf edildiyi hissədə təmin edilməsini xahiş etməsi nəzərə alıb, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 3430 (üç min dörd yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 55 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3430 (üç min dörd yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 55 manat pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar