Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1354/2023 03.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(032)-541/2018 saylı qətnaməsinə əsasən Cavabdeh 19 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının (və ya başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2013-cü ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 19 noyabr 2014-cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri kəskinləşdiyindən Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)- 541/2018 saylı qətnaməsi ilə nikah pozulmuş, birgə nikahlarından doğulmuş 19 noyabr 2014-cü il təvəllüdlü X2 ananın yanında qalması müəyyən edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq 19 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının (və ya başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Ayrı yaşadıqları müddət ərzində cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmamış və uşağın saxlanması üçün aliment məbləğindən kənar ona heç bir zəruri madid yardım göstərməmişdir. Uşağın saxlanması üçün müəyyən edilmiş aliment məbləğini cavabdeh müxtəlif bəhanələrlə ödəməkdən yayınır. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşağın atasına qarşı ehtiyac və tələbatları artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. İddiaçı məhkəmə iclasında iştirak edərək və iddianı müdafiə edərək, uşağı xəstə olmasını, ona müalicəsi ilə əlaqədar əlavə xərclər çəkməsini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddianı qismən qəbul edir. xx.xx.2022-ci il tarixdən “X11” MMC-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində “Azəriqaz” İB-nin X8 İstismar İdarəsi üzrə Şirvan şəhəri ərazisində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsində işləyir. Aylıq əmək haqqı 345 manatdır. Hər ay qazancının ¼ hissəsində aliment tutlmasına razı olduğunu qeyd etmişdir. Başqa yerdə heç bir gəliri yoxdur. Çıxışında cavabdeh iddiaçıya 120 manat məbləğində aliment verə biləcəyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-541/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş 19 noyabr 2014-cü il təvəllüdlü X2 ananın yanında qalması, Cavabdeh 15 fevral 2018-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının (və ya başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X10 Mərkəzinin 29 avqust 2023-cü il tarixli arayışında göstərilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən “X11” MMC-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində “Azəriqaz” İB-nin X8 İstismarı İdarəsi üzrə Şirvan şəhəri ərazisində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsində çalışır. Aylıq əməkhaqqısı 345 manat təşkil edir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, cavabdeh İddiaçı “Şirvan şəhər X1” X6 uşaq bağçaları üzrə tərbiyəçi vəzifəsində çalışır. Aylıq əmək haqqısı 571.55 manat təşkil edir. (portaldan çıxarış) Həmçinin iddiaçı bildirmişdir ki, əlavə olaraq müəllim kimi işləyir 200 manatdan bir qədər çox maaş alır, portalda isə maaşın məbləği 175 manat göstərilmişdir. Cavabdeh İddiaçı tərəfindən təqdim edilmiş stasionar xəstənin tibbi vərəqəsindən çıxarışdan, reseptlərdən, EEQ monitorinq müayinələrinin sənədlərindən və göz müayinəsinin sənədlərindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X5 mürəkkəb hipermetropik astiqmatizm xəstəliyindən əziyyət çəkir. Məhkəmənin mülki iş ilə bağlı tətbiq etdiyi hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3-ci maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.12-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İş üzrə məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə tərəflərin mövqeyini və gətirdiyi dəlilləri incəliyərkən müəyyən edir ki, hər iki tərəfin öz tələb və etirazlarında haqlı olduğu məqamlar mövcuddur. Belə ki, qanunvericiliyin sadaladığımız normalarına əsasən, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Həmçinin məhkəmə cavabdehin ilkin etirazlarında alimentin hissəvi olaraq müəyyən edilməsinə münasibətdə onun aylıq maaşını da nəzərə almaqla hesab edir ki, alimentin qeyd olunan formada müəyyən edilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində göstərilən tələblərə cavab vermədiyindən mümkün deyil və aliment məhz sabit qaydada müəyyən edilməklə işin məqsədəmüvafiqliyi təmin edilməlidir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə iddiaçının tələbi nəticə etibarı ilə qanuni və əsaslıdır. Bu uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkilinin təmin edilməsi, o cümlədən hazırki vəziyyətdə uşağın xəsyəliyi və bununla əlaqədar müalicəsinə çəkilməsi mümkün ola bilən minimal xərcləri nəzərə alaraq iddia tələbinin qismən təmin edilməsini mümkün edir. Çünki tələb üzrə irəli sürülmüş və işin faktiki hallarına, tərəflərin maddi vəziyyətinə uyğun görsənməyən yüksək məbləğin müəyyən edilməsi, artıq və ödənilməsi real olmayan aliment məbləği ilə cavabdehi yükləməklə bərabər, qanuni qüvvəyə minmiş məhkəmə qərarının da gələcəkdə icrasız vəziyyətdə qalmasına şərait yaratmış olacaq. Beləliklə, qeyd edilənləri ümumiləşdirərək məhkəmənin qənaəti belədir ki, iddia qismən edilməli, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-1354/2018 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmasına görə qazancının (və ya başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment dəyişdirilərək, alimentin miqdarı sabit miqdarda müəyyən olunmaqla hər ay cavabdehdən alınmalı olan məbləğ 170 (bir yüz yetmiş) manat müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Həmçinin məhkəmə hesab edir ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəyə mütənasib olaraq cavabdehdən dövlət nəfinə alınmalıdır. Məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alıb, hesab edir ki, mediasiya xərci kimi ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsini və dövlət rüsumu kimi tutulmalı olan 43 manat 40 qəpik pulun cavabdehdən alınaraq dövlət hesabına alınmasını qanunamüvafiq hesab edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-541/2018 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay qazancının (və ya başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment dəyişdirilərək artırılsın, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-1354/2023 saylı qətnaməsi(hazırki qətnamə) qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olan xx.xx.1990-cı ildə Şirvan şəhərində anadan olmuş Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına verilsin. Cavabdeh mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat pul alınaraq iddiaçıya, dövlət rüsumu kimi 40 manat 40 qəpik pul isə alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-1354/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1354/2023
03.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver