Məhkəmə qərarları › İş №2(032)-140/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-140/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-140/2023 08.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə İddiaçı Cavabdeh ASC Birləşmiş Sukanal MMC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC Birləşmiş Sukanal MMC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh ASC Birləşmiş Sukanal MMC məhkəmənin yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar olmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onun məhkəməyə gəlməməsi işin mahiyyəti üzrə baxılmasının tələb edilmədiyi kimi qiymətləndirilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçının ərizəsinə əsasən mülki iş baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh ASC Birləşmiş Sukanal MMC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar