Məhkəmə qərarları › İş №2(032)-142/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-142/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-142/2023 30.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2021-ci ilin fevral ayında özünə ev almaq üçün Şirvan şəhərində olan elanlara baxdı və orada olan telefona zəng etmişdir. Rövşən adlı makler cavab vermiş və Rövşənin ofisinə getmişdir. Onlar T.İsmayılov küçəsi ev 19, mənzil 39 ünvanına getdilər. Ev 2 otaqlı idi. Evə baxandan sonra Rövşən 25.000 manata satacağını demişdir. 23.000 manata razılaşdırlar. Rövşənə alqı-satqıya getmələrini dedi. Rövşən isə ona evdə başqa adamın qeydiyyatda olduğunu, onu çıxarandan sonra alqı-satqının olacağını dedi. Rövşən evi saxlamaq üçün ondan 1500 manat beh istədi. O da 1500 manat behi ofisinin kənarında Rövşənə vermişdir. Rövşən də ona qəbz verdi. Bundan sonra Rövşəndən cavab gözlədi. Rövşən onu axtarmadığını görüb özü Rövşəni axtarmağa başladı. Rövşən dəfələrlə ona gah ev sahibinin hansısa sənədində problemin olduğunu, gah da öz səhhətində problemlərin olduğunu deyərək onu aldatmışdır. İndiyə qədər Rövşən onu aldatmağa davam edir və onun 1500 manatını da qaytarmır. Rövşən hətta ona ev sahibinin adının Anar adlı şəxs olduğunu demişdir. O da həmin şəxsin ***-***-**-** mobil telefon nömrəsinə zəng edib danışmışdır. Həmin şəxs həqiqətən də evin özünə məxsus olduğunu bildirmişdir. Həmin şəxs də müxtəlif bəhanələr gətirmişdir. Axırıncı dəfə Anara zəng etdi və evi maraqlandı. Anar hansı ev olduğunu soruşdur, o isə evin ünvanını dedi. Anara həmin vaxt Rövşənin ona söz deyib-demədiyini soruşmuşdur. O, isə heç bir şey demədiyini soruşmuşdur. O isə heç bir şey demədiyini demişdir. Bundan sonra Anar notariusda tezliklə alqı-satqını edəcəyini demiş, ancaq yenə də bir nəticə olmamışdır. Bütün bunlardan bezib xx.xx.2021-ci il tarixində DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Cavabdeh ümumilikdə ev almaq üçün 1500 manat pul vermişdir. Cavabdeh onu aldadaraq ev almamışdır, aldığı 1500 manat pulu geri qaytarmamışdır. Cavabdehv Cavabdeh pulunu tələb etsə də, o, hər dəfə bir bəhanə gətirərək pulu verməkdən yayınmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Sonradan isə məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan işə baxılıb tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılır, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(021)-64/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən həmin İstintaq Təcridxanasına iddia ərizəsinin surəti göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibətini bildirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hazırki vəziyyətdə işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(021)-64/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İttiham olunduğu cinayət əməli üzrə bir neçə epizodlarda təqsirli bilinmiş, hazırki mübahisə üzrə isə sözügedən hökmə əsasən Cavabdeh o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini İddiaçı ev almaq adı ilə yalan vədlər verib etibarından sui istifadə edərək, 2021-ci ilin fevral ayında vahid niyyətlə əhatə olunmuş qəsdlə İddiaçı Şirvan şəhərində 1500 (min beş yüz) manat pulu əldə edib ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Cinayət işi üzrə Cavabdeh iddiaçıya vurulan ziyanla əlaqədar bildirmişdir ki, 2021-ci ilin fevral ayında Şirvan şəhər sakini İddiaçı ev almaq üçün ona müraciət etmiş, həmin vaxt o, Əlisahibə şəhərin T.İsmayılov küçəsi, ev 19, mənzil 39 ünvanında yerləşən evi göstərmişdir. Həmin vaxt ev sahibidə orada olmuş, onlar ev sahibi ilə birlikdə Əlisahiblə 23000 manata razılaşmışlar. Lakin, evin sənədlərində problem olduğu üçün ev sahibi bu barədə Əlisahibə bildirmiş, Əlisahib də onlarla razılaşmış, lakin həmin vaxt onlar alqı satqı etməsələr də, o, ev sahibinə beh verməli olduğunu demişdir. Onlar razılaşmışlar və 1500 manat Əlisahibdən beh almış, o həmin behi evin sahibi Anar adlı şəxsə vermişdir. Sonradan evin sənədləri düzəlmədiyindən Anar adlı şəxs ondan aldığı 1500 manat pulu geri qaytarmışdır. O da həmin vaxt şəxsi işləri ilə bağlı problem olduğundan həmin 1500 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Sonradan bir müddət Azərbaycan Respublikasından kənara getmiş və telefonuna zəng çatmamışdır. Əlisahib də ona həmin ərəfədə zəng vursa da, telefonuna zəng çatmamşdır. O, dəfələrlə Əlisahiblə bu barədə danışaraq sonuncuya qaytarmalı olduğu 1500 manat pulu qaytarıb verəcəyini bildirsə də, maddi vəziyyəti çətin olduğundan Əlisahibə olan 1500 manat pulu qaytarıb verməmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmalı Cavabdeh 1500 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 35 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 35 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360- cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ : İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat pul və dövlət rüsumu kimi ödənilmiş 35 (otuz beş) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar