Məhkəmə qərarları › İş №2(032)-143/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-143/2025

13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-143/2025 13.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və alimentin tutulması müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikahdan anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh alimentin miqdarının artırılaraq , hər ay hər uşağa 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə, xx.xx.2006-cı il təvəllüdlü X4 Mingəçevir Dövlət Universitetinin “ İqtisadiyyat və İdarəetmə” fakültəsinə əyani təhsil aldığı üçün alimentin müddətinin uzadılması və dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun ümumi qazancından bir uşağa hər ay 300 manat pul tutulur və aliment hesablanaraq ödənilir. Bu isə uşağın saxlanmasından ötəri həddindən artıq azdır. Uşağı saxlamaqda maddi cəhətdən çox çətinlik çəkir. Hal-hazırda onun oğlu X5 ondan ötrü ki, o 2023/2024-cü tədris ilində Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat və İdarəetmə” fakültəsinə əyani təhsil alma forması üzrə, Turizm bələdçiliyi ixtisasına ödənişli əsaslarla (təhsil haqqı 1500 manat) qəbul olmuş və hazırda İİ tədris qrupunda təhsil alır. Cavabdeh müəyyən edilmiş 300 manat alimentdən savayı uşağa başqa maddi yardım, eləcə də ərzaq, geyim əşyaları ilə uşağa əlavə heç bir yardım ödəmir. Bu pul ümumilikdə uşağın zəruri xərcinə çatmır, maddi cəhətdən əziyyət çəkirik, dolana bilmirlər. Belə ki, onun maddi xərcləri, təhsil xərcləri çoxdur və o maddi cəhətdən bu xərcləri qarşılaya bilmir. O, özü isə iş olmadığına görə heç bir yerdə işləmir. O, hesab edir ki, Cavabdeh uşağım saxlanmasından ötəri həddindən artıq az aliment ödəyir, bu pul , yəni 300 manat hal-hazırki dövrdə uşağın saxlanması üçün çox azdır, onun zəruri xərclərinə və ehtiyaclarının ödənilməsinə çatmır, bu səbəbdən də aliment miqdarının artırılmasını və oxuduğu üçün uzadılması barədə iddia qaldırmalı olmuş və hesab edir ki, bu səbəbdən də aliment miqdarının artırılmasını, hər uşağa 250 (iki yüz) rmnanat cəmi 500 (beş yüz) manat miqdarında sabit pul məbləğində aliment teyin edilməsi barada iddia qaldırmalı olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. O, həmçinin bildirdi ki, övladı Nihad Kərimovun 18 yaşı tamam olmuşdur. Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat və İdarəetmə” fakültəsinə əyani təhsilalma forması üzrə, Turizm bələdçiliyi ixtisasına ödənişli əsaslarla təhsil alır. Təhsil haqqı 1500 manatdır. Atası tərəfindən heç bir yardım olmadığından təhsil və digər xərcləri ödəməkdə çətinlik çəkir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia tələbi razı deyil. Belə ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsa onu ödəməyə imkanı çatmayacaq. Həmçinin xx.xx.2006-cı il təvəllüdlü X4 təhsili ilə əlaqədar tələb edilən alimenti ödəməyə imkanı yoxdur. O, ikinci dəfə ailə qurmuş, həmin nikahdan da xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı iki övladı olmuşdur. Hal-hazırda da heç bir yerdə işləmir. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Şirvan şəhər Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və alimentin tutulması müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi xx.xx.2009-cu il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin miqdarının artırılaraq 250 manat sabit pul məbləğində təyin edilməsi hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və alimentin tutulması müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi xx.xx.2006-cı il təvəllüdlü X2 üçün təyin edilmiş alimentin miqdarının artırılaraq 250 manat sabit pul məbləğində təyin edilməsi və onun təhsili ilə əlaqədar alimentin tutulması müddətinin uzadılması hissədə iddia təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-850/2014 saylı qətanməsinin surətindən görünür ki , iddia qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il də Əli-Bayramlı VVADQ şöbəsində bağlanmış 367 saylı nikah pozulması, onların birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 İddiaçı yanında qalması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 04 iyun 2014-cü ildən hesablanmaqla Cavabdeh hər ay hər bir uşağa 70 manat olmaqla iki uşağa cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçı olan nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 71 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Kərimov, qadına Kərimova soyadı verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mingəçevir Dövlət Universiteti xx.xx.2024-cü il tarixli 22 nömrəli arayışdan görünür ki, X7 həqiqətən 2023/2024-cü tədris ilində Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat və İdarəetmə” fakültəsinə əyani təhsilalma forması üzrə, Turizm bələdçiliyi ixtisasına ödənişli əsaslarla (təhsil haqqı 1500 manat) qəbul olmuş və hazırda İİ tədris ili TB23.3 saylı qrupundan təhsil alır. Elektron informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən müəyyən edilir ki, X7 xx.xx.2006-cı il təvəllüdlüdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.1-ci maddəsinə əsasən 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. İşin mübahisəsiz halıdır ki, X7 yetkinlik yaşına çatmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsində “alimentin tutulması müddətinin uzadılması” ilə bağlı müddəalar nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara (yetkinlik yaşına çatmış) görə əlavə xərclərdə iştirakı nzəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Göründüyü kimi ailə qanunvericiliyinin tələbinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyanın və qanularının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarında göstərilir ki, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır. X10 o da xüsusilə qeyd edilmişdir ki, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimentin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ prosessual qanunvericiliyin tələbi baxımından yetkinlik yaşına çatmış övladın özü tərəfindən həyata keçirilməlidir. Çünki o, əmək qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, tam fəaliyyət qabiliyyətlidir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övlad ilə birlikdə yaşayan valideynlərdən birinin bu barədə tələb irəli sürməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və o, əsl iddiaçı hesab edilə bilməz. Həmin Qərara əsasən valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Hazırki iş üzrə İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallar kimi övladı xx.xx.2006-cı il təvəllüdlü X4 ali təhsilini ödənişli əsaslarla alması, təhsil xərclərinin çoxluğu və bu xərcləri özünün qarşılaya bilməmisini qeyd etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazirki iş üzrə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar müəyyən olunmamış, əlavə olaraq iddiaçı tərəfindən bu maddə üzrə nəzərdə tutulmuş halların mövcudluğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X2 üçün təyin edilmiş alimentin miqdarının artırılaraq 250 manat sabit pul məbləğində təyin edilməsi və onun təhsili ilə əlaqədar alimentin tutulması müddətinin uzadılması hissədə iddia ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və alimentin tutulması müddətinin uzadılması ” tələbinə dair iddia ərizəsi xx.xx.2006-cı il təvəllüdlü X2 üçün təyin edilmiş alimentin miqdarının artırılaraq 250 manat sabit pul məbləğində təyin edilməsi və onun təhsili ilə əlaqədar alimentin tutulması müddətinin uzadılması hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar