Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № 2(032)-1431/2025 18.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızı , Kreditor X1 borclular Borclu, Zamin1 və Zamin2 qarşı nisyə alğı-satqı müqaviləsinə əsasən borcun tutulması tələbinə dair əmr icraatı qaydasındakı ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Kreditor X5 ərizə ilə məhkəməyə müraciət edərək borclular Borclu , Zamin1 və Zamin2 müştərək qaydada 544 (beş yüz qırx dörd) manat borcun və ərizə verilərkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, M.Ə. Rəsulzadə 23 A da yerləşən sahibkar X2 məxsus mağaza onun xüsusi mülkiyyətidir və orada mövcud məişət avadanlığının satışını həyata kecirməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Borclu 01 oktyabr 2024-ci ildə rəsmi ərizə ilə onlara müraciət edərək, 495.0 (dörd yüz doxsan beş) manat olan, bir ədəd Honor X 5 plus (4V128 gv) ilkin ödəniş etmədən, qrafika uyğun olaraq, 9 (doqquz) ay müddətinə kreditlə götürmüşdür. Lakin bu günə kimi qalıq borcdan, 50 (əlli) manat ödəniş etmişdir. Buna əsasən 445.0 (dörd yüz qırx beş ) manat əsas borc, 99.0 ( doxsan doqquz ) manat dəbbə, ümumilikdə isə 544.0 (beş yüz qırx dörd) manat borc yaranmışdır. Araşdırma aparılıb sənədlər yoxlandıqdan sonra, yuxarıda qeyd edilən bir ədəd Honor X 5 plus (44128 gv) telefon, 495.0 (dörd yüz doxsan beş) manat həmin şərtlə verilmişdir. Bu barədə 01 oktyabr 2024 -cü il tarixli “1190” saylı müqavilə imzalanmışdır. Lakin Borclu, 01 oktyabr 2024-cü il tarixdən bu günə kimi qalıq borcdan 50.0 ( əlli ) manat ödəniş etmişdir. Buna əsasən 445.0 ( dörd yüz qırx beş ) manat əsas borc, 99.0 ( doxsan doqquz ) manat dəbbə, ümumilikdə isə 544.0 (beş yüz qırx dörd ) manat borc yaranmışdır. Bu barədə borcluya və zaminlərə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Borclular borcunu ödəməkdən boyun qaçırdığından məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əlavə edilmiş müqavilə və müqavilənin şərtlərindən göründüyü kimi, hazırki öhdəliyin təminatı kimi çıxış etmiş zaminlər Borclu ilə birlikdə kreditor X4 qarşısında eyni həcmdə, birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. MPM-in 276.2.2-ci maddəsinə görə tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. MPM-in 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Hazırkı mülki işin ərazi aidiyyətı ilə bağlı məhkəmə bildirir ki, tərəflər arasında bağlanılmış müqavilədə gələcəkdə pulun ödənilməsi üzrə mübahisə yaranarsa işə baxılması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müqavilə aidiyyatinə əsasən Şirvan şəhər Məhkəməsində baxılmasına hər iki tərəf öz razılığını ifadə etməsi göstərilmişdir. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. MPM-in 40.3-cü saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, əmrin verilməsi ilə bağlı kreditor tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə əmri təmin edildiyindən kreditor tərəfindən ödənilmiş dövlət rüsumu borclulardan tutularaq kreditora ödənilməlidir. Qeyd olunanlara və qanunvericiliyin yuxarıda sadalanan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, kreditorun tələbi əsaslıdır və tam şəkildə təmin edilməlidir. Yuxarıda gösdərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 280-284- cü maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdi: Borclular xx.xx.1999-cu ildə Sabirabad rayonu Həşimxanlı kəndində anadan olmuş, Sabirabad rayonu Həşimxanlı kəndində qeydiyyatda olan Borclu (FİN: xxxxxxx ), xx.xx.2001-ci ildə Sabirabad rayonu Həşimxanlı kəndində anadan olmuş, Sabirabad rayonu Həşimxanlı kəndində qeydiyyatda olan Zamin1 (FİN: xxxxxxx) və xx.xx.1973-cü ildə Sabirabad rayonu Abdulyan kəndində anadan olmuş, Sabirabad rayonu Həşimxanlı kəndində qeydiyyatda olan Zamin2 (FİN: xxxxxxx) müştərək qaydada 445 (dörd yüz qırx beş) manat əsas borc, 99 (doxsan doqquz) manat cərimə borcu, cəmi 544 (beş yüz qırx dörd) manat məbləğində pul və ərizə verilərkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq kreditor X3 ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Şirvan Şəhər Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1431/2025
Şirvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(032)-1431/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver