Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-144/2023 28.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 02 aprel 2015-ci il tarixli, MM/50320/50/26 saylı müqaviləsinə əsasən 1601,34 ABŞ dolları əsas borc, 25 noyabr 2013-cü il tarixli, BAL1513926/13 saylı plastik kartı üzrə kredit xətti müqaviləsinə əsasən 105 manat 58 qəpik əsas borc, 15 avqust 2014-cü il tarixli, DK0415026/14 saylı kredit sazişinə əsasən 97 manat borc və iş üzrə ödənilmiş 49 manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MM/50320/50/26 saylı müqaviləyə əsasən bank ona 3611 ABŞ dolları, xx.xx.2013-cü il tarixli, BAL1513926/13 saylı müqaviləyə əsasən 300 manat, xx.xx.2014-cü il tarixli, DK0415026/14 saylı müqaviləyə əsasən 100 manat məbləğində kredit vermişdir. Hazırda mərhum X2 Banka ümumi olaraq 1601,34 ABŞ dolları və 105 manat 58 qəpik borcu vardır. X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1 (arvadı), Cavabdeh2 (oğlu), Cavabdeh3 (oğlu) və Cavabdeh4 (qızı) X2 qanuni vərəsələridirlər. X4 tərəfindən vərəsələrinə qalan miras əmlak Əli-Bayramlı şəhər X1 və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X3 verilmiş 1296 nömrəli reyestr kitabında 2132 inventar işi ilə qeyd edilmiş Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1 evin 15 saylı ünvanında yerləşən ümumi sahəsi 65.23 kv/m, yaşayış sahəsi 42.16 kv/m, köməkçi sahəsi 23.07 kv/m olan 3 otaqlı mənzildən ibarətdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatda olduqları ünvana göndərilmiş, lakin cavabdehlər həmin ünvanda yaşamaması səbəbindən zərf geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 147-ci və 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə X4 arasında bağlanmış 25 noyabr 2013-cü il tarixli, BAL1513926/13 saylı plastik kartı üzrə kredit xətti müqaviləsinə əsasən bank kredit alana 31 oktyabr 2016-cı il tarixinədək bankın Bolkart layihəsinə qoyulmuş satış və xidmət şəbəkələrində alınan malların və göstərilən xidmətlərin dəyərinin ödənilməsi, bankın müəyyən etdiyi dövrlərdə isə bankın və ya digər banklara aid POS terminal və ATM-lər vasitəsilə nağd pul vəsaitini çıxarmaq və digər formada nağdsız hesablaşmalar aparmaq məqsədilə maksimal məbləği 5000 manat olan bərpa olunan kredit xətti (bundan sonra kredit xətti) açır. İş materiallarında olan İddiaçı ASC ilə X4 arasında bağlanmış 15 avqust 2014-cü il tarixli, DK0415026/14 saylı kredit sazişinə əsasən X4 10000 manat və ya bu məbləğin digər növ valyuta ekvivalentində maksimal məbləğ, 36 faiz maksimal illik faiz dərəcəsi,12 ay minimal istifadə müddəti, 10 il limitin maksimal müddəti müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə X4 arasında bağlanmış 02 aprel 2015-ci il tarixli, MM/50320/50/26 saylı kredit sazişinə əsasən 50 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 3611 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 03 iyul 2015-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan şəhər 1 saylı Notariat Ofisinin 17 fevral 2022-ci il tarixli məktubundan görünür ki, X2 adına Şirvan şəhəri 1 saylı Notariat ofisində 14 noyabr 2017-ci ildə 2V-196 reyestrlə vərəsəlik işi açılmışdır. İş materiallarında olan qanun üzrə 14 noyabr 2017-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 03 iyul 2015-ci il tarixdə ölmüş X2 vəsələri -Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdeh X2 xx.xx.2022-ci il tarixə kredit razılaşaması üzrə 25 noyabr 2013-cü il tarixli, BAL1513926/13 saylı plastik kartı üzrə kredit xətti müqaviləsinə əsasən 105 manat 58 qəpik məbləğində pul, 15 avqust 2014-cü il tarixli, DK0415026/14 saylı kredit sazişinə əsasən 97 manat məbləğində pul, 02 aprel 2015-ci il tarixli, MM/50320/50/26 saylı müqaviləsinə əsasən 1601,34 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin müəyyən edilmiş hallarından görünür ki, X2 iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixə kredit razılaşaması üzrə 25 noyabr 2013-cü il tarixli, BAL1513926/13 saylı plastik kartı üzrə kredit xətti müqaviləsinə əsasən 105,58 manat, 15 avqust 2014-cü il tarixli, DK0415026/14 saylı kredit sazişinə əsasən 97 manat, 02 aprel 2015-ci il tarixli, MM/50320/50/26 saylı müqaviləyə əsasən 1601,34 ABŞ dolları borcu yaranmışdır. X4 03 iyul 2015-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra Şirvan şəhəri, S.Zeynalov küçəsi 21 saylı evin 15 saylı mənzili miras aktivi və iddiaçı ilə bağladığı müqavilələr üzrə icra etmədiyi öhdəlikləri miras passivi olaraq miras qalmışdır. Cavabdehlər ondan qalmış miras aktivini qəbul etmişlər və bu barədə onlara qanun üzrə vərəsəlik hüququ haqqında 14 noyabr 2017-ci il tarixli şəhadətnamə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə,bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa,borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehlər miras qoyan X2 kreditoru olan iddiaçının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduqlarından, miras qoyanın xx.xx.2022-ci il tarixə kredit razılaşması üzrə 25 noyabr 2013-cü il tarixli, BAL1513926/13 saylı plastik kartı üzrə kredit xətti müqaviləsinə əsasən 105,58 manat, 15 avqust 2014-cü il tarixli, DK0415026/14 saylı kredit sazişinə əsasən 97 manat, 02 aprel 2015-ci il tarixli, MM/50320/50/26 saylı müqaviləyə əsasən 1601,34 ABŞ dolları borcu və ödənilmiş dövlət rüsumunun əvəzi üzrə 49 manat onlardan alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 25 noyabr 2013cü il tarixli, BAL1513926/13 saylı plastik kartı üzrə kredit xətti müqaviləsinə əsasən 105 manat 58 qəpik məbləğində pul, 15 avqust 2014-cü il tarixli, DK0415026/14 saylı kredit sazişinə əsasən 97 manat məbləğində pul, 02 aprel 2015-ci il tarixli, MM/50320/50/26 saylı müqaviləsinə əsasən 1601,34 ABŞ dolları məbləğində qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq pul alınıb iddiaçı «Bank of Baku” ASC-nə verilsin. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 dövlət rüsumu üçün ödənilmiş 49 manat məbləğində pul alınaraq iddiaçı «Bank of Baku” ASC -nə verilsin. Qətnamədən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-144/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-144/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver