Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1506/2023 16.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada 1369 manat məbləğində pulun və iddia ərizəsi verilərkən ödənilmiş 34 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 aprel 2022-ci il tarixində Cavabdeh1 və Cavabdeh2 ilə **-BH-*** qeydiyyat nişanlı Toyoto Prius (hybrid) nəqliyyat vasitəsinin nisyə alqı-satqısına dair müqavilə bağlanılmışdır. X5 öz növbəsində Cavabdeh1 zamin dururaq, onunla zaminlik müqaviləsi bağlanılmışdır. Lakin Cavabdeh1 dəfələrlə müqavilə üzrə öhdəliklərini (aylıq ödənişlərini) kobud surətdə pozmuş və nəticədə həmin müqaviləyə faktiki xitam verilmişdir. Bundan əlavə o, avtomobili təhvil verərkən avtomobildə ciddi qüsurlar və ümumilikdə 1369 (min üç yüz altmış doqquz) manat ödənilməmiş inzibati cərimələr aşkarlanmışdır. 18 aprel 2022-ci il tarixli müqavilənin 5.1.5-ci maddəsinə əsasən alıcı (Cavabdeh1) və zamin (Cavabdeh2) törədilən hər hansı bir inzibati cəriməyə və inzibati xətaya görə məsuliyyət daşıyırlar. Avtomobil Cavabdeh1 təhvil verildikdən təhvil alınanadək onun barəsində inzibati protokollar tərtib olunmuşdur. Beklə ki, 1) AP0195529 nömrəli protokol (625 manat) 2) EQ12989024 nömrəli protokol (45 manat) 3) EQ13173899 nömrəli protokol (23,80 manat) 4) BNA2262013 nömrəli protokol (18 manat), 5) EQ11765180 nömrəli protokol (45 manat) 6) EQ11910019 nömrəli protokol (9 manat), 7) EQ13193402 nömrəli protokol (59,50 manat) 8) EQ1 ******* nömrəli protokol (45 manat, 9) EQ13249763 nömrəli protokol (59,50 manat), 10) EQ13395322 nömrəli protokol (21,20 manat) 11) EQ ******* nömrəli protokol (9 manat), 12) EQ12794868 nömrəli protokol (54 manat) 13) EQ13439030 nömrəli protokol (18 manat) 14) EQ12018369 nömrəli protokol (36 manat) 15) EQ 12921669 nömrəli protokol (45 manat) 16) EQ13505711 nömrəli protokol (50 manat) 17) BNA2263555 nömrəli protokol (18 manat) 18) EQ13828607 nömrəli protokol (45 manat) 19) EQ14218824 nömrəli protokol (45 manat) 20) EQ13528739 nömrəli protokol (50 manat) 21) EQ13174510 nömrəli protokol (48 manat). Qeyd olunan bütün protokollar üzrə inzibati cərimələr ponun tərəfindən xx.xx.2023-cü il tarixində (EQ13174510 nömrəli protokol istisna) “Azərpoçt”-un Şirvan şəhər filialında ödənilmişdir. EQ13174510 nömrəli protokol isə xx.xx.2023-cü ildə avtomobili texniki baxışdan keçirərkən aşkarlanmış və məndə dərhal həmin tarixdə “Azərpoçt”-un Şirvan şəhər filialına gedərək onuda ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclasında izahatında iddianı qəbul etdiyini, həmin cərimə məbləğlərinin ödənilməsi barədə mədaxil qəbzi onun adına olsa da belə İddiaçı tərəfindən ödənildiyini, ondan 1369 manat pulun tutulmasına etiraz etmədiyini bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Digər Cavabdeh2 hazırki məhkəımə iclasında iştirak etməmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edərək X4 ilə eyni məzmunlu izahat verərək bu barədə ərizə təqdim etmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə üzrə 33400 manat dəyərində olan “Toyota Prius” (HİBRİD) markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil 36 ay müddətinə hər ay 900 manat və ya günlük 30 manat ödəmək şərtilə alıcıya verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcun ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, olan “Toyota Prius” (HİBRİD) markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, X4 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə AP0195529 nömrəli protokol üzrə 625 manat, EQ12989024 nömrəli protokol üzrə 45 manat, EQ13173899 nömrəli protokol üzrə 23,80 manat, BNA2262013 nömrəli protokol üzrə 18 manat, EQ11765180 nömrəli protokol üzrə 45 manat, EQ11910019 nömrəli protokol üzrə 9 manat, EQ13193402 nömrəli protokol üzrə 59,50 manat, EQ12009280 nömrəli protokol üzrə 45 manat, EQ13249763 nömrəli protokol üzrə 59,50 manat), EQ 13395322 nömrəli protokol üzrə 21,20 manat, EQ ******* nömrəli protokol üzrə 9 manat, EQ12794868 nömrəli protokol üzrə 54 manat, EQ13439030 nömrəli protokol üzrə 18 manat, EQ12018369 nömrəli protokol üzrə 36 manat, EQ 12921669 nömrəli protokol üzrə 45 manat, EQ13505711 nömrəli protokol üzrə 50 manat, BNA2263555 nömrəli protokol üzrə 18 manat, EQ13828607 nömrəli protokol üzrə 45 manat, EQ14218824 nömrəli protokol üzrə 45 manat, EQ13528739 nömrəli protokol üzrə 50 manat, EQ13174510 nömrəli protokol üzrə 48 manat cərimələr ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.1-ci maddəsinə görəiddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Göründüyü kimi, tərəflər arasında nəqliyyat vasitəsinin nisyə alqı-satqısı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcı ona məxsus olan əmlakı alıcıya müəyyən şərtlərlə satmışdır. Eyni zamanda zaminlik müqaviləsinə əsasən zamin qeyd edilən müqavilə üzrə alıcı tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə satıcı qarşısında alıcı ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 dəfələrlə müqavilə üzrə öhdəliklərini (aylıq ödənişlərini) kobud surətdə pozmuş və nəticədə həmin müqaviləyə faktiki xitam verilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli müqavilənin 5.1.5-ci maddəsinə əsasən alıcı Cavabdeh1 və zamin Cavabdeh2 törədilən hər hansı bir inzibati cəriməyə və inzibati xətaya görə məsuliyyət daşımışlar. Lakin alıcı müqavilə üzrə götürdüyü öhdəlikləri pozmuş, avtomobili idarə etdiyi dövrdə Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş müxtəlif inzibati xətaları törətmiş və barəsində protokollar tərtib edilməklə inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati cərimələr onun adına gəlsə də, həmin inzibati cərimələrin ödənilməməsi nəqliyyat vasitəsinin satıcısı tərəfindən ödənilmişdir. Həmçinin məhkəmə cavabdehlərin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 1369 manat pul alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 34 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş olan 34 manat dövlət rüsumu cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 1369 manat məbləğində pul və ödənilmiş 34 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1506/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1506/2023
16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver