Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-151/2023 07.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X18 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı “aliment miqdarının artırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X7 qarşı Şirvan şəhər Məhkəməsinin 21 may 2012-ci il tarixli, 2(032)275/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş “aliment miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2006-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər biri üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment məbləğinin alınıb ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X11 ilə 2004cü ildə faktiki nikah münasibətlərinə girib, Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 15 fevral 2005-cü il tarixdə qeydiyyat orqanlarında nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə yaşadıqları müddətdə 19 iyul 2005-ci il tarixdə X14 və 07 sentyabr 2006-cı il tarixdə X16 adlı iki uşaqları anadan olmuşdur. Ailə münasibətləri kəskinləşdiyindən tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Şirvan Şəhər Məhkəməsinin 21 may 2012ci il tarixli 2(032)-275/2012 saylı Qətnaməsinə əsasən X12 ilə X13 arasında Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən bağlanmış 15 fevral 2005-ci il tarixli, 75 saylı nikah pozulmuş, tərəflərin birgə nikahdan 19 iyul 2005-ci il tarixdə doğulmuş X14 və 07 sentyabr 2006-cı il tarixdə doğulmuş X16 adlı iki nəfər uşaq anaları X6 yanında qalması, 19 iyul 2005-ci il tarixdə doğulmuş X14 və 07 sentyabr 2006-cı il tarixdə doğulmuş X9 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün X2 hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment 21 may 2012-ci il tarixdən başlayaraq tutulub X6 xeyrinə verilməsi qət edilmişdir. Ayrı yaşadıqları müddət ərzində cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmamış və uşaqların saxlanması üçün mənə heç bir zəruri maddi yardım göstərməmişdir. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqların atasına qarşı ehtiyac və tələbatları artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Şirvan Şəhər Məhkəməsinin 21 may 2012-ci il tarixli 2(032)- 275/2012 saylı Qətnaməsi ilə təyin edilmiş aliment uşaqların tələbatı üçün bu günkü həyat şəraiti, uşaqların saxlanılması, müalicə, qidalanması, geyim və ləvazimatlarının alınması və s. ilə uyğunlaşmır. O hazırda heç bir yerdə işləmir və müntəzəm gəlir yeri yoxdur. Ona görə də uşaqların saxlanılmasında maddi çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X11 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddiaçı ilə xx.xx.2005-ci iklə rəsmi nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X15 və xx.xx.2006-cı il təvəllüdlü X17 adlı 2 uşaqları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan Şirvan şəhər məhkəməsinin xx.xx.2012-cu il tarixli, 2(032)-275/2012 saylı qətnaməsinə əsasən iddiaçı ilə nikahımız pozulmuş, uşaqların iddiaçının himayəsində saxlanılması və xx.xx.2005-ci il təvəllüdlü X15 və xx.xx.2006-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü hər ay 100 manat sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. Aliment təyin olunduqdan sonra o həmişə alimenti vaxtlı-vaxtında iddiaçıya ödəyir. Hal-hazırda isə iddiaçı yenidən Şirvan şəhər məhkəməsinə müraciət edərək ondan tutulan alimentin məbləğinin artırılaraq hər bir uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində müyyən olunmasını tələb edir. O iddiaçının alimentin məbləğinin artırılması tələbinə əsasən bildirir ki, bir valideyn, ata olmağıma baxmayaraq həmişə alimenti vaxtlı-vaxtında ödəməyimə baxmayaraq iddiaçı onu özünün biabırçı surətdə boşanmağını ört-basdır etmək və hər dəfədə buna görə ondan qisas almaq istəyi səbəbindən olmuşdur. Çünki o İddiaçı onun əxlaqsızlıq etdiyinə və dəfələrlə xəyanətlərinə görə boşamışdır. Həmin vaxtı isə o uşaqları iddiaçıya yazığı gəldiyi üçün və uşaqlar azyaşlı olduqlarından analarından ayrı qalmamalarına görə onun himayəsində qalmasına razılıq vermişdir. İddiaçının əxlaqsız hərəkətlərinə görə ona ümumiyyətlə belə aliment vermək düzgün deyildi. O uşaqlarının xatirinə ona 100 manat sabit pul məbləğində aliment verməyə razılaşmışdır. X28 müharibəsi iştirakçısı və veteranıdır. Qanunlara dürüstcəsinə və hörmətlə əməl edən şəxsdir. Lakin bunu heç cürə həzm edə bilməyən iddiaçı hər yola əl atmağa başlamış, onui dəfələrlə narahat etmiş, bu da onun mənəvi sarsıntı və iztirab keçirməyinə səbəb olur. İddiaçının onu narahat edən əməllərinə son qoyulmalıdır. İddiaçının növbəti ona qarşı həmləsi isə alimentin artırılması tələbidir. Əxlaqsızlıq edərək və ona xəyanətlər etmiş bir şəxsə qarşı 386 manat manat sabit pul məbləğində aliment ödəməyə qətiyyən nə mənəvi, nə dəki maddi imkanı vardır. Hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır. Odur ki iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdehin etiraz ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X14 xx.xx.2005-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, X12 xx.xx.2006-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. X1, anası İddiaçıdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 21 may 2012-ci il tarixli, 2(032)275/2012 saylı qətnaməsindən görünür ki, qət edilmişdir. İş materiallarında olan 10 noyabr 2022-ci il tarixli İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X7 qarşı alimentin artırılması tələbi ilə əlaqədar tərəflərdən biri mediasiya prosesində iştirak etməmişdir. Mediasiya haqqında Azərbaycan Respublikası qanununun 32.1.9-cu maddəsinə əsasən bu Qanunun 21.8ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduda mediasiya prosesinə xitam verilir. İş materiallarında olan “X22”-nin 25 yanvar 2023-cü il tarixli arayışından görünür ki, X12 xx.xx.2000-ci il tarixindən Kayman adalarının “X22” Şirkətinin filialında çalışır. Hal-hazırda 1 saylı neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə 5-ci dərəcə operator vəzifəsində işləyir və onun aylıq vəzifə maaşı, vergilər daxil olmaqla, 712 (yeddi yüz on iki) manatdır. İş materiallarında olan M/V № 075103 saylı və M/V№013393 saylı vəsiqələrin surətindən görünür ki, X11 müharibə veteranıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır(«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olması kimi qiymətləndirib, hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 21 may 2012-ci il tarixli, 2(032)275/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdeh X3 xx.xx.2005-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2006-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşağa 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib cavabdeh X3 dövlət nəfinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 21 may 2012-ci il tarixli, 2(032)275/2012 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. Cavabdeh X3 xx.xx.2005-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2006-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər bir uşağa 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh X3 53 manat 60 qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(032)-151/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-151/2023
07.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver