Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-153/2023 27.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhəri, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11000 (on bir min) manat pulun və ödənilmiş 130 ( bir yüz otuz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-cı ilin mart ayında Şirvan şəhərində ev almaq qərarına gəlmişdir, bunun üçün ev alqı-satqısı ilə məşğul olan kimisə axtarmağa başlamış, həmin vaxt o Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh ona bildirmişdir ki, onun üçün ev tapa bilər. Bundan sonra o Cavabdehla bir neçə evə baxmış, həmin ev 2 otaqlı olmuş, o da Cavabdeh həmin evi almaq üçün 27000 manata razılaşmış, sonra Rövşənlə birlikdə yaşadığı evə gəlmiş, Rövşənə evində 13000 manat pul vermiş, ikinci dəfə isə eyni ilə Cavabdeh yaşadığı evə gəlmiş və o Rövşəndən evin sənədlərini istəmişdir. Rövşən bildirmişdir ki, evin sənədləri Bakıdadır, yaxın vaxtlarda evin alqı satqısına dair sənədləşmə işi həll olacaq, bundan sonra o 31 mart 2020-ci il tarixdə yaşadığı evdə 14000 manat pulu Cavabdeh vermişdir. Bundan təxminən bir neçə ay keçməsinə baxmayaraq, Cavabdeh ona verdiyi vədə əməl etməmiş və hər səfərində Rövşənə evin alqı satqısına dair işin nə yerdə olduğunu soruşduqda, Rövşən yaxın vaxtlarda alqı satqının həll olacağını bildirmişdir. Sonradan Cavabdeh dələduz olduğunu bildiyindən Rövşənə verdiyi 27000 manat pulu geri istəmiş, Rövşən də 26 iyun 2020-ci il tarixdə 27000 manat pulun 6000 manatını qaytarıb vermişdir. 16 avqust 2021-ci il tarixdə təkrarən Cavabdeh qalan 21000 manat pulun 10000 manatını da qaytarıb vermişdir. Lakin sonradan Cavabdeh ona yalan vədlər vermiş, qalan 11000 manat pulu istəsə də, pulunu verməkdən boyun qaçırmış və ona qarşı dələduzluq etmişdir. Cavabdeh 27000 manat pulu ev almaq məqsədi ilə vermiş, lakin Cavabdeh onu aldadaraq ev almamış, aldığı pulu 11000 manatını qaytarıb verməmiş, qalan 16000 manat pulu qaytarıb vermişdir. O Cavabdeh 11000 manat pulu verərkən yanında kimsə olmamış, evdə olan azyaşlı qızları digər otaqda olmuşdur, onlar Cavabdehla ev alqı satqısına dair danışıqlarını bilməmişdir. O Cavabdeh pulunu tələb etsə də, o, hərdəfə bir bahanə gətirərək pulu veməkdən yayınmışdır. O da məcbur olub məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia ərizəinin surəti və məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına məhkəmə bildirişi göndərilmiş, Cavabdeh iddia ərizəsinə qarşı mülahizəsi məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(032)-64/2022 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasının əvvəlinin şübhəli şəxs qismində tutulduğu - 13 oktyabr 2021 -ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, zərərçəkmiş şəxslərə vurulmuş ziyanla əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Şirvan Şəhər Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(032)-64/2022 saylı hökmündən təqsirləndirilən şəxs Cavabdeh və zərərçəkmiş şəxs X1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(032)-64/2022 saylı hökmü təqsirləndirilən şəxs Cavabdeh və zərərçəkmiş şəxs X1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, qərar elan olduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, qanuni qüvvədə olan Şirvan şəhər Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(032)-64/2022 saylı hökmü ilə Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməsi təsdiq olunduğundan, mülki hüquq pozuntusu nəticəsində İddiaçı vurulmuş maddi zərər Cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Maddi zərərin əvəzi olaraq tutulmalı olan məbləğə gəldikdə, məhkəmə qanuni qüvvədə olan Şirvan şəhər Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(032)-64/2022 saylı hökmü ilə maddi zərərin məhz 11000 manat məbləğində müəyyən olunmasını nəzərə alıb, hesab edir ki, dəymiş maddi zərərin əvəzi olaraq 11000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, bununla da iddia təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 130 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 130 manat alınaraq İddiaçı verilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11000 ( on bir min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 130 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN:ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-153/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-153/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver