Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-154/2024 13.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Vədər oğlundan övladları xx.xx.2007-ci il təvəllüdlü Məmmədova Zəhra və xx.xx.2009-cu il təvəllüdlü Məmmədova Zenfiranın yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş hər uşaq üçün 93 manat ümumilikdə 196 manat məbləğində alimentin artırılaraq 2024-cüil üçün müəyyən olunmuş yaşayış minimumuna (hər uşaq üçün 235 manat olmaqla ümumilikdə 470 manat) çatdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixində Hacıqabul rayon Məhkəməsinin 2(071)-229/13 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında xx.xx.2006-cı il tarixində bağlanmış nikaha xitam verilmiş və birgə nikahdan dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü Məmmədova Zəhra və xx.xx.2009-cu il təvəllüdlü Məmmədova Zenfiranın yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində hər uşağa 93 manat olmaqla, ümumilikdə 186 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Hazırda 2013-cü ildən bəri alimentin miqdarında heç bir artım olmamışdır. Mövcud vəziyyətində onun bir uşağı 93 manat məbləğində verilən alimentlə saxlamaq iqtidarında deyil. Bu səbəbdən övladlarının saxlanması üçün verilən alimentin miqdarının artırılmasını xahiş edir. Alimentin məbləğinin artırılması barədə cavabdehlə mediasiya prosesinin keçirilməsi üçün Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatına müraciət etsə də, cavabdeh əvvəlləcədən məlumatlandırılmasına baxmayaraq mediasiya prosessinə gəlməmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Hacıqabul rayon Məhkəməsinin 2(071)-229/13 saylı, xx.xx.2013-cü il tarixli qiyabi qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılaraq xx.xx.2007-ci il təvəllüdlü Məmmədova Zəhra və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etsə də, hazırda Cavabdeh ona hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment ödəməsinə etirazı olmadığını bildirdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçı tərəfindən tələb olunan 235 manat, ümumilikdə 470 manat alimenti ödəməyə imkanı yoxdur, ikinci dəfə ailə qurmuş, həmin nikahdan iki övladı vardır. İki dəfə infakt keçirmiş, heç bir yerdə işləmir, həmçinin aliment borcu da vardır, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, həmin hökmlə cəzasını çəkmiş, ona həbsdən çıxanda 430 manat müavinət ödənilmişdir. Ödənilmiş olan müavinətdən 200 manat aliment borcuna ödəmişdir. Uşaqların saxlanması üçün hər ay ümumilikdə 250 manat ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hacıqabul rayon Məhkəməsinin 2(071)-229/13 saylı, xx.xx.2013-cü il tarixli qiyabi qətnaməsi ilə iddiaçı X3 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü Məmmədova Zəhra və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə müraciət olunan xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2007-ci il tarixdə və X6 xx.xx.2009-cu il tarixdə doğulmuşdur. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X9 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1798 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə və X10 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X5r. Laborator nəticələrdən, koronar angioqrafiya protokolundan görünür ki, Cavabdeh inferior Mİ diaqnozu qoyulmuş və əməliyyat olunmuşdur. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, habelə cavabdehin himayəsində digər nikahından yetkinlik yaşına çatmayan iki uşağının olmasından, aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin buna baxmayaraq göstərilən hal cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşaqaların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşağın böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə xx.xx.2007-ci il təvəllüdlü Məmmədova Zəhra və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 135 manat olmaqla, ümumilikdə 270 sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 74 (42x2=74) manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 888 manat (74x12=888) müəyyən edildilməklə iddianın qiyməti 1000 manatdan az olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin 2(071)-229/13 saylı, xx.xx.2013-cü il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşağa görə 135 manat olmaqla, ümumilikdə 270 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-154/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-154/2024
13.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver