Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1561/2023 30.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. Mülki iş üzrə iş materiallarını araşdırarkən müəyyən olundu ki, iddia ərizəsinə tələbini təsdiq edən sənədlər kimi əlavə edilmiş maliyyə arayışı müvafiq qaydada möhürlə təsdiq ediməmiş, bundan əlavə göstərilən maliyyə arayışında cavabdehə münasibətdə 30 manat cərimə borcunun yaranması göstərilsə də, iddia ərizəsində bu hal öz əksini tapmamışdır. Həmçinin iddiaçı ərizəsində cavabdehə nisyə alqı-satqı müqaviləsi üzrə mal satdığını və hazırda borcunun yaranmasını bildirsə də, cavabdehdən ona vurulmuş ziyanı tələb etmiş, tələbi ilə iddia ərizəsinin məzmunu bir-birinə uyğun olmamışdır. Bundan əlavə iddiaçı cavabdehlə nisyə alqı-satqı münasibətlərinin olmasını, ona nəqliyyat vasitələrinin ehtiyat hissələrini satdığını göstərsə də, müqavilə tərəflər arasında borc pulun verilməsi ilə əlaqədar bağlanmışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən nöqsanlar mülki işə baxılmasına maneə törətdiyindən hazırki vəziyyətdə nöqsanların aradan qaldırılması üçün iddiaçıya şərait yaradılmalı, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 31 manat (qəbz 2161) dövlət rüsumu iddiaçıya qaytarılsın. Tərəflərə izah edilsin ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada iddia ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-1561/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1561/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver