Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-158/2024 18.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri H.Əliyev küçəsi 2 A 47 saylı evin 2 nömrəli mənzilinə dəymiş 145 manat 10 qəpik maddi ziyanın və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-ci ildən ona məxsus Şirvan şəhəri, H.Əliyev küçəsində 5 mərtəbəli, 4 bloklu binada 2A saylı evin 4-cü mərtəbəsində 47 nömrəli mənzildə yaşayır. Həmin binanın 5-ci mərtəbəsində olan 50 saylı mənzilin sakini Cavabdeh mənzilindən onun mənzilinə su axır. Dəfələrlə onun tərəfindən Cavabdeh bu barədə xəbərdarlıq edilib ki, öz mənzilinin sanitar qovşağını təmir etdirsin. Lakin Cavabdeh mənzilinin sanitar qovşağını təmir etdirməyəcəyini bildirmişdir. Yaşadığı mənzilə dəymiş maddi ziyanla bağlı onun müraciəti əsasında Şirvan şəhər Mənzil İstismar sahəsinin əməkdaşları tərəfindən 24 noyabr 2023-cü il tarixli akt tərtib edilmişdir. Aktda göstərilir ki, İddiaçı mənzilinə qonşusu Cavabdeh 5-ci mərtəbədə ki, 2 otaqlı mənzilindən su kranının bilərəkdən açıq qalması və sanitar qovşağın nasaz xarab olması nəticəsində su axaraq İddiaçı mənzilinə çox böyük miqdarda ziyan dəymişdir. Bundan əlavə onun müraciəti əsasında Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsinin rəhbərliyi tərəfindən mənzilə dəymiş ziyan (daxili su basması) qiymətləndirilməsinə dair smeta tərtib edilmişdir və dəymiş ziyanın 145 manat 10 qəpik manat olması göstərilmişdir. Məhkəmə iclasında iddaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olduğunu bildirib, iddianın təmin edilməsinə etiraz etmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri H.Ə.Əliyev küçəsi 2 A saylı evin 47 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında tam payda 52 №-li reyestr kitabında 73 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Şirvan Mənzil Təsərrüfat İdarəsinin aktından görünür ki, Şirvan şəhəri H.Əliyev küçəsi 2 A saylı evin 47 nömrəli mənzilə baxış keçirmiş, baxış zamanı məlum olmuşdur ki, Şirvan şəhəri H.Əliyev küçəsi 2 A saylı evin 47 nömrəli mənzilində yaşayan Cavabdeh mənzilindən su axıdılmışdır. Onlar baxış keçirilmiş ünvana su axaraq tavan sahəsinə 5 kv.m ziyan dəyməsi müəyyən olunmuşdur. Aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Şirvan Mənzil Təsərrüfat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Şirvan şəhəri H.Əliyev küçəsi 2 A saylı evin 47 nömrəli mənzilə dəyən ziyanın smetasından görünür ki, dəymiş ziyan 145 manat 10 qəpik məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Əli-Bayramlı (indiki Şirvan şəhəri) H.Ə.Əliyev küçəsində istifadədə olan 0,06194 torpaq sahəsində yerləşən 2 A nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 5-ci mərtəbəsində yerləşən 44,84 k.m ümumi, 29 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 50 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 5 №-li reyestr kitabının 93 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/908 saylı ekspert rəyindən görünür ki, qərardadın birinci və ikinci sualları üzrə : Şirvan şəhəri, H.Əliyev küçəsi ev 2A-nın, 47 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurlarının mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini və AKT-ın göstəricilərini nəzərə alaraq 47 saylı mənzilə, həmin mənzilin üst mərtəbəsində yerləşən 50 saylı mənzildən suyun axıdılması müəyyən edilir. Qeyd olunur, su sızmasının texniki səbəbi üst mərtəbədə yerləşən mənzilin sakinləri tərəfindən sudan nəzaratsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsindən baş verə bilər. Qərardadın ikinci sualı üzrə : Şirvan şəhəri, H.Əliyev küçəsində yerləşən 2A saylı evin, 47 saylı mənzilində mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 156 manat müəyyən olunmuşdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı 145 (yüz qırx beş) manat 10 (on) qəpik məbləğində maddi ziyan vurulduğu iş materialları ilə birmənalı şəkildə təsdiq olunmuşdur. Mülki Məcəllənin tələblərinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi ziyana görə 145 (yüz qırx beş) manat 10 (on) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı dövlət rüsumu üçün 30 (otuz) manat məbləğində pul ödəmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/908 saylı ekspertizanın aparılmasına dair ekspetiza xərcləri barədə bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə xərcləri ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan və 50 (əlli) manat ekspertiza tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, həmçinin, iş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 145 (yüz qırx beş) manat 10 (on) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat məbləğində ekspertiza xərci alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-158/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-158/2024
18.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver