Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1608/2025 27.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 6000 (altı min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh kənd təsərrüfatı mallarının istehsalı və ticarətlə məşğul olmaq üçün təcili pul lazım olduğunu və yaxın müddətdə qaytaracağını vəd vermişdir. Ona görə də, cavabdehə məxsus karta 2000 manat olmaqla bir, 4000 manat olmaqla (əlbəəl) borc pul vermişdir. Cabvabdeh ona borclu qaldığı 6000 manatı ödəməkdən qəsdən yayınır və aralarında mütəmadi bununla bağlı mübahisələr yaranır. Hətta borcunu ödəməməsi səbəbindən cavabdehin evinə getmiş və ailə üvzləri tərəfindən döyülmüş, hüquq mühafizə orqanlarında da ərizələri olmuşdur. (Odur ki, cavabdehin borclu qaldığı pulun tutulması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, cavabdehə 2000 manat məbləğində pulu verməyi barədə qəbz var, lakin 4000 manat məbləğində pulu cavabdehə əlbəəl vermiş, bu halı təsdiq edən sübutu yoxdur. Cavabdeh ondan sahəyə yonca əkməsinə görə pul istəmiş, o da pulu vermişdir. İddianın əsaslı olmasını nəzərə alıb təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etdi, izahat verərək bildirdi ki, iddiaçını tanıyır, belə ki, onun qızı ilə qeyri-rəsmi münasibətləri olmuşdur. Əvvəllər kənd təsərrüfatı ilə məşğul olmuş, həmin vaxt ona pul lazım olduğundan iddiaçıya müraciət etmiş, iddiaçı ona 2000 manat məbləğində faizlə pul vermişdir. İddiaçıdan aldığı pulu onun qızına hissə-hissə vermişdir. Onun iddiaçıya başqa borcu yoxdur. Lakin iddiaçıya pulu qaytamasına dair sübutları yoxdur. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, belə bir qənaətə gəlir ki,tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ondan 6000 manat məbləğində pulun alınmasını təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən və bununla da istinad etdiyi halı sübut edə bilmədiyindən, iddia cavabdeh tərəfindən etiraf olunmuş hissədə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında verdiyi izahatında Cavabdeh 2000 manat məbləğində borc pul almasını etiraf etmişdir. Lakin Cavabdeh həmin borcun faizlə götürməsini və borcun iddiaçının qızına qaytarmasını bildirsə də, məhkəməyə bu barədə hər hansı bir sübut təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə borcun qaytarılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsini nəzərə alıb, hesab edir ki, Cavabdeh 2000 manat məbləğində pul alınaraq İddiaçı verilməli, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (MPM) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 80 (səksən) manat 60 (altmış) qəpik məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib məhkəmə xərclərinin 33.3 faizi cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Məhkəmə məhkəmə xərclərinin 33.3 faizi cavabdehə aid edilsin. Cavabdeh 26 (iyirmi altı) manat 87 (səksən yeddi) qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1608/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1608/2025
27.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver