Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1622/2023 21.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 770 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində, ümumilikdə 800 manat məbləğində pulun alınaraq ona verilməsini tələb etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. 16 sentyabr 2023-cü il tarixdə saat 19:20 radələrində özünə məxsus “Opel Astra” minik markalı ** XJ *** dövlət nömrə nişanlı avtomobil ilə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində Salyan istiqamətində hərəkətdə olan zaman yolun asfalt örtüyünün üzərindən keçən Cavabdeh məxsus xırdabuynuzlu heyvan sürüsü sürüyə vurmuşdur. Həmin vaxt altı xırdabuynuzlu heyvan tələf olmuş və Cavabdeh təqsiri ucbatından onun maşınına maddi ziyan dəymişdir. Şirvan "xxxx" müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun 17 sentyabr 2023-cü il tarixli rəy aktına əsasən onun “Opel Astra” minik markalı ** XJ *** dövlət nömrə nişanlı avtomobilinə qəza zamanı ehtiyat hissələri ilə bağlı 390 manat, avtomobilin təmir xərci isə 380 manat olmaqla ümumilikdə 770 manat məbləğində maddi ziyan dəymiş, lakin Cavabdeh ona dəyən ziyanı ödəməmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib Şirvan şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 3(032)1080/2023 saylı qərarı ilə 100 manat cərimə edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanları müdafiə etdi və izahat verərək bildirdi ki, Cavabdeh təqsiri ucbatından onun “Opel Astra” minik markalı ** XJ *** dövlət nömrə nişanlı avtomobilinə Şirvan "xxxx" müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun 17 sentyabr 2023-cü il tarixli rəy aktına əsasən qəza zamanı ehtiyat hissələri ilə bağlı 390 manat, avtomobilin təmir xərci isə 380 manat olmaqla ümumilikdə onun maşınına 770 manat məbləğində maddi ziyan dəymişdir. Bu baxımdan iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi və izahat verərək bildirdi ki, baş vermiş yol-nəqliyyat hadisəsi onun təqsiri ucbatından olmamışdır. Belə ki, həmin ərazidə heyvanları yoldan keçirmək üçün keçid yoxdur, hadisə nəticəsində əskinə ona maddi ziyan dəymişdir və hazırda iddiaçının tələb etdiyi həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Bu baxımdan iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli Şirvan şəhəri Yol patrul xidməti baş inspektoru X1 tərəfindən tərtib edilmş inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 19:20 radələrində Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində yol hərəkəti qaydalarının pozulması, yəni: özünə məxsus xırdabuynuzlu mal-qaranı nəzarətsiz qoyulması nəticəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(032)- 1080/2023 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun 17 sentyabr 2023-cü il tarixli rəy aktından görünür ki, «Opel-Astra» minik markalı ** XJ *** dövlət nömrə nişanlı avtomobilinə qəza zamanı əzilib sıradan çıxan hissələr üzrə dəyən maddi ziyan (1 ədəd qabaq sağ fara 200 manat məbləğində,1 ədəd qabaq oblisovka 120 manat məbləğində, boya və material 70 manat) 390 manat, təmir və bərpa üzrə dəyən zərər (armatur işi 20 manat, elektrik işi 10 manat , dəmirçi işi 150 manat, rəngsaz işi 200 manat) cəmi 380 manat, beləliklə ümumilikdə 770 manat məbləğində olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, «Opel-Astra» minik markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi mülki hüquq pozuntusunu törətmiş Cavabdeh öhdəsinə qoyulmalıdır. Məhkəmə iş materiallarına əlavə edilmiş Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun 17 sentyabr 2023-cü il tarixli rəy aktına dair tərəflər arasında mübahisənin olmamasını nəzərə alaraq rəy aktını sübut qismində qəbul edir və nəzərə alır . Ona görə də məhkəmə hesab edir ki, «Opel-Astra» minik markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 770 manat məbləğində müəyyən olunmalı, dəymiş zərərin əvəzi olaraq 770 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə xərcləri ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi olaraq 770 (yeddi yüz yetmiş) manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1622/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1622/2023
21.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver