Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-165/2023 10.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şirvan-Salyan Regional Ərazi Şöbəsinin nümayəndəsi Nümayəndə1 Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh “Əli X7” ASC-nə qarşı istehsalat qəzası nəticəsində sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Əli X7” ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istehsalat qəzası nəticəsində sağlamlığına vurulmuş 13689,60 manat ziyanın, 240 manat hər aylıq ödəncin ödənilməsi vəzifəsinin həmin müəssisəsinin üzərinə qoyulması və mediasiya prosesi üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1980-cı il tarixində X1 bazasında işdə olduğu vaxt bədbəxt hadisə nəticəsində xəsarət almış, əmək qabiliyyətinin 80 %-ni itirmişdir. Xəsarətlərlə bağlı TSEK-in 044552 saylı qərarı ilə 2-ci qrup əlil kimi ona pensiya təyin edilmişdir. İşlədiyi müəssisə tərəfindən ona aylıq ödəniş edilmiş, sonra DSMF-nin tərəfindən “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydalarına uyğun olaraq ona 80%-lə 02 fevral 2011-ci il tarixdən 60 manat, 1 fevral 2016-cı il tarixdən isə 66 manat müavinət ödənilmişdir. Həmin müavinətin verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının ona ünvanladığı xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktuba əsasən xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Dayandırmanın səbəbi kimi xx.xx.2014-cü il tarixdən “Quruda Neft və Qazçıxarma” İB-nin X1 bazasının özəlləşdirilməsi başa çatması göstərilmişdir. Bundan başqa məktubda xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixinədək 5802 manat məbləğində artıq ödəmə olduğu qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən üzərinə düşən vəzifələri yerinə yetirib vaxtında müəssisənin özəlləşdirilməsi başa çatdığı barədə cavabdehə məlumat versəydi, o da aylıq ödənci cavabdeh müəssisədən tələb edə bilərdi. Cavabdeh tərəfindən ona xx.xx.2014-cü il tarixindən xx.xx.2022ci il tarixinədək minimum aylıq əmək haqqının 80 faizi olan 13689 manat 60 qəpik məbləğində pul ödəməli idi. Sonradan iddiaçı və nümayəndəsi(vəkili) Vəkil iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək 2006-2023-ci illər ərzində Azərbaycanda minimum əmək haqqının dəyişmə dinamikasını nəzərə alaraq, istehsalat qəzası nəticəsində sağlamlığına vurulmuş İddiaçı xx.xx.2014-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək veriməli olan aylıq ödəncin məbləği minimum aylıq əmək haqqının 80 faizi hesablanmaqla cəmi 15669,60 (on beş min altı yüz altmış doqquz manat 60 qəpik) manat təşkil edir. Bundan xx.xx.2014-ci ildən xx.xx.2016-cı ildək olan aylıq ödənc 2100 (iki min bir yüz) manat (minimum əmək haqqı 105*80%=84 manat), xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək olan aylıq ödənc 1113.60 (bir min bir yüz on üç manat 60 qəpik) manat (minimum əmək haqqı 116*80%=92.80 manat), xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan aylıq ödənc 1456 (bir min dörd yüz əlli altı) manat (minimum əmək haqqı 130*80%=104 manat), xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək olan aylıq ödənc 864 (səkkiz yüz altmış dörd) manat (minimum əmək haqqı 180*80%=144 manat), xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan aylıq ödənc 5600 (beş min altı yüz) manat (minimum əmək haqqı 250*80%=200 manat), xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan aylıq ödənc 2880 (iki min səkkiz yüz səksən) manat (minimum əmək haqqı 300*80%=240 manat) xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan aylıq ödənc 1380 (bir min üç yüz səksən) manat (minimum əmək haqqı 345*80%=276 manat) təşkil edir. Cavabdeh “Əli X7” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsalat qəzası nəticəsində sağlamlığıma vurulmuş 15669,60 (on beş min altı yüz altmış doqquz manat 60 qəpik) manat ziyanın, hər ay zərər ödəncin (minimum aylıq əmək haqqının əmək qabiliyyətinin itirilmə faizi məbləği) ödənilməsi vəzifəsinin həmin müəssisəsinin üzərinə qoyulması və mediasiya prosesi üçün ödənilmiş 50 (əlli manat) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı və nümayəndəsi(vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarının 3.5-ci bəndinə görə istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən Zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Qeyd olunmuş qaydada göründüyü kimi təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı nəzərə almaqla istehsalatda əmək xəsarəti ilə əlaqədar zərərçəkənə aylıq ödənc ödəməlidir. Lakin, cavabdeh “Əli X7” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətini 2014-cü il tarixdənmmn dayandırdığı üçün struktrunda ləğv olunduğunu əsas gətirərək təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı Azərbaycanda minimum əmək haqqının dəyişmə dinamikasını nəzərə alınmaqla hesablanmalıdır. 2006-2023-cü illər ərzində Azərbaycanda minimum əmək haqqının dəyişmə dinamikasını nəzərə alaraq, istehsalat qəzası nəticəsində sağlamlığına vurulmuş İddiaçı 25.11 2014 cü İl tarixindən xx.xx.2023-cü il tarixinədək verilməli olan aylıq ödəncin məbləği minimum aylıq əmək haqqının 80 faizi hesablanmaqla cəmi 15669,60 manat təşki edir. Bundan 25.11 2014-ci ildən xx.xx.2016-cı ildək olan aylıq ödənc 2100 manat (minimum əmək haqqı 105*80%=84 manat), xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək olan aylıq ödənc 1113.60 manat (minimum əmək haqqı 116*80%=92.80 manat), xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan aylıq ödənc 1456 manat (minimum əmək haqqı 130*80%=104 manat), xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək olan aylıq ödənc 864 manat (minimum əmək haqqı 180*80%=144 manat), xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan aylıq ödənc 5600 manat (minimum əmək haqqı 250*80%=200 manat), xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan aylıq ödənc 2880 manat (minimum əmək haqqı 300*80%=240 manat), xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan aylıq ödənc 1380 manat (minimum əmək haqqı 345*80%=276 manat) təşkil edir. Cavabdeh “Əli X7” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsalat qəzası nəticəsində sağlamlığına vurulmuş xx.xx.2014-ci ildən xx.xx.2023-cü ilədək olan 15669,60 manat ziyanın, hər ay 276 manat zərər ödəncin (minimum aylıq əmək haqqının əmək qabiliyyətinin itirilmə faizi məbləği) ödənilməsi vəzifəsinin həmin müəssisəsinin üzərinə qoyulması və mediasiya prosesi üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında iştirak edərək və mülahizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2014-cü il tarixdən Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxma” İB-nin X1 bazasının özəlləşdirilməsi başa çatmışdır. Dövlət Neft Şirkəti “Quruda Neft və qazçıxarma” İB-nin X1 bazasının xx.xx.2014-cü il tarixdən özəlləşdirilməsinə baxmayaraq İddiaçı xx.xx.2009-cu il tarixdən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 5802 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Dövlət Neft Şirkəti “Quruda Neft və qazçıxarma” İB-nin X1 bazasının özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinatın ödənişi tərəflərindən qanunvericiliyə uyğun olaraq dayandırılmışdır. Fondun Sosial Ödənişlərini Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı artıq ödənilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli 21000 nömrəli qərar qəbul edilmişdir. X1 bazasının özəlləşdirilməsi xx.xx.2014-cü il tarixdə başa çatdığı üçün həmin tarixdən sonrakı dövrlərə görə müavinətin ödənilməsi tərəflərindən mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə almaqla iddianın təmin edilməsinə etirazlarının olmamasını bildirdi. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şirvan-Salyan Regional Ərazi Şöbəsinin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirdi ki, İddiaçı 1980-cı ildə xəsarət almış, müəssisə özəlləşdirilməyə verildiyi üçün xəsarətə görə ödəncinin əvəzinə müavinət kimi Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilmiş, müəssisənin özəlləşdirilməsi başa çatdığı üçün müavinətin ödənilməsi dayandırılmışdır. İddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “Əli X7” ASC-nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdeh “Əli X7” ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsinin elektron çıxarışından görünür ki, “X1” ASC-nin hüquqi ünvanı Şirvan şəhəri X9, qanuni təmsilçisi X2r. 28 noyabr 2022-ci il tarixli ilkin mediasiya sessiyasından (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflər mediasiya prosesində iştirak etmədiklərindən “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. “X1” ASC-nin nizamnaməsinə əsasən “X1”ASC-i Azərbaycan Respublikasının 208-İQ nömrəli 1996-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Quruda Neft və Qazçıxarma” X3 X7 bazasının çevrilməsi nəticəsində yaradılır və onun hüquqi varisidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, keçmiş Azərbaycan Respublikası iqtisadi inkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin 16 noyabr 2001-ci il tarixli, 212 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “X8” X4 X7 Bazasının əsasında "Əli X7” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və mövcud qanunvericiliyə uyğun olaraq 25 noyabr 2014-cü il tarixində “Əli X7" ASC-nin səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Həmin tarixdən səhmdar cəmiyyəti tam özəl sahibkarlıq subyekti kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 06 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, “Əli X7" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Dövlət reyesirində olan məlumatlara esasən adıçəkilən vergi ödəyicisinin hüquqi ünvanı Şirvan şəhəri, X6. Vergi ödəyicisinin mülkiyyətində olan əmlak barədə məlumatın verilməsi vergi orqanlarının səlahiyyətinə aid edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(86)-1469/2016 saylı, 02 noyabr 2016-cı il tarixli Qərarına əsasən İddiaçı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən, yəni 55 yaşdan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehinü zərinə qoyulması” barədə iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialının 06 sentyabr 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda - minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. xx.xx.2009-cu il tarixindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2014-cü il tarixindən Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin Əli X7 bazasının özəlləşdirilməsi başa çatmışdır. Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin Əli X7 bazasının xx.xx.2014-cü il tarixindən özəlləşdirilməsinə baxmayaraq sizə 01.11,2009-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək 5802.00 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin Əli X7 bazasının özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi tərəflərindən dayandırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2014-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli fərmanına əsasən Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə müavinət bu fərman qüvvəyə mindiyi gündən 04 avqust 2008-ci ildən mərkəz tərəfindən ödənilir.Bu qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına müavinət verilir. Bununlada bildiririk ki,TSEK həkim komissiyasının verdiyi 044552 saylı arayışa əsasən Siz peşə əmək qabiliyyətinizi 80 % itirdiyiniz üçün mərkəz tərəfindən bu qaydaların 3.1.4.bəndinə əsasən 60 manat müavinət təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, "Əli X7” Açıq Səhmdar Cəmiyyəti xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatında alınmışdır. Adıçəkilən hüquqi şəxs çevrilmə yolu ilə Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli, 208-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi qaydaları haqqında Əsasnaməyə” uyğun olaraq yenidən təşkil olunmuşdur və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Quruda Neft və Qazçıxarma” İB-nin X1 bazasının hüquqi varisidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına” uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi departamenti xx.xx.2001-cü il tarixli, 212 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin “Quruda Neft və Qazçıxarma” İB-nin tabeliyində olmuş X1 bazasının əsasında “X1” ASC yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2014-cü il tarixində tam başa çatdırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərai Vergilər İdarəsinin 17 iyul 2023-cü il tarixli, **********592300 nömrəli məktubunda göstərilmişdir ki, “X1” ASC tərəfindən xx.xx.2019-cu il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında sahibkarlıq fəaliyyəti və digər tutulan əməliyyatları xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı artıq ödənilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin məbləğinin tutulması (geri qaytarılması) haqqında xx.xx.2022-ci il tarixli 21000 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi mübahisə “Əli X7” ASC ilə əlaqədar olduğu üçün 2(032)-165/2023 nömrəli iş üzrə 3-cü şəxs qismində cəlb olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına münasibətdə icraata xitam verilməsini xahiş etmişlər. İddiaçının dəlillərini yoxlamaq məqsədilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-165/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə –mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının 05 iyun 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumata əsasən mülki iş üzrə rəy verilmədən geri qaytarılmışdır. Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. 1126.2-ci maddəsinə əsasən həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.2-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. 1119.3-cü maddəsinə əsasən zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. 1119.5-ci maddəsinə əsasən əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olunmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. 2.3-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 3.11-ci bəndinə əsasən Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında” qaydaların 2.1-ci bəndinə əsasən bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Məhkəmənin hazırki işlə əlaqədar mövqeyi və əsaslandığı hallar Beləliklə, işin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1980-ci il tarixində X1 bazasında işdə olduğu vaxt istesalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış, əmək qabiliyyətinin 80%-ni itirmişdir. Xəsarətlərlə bağlı TSEK-in qərarı ilə İİ qrup əlil kimi ona pensiya təyin edilmişdir. Əvvəl, işlədiyi müəssisə tərəfindən, 2011-ci il tarixdən 60 manat, xx.xx.2016-cı il tarixdən isə 66 manat DSMF tərəfindən iddiaçıya müavinət ödənilmiş və bundan sonra “Quruda Neft və Qazçıxarma” İB-nin Əli X7 bazasının özəlləşdirilməsinin xx.xx.2014-cü il tarixdə başa çatması əsası ilə müavinətin verilməsi xx.xx.2022-ci il tarixində dayandırılmışdır. Bununla yanaşı iddiaçıya xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək DSMF tərəfindən 5802 manat ödəniş edilmişdir. Məhkəmə işin hallarını araşdıraraq belə qənaətə gəlir ki, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən işçiyə dəymiş zərərin əvəzini bütövlükdə ödəməli olduğundan, hüquqi şəxs yenidən təşkil edildiyi halda isə müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıdığından, cavabdeh ləğv olunmadığından, sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını dayandırması onu işçiyə dəymiş zərərin əvəzini ödəmək öhdəliyindən azad etmədiyindən iddiaçı cavabdehdən xəsarəti ilə əlaqədar aylıq ödənc tələb etməkdə tam haqlıdır, lakin onun tələb etdiyi məbləğə münasibətdə isə hesab edir ki, tələb yalnız ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən müavinətin verilməsinin dayandırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək olan müddət ərzindəki ödənişlərin, həmçinin bu dövrdən sonrakı müddət ərzində ölkə ərazisində müəyyən olunmuş minimum əmək haqqının 80 faizi miqdarında hesablanmaqla aylıq sosial ödənişlərin cavabdehdən tutulması hissəsində təmin olunmalı, qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.1-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərci 50 manat mediasiya rüsumundan ibarətdir və iddianın qismən təmini həmin xərcin də cavabdehə aid edilməsini mümkün edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh “Əli X7”ASC-dən 30 aprel 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək 1920 (bir doqquz yüz iyirmi) manat, 01 yanvar 2023-cü il tarixədən 30 iyun 2023-cü il tarixədək 1656 (bir min altı yüz əlli altı) manat, cəmi 3576 (üç min beş yüz yetmiş altı) manat məbləğində pul və ondan sonrakı dövrlər üçün aylıq sosial ödənişlər, mediasiyaya çəkilən 50 manat xərc alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-165/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-165/2023
10.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver