Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1697/2025 03.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi, Cavabdeh, onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atanın yanında qalmasının müəyyən olunması və müəyyən olunmuş alimentin tutulmasının dayandırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 onun himayəsində qalması və Şirvan Şəhər Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli qərardadı ilə müəyyən olunmuş alimentin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, birgə nikahdan xx.xx.2014-cü ildə anadan olmuş X1 və xx.xx.2018-ci ildə anadan olmuş X6 adlı uşaqları doğulmuşdur. Şirvan Şəhər Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlə olan nikahları pozulmuş, uşaqlar cavabdehin himayəsində saxlanılmışdır. 2025-ci ilin fevral ayından övladı xx.xx.2018-ci ildə anadan olmuş X6 onun yanına qayıtmış, hazırda onunla yaşayır və uşağın bütün xərcləri onun tərəfindən ödənilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasında iştirak etməmiş, ərizə yazaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi, izahat verərək bildirdi ki, X6 onun nəvəsidir. Nəvəsi Murad atası ilə qalmaq istədikdə iddiaçı ilə birlikdə qalır. Belə ki, nəvəsinin təhsil aldığı məktəb iddiaçının yaşayış ünvanın yaxınlığında yerləşir. İddiaçı aliment ödəmək istəmədiyindən uşaq tələbini irəli sürmüşdür. Məhkəmə hazırlıq iclasında iştirak edən xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 7 yaşı olmasını, ikinci sinifdə təhsil almasını, anasının yanında qalmaq istədiyini, bacısını və valideynlərini çox istədiyini bildirir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və cavabdehin ərizəsini və və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(032)- 115/2025 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Şirvan şəhər qeydiyyat şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 566 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan xx.xx.2014-cü ildə anadan olmuş X1 və xx.xx.2018-ci ildə anadan olmuş X2 iddiaçının (anasının ) – Cavabdeh yanında saxlanılması, cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq birgə nikahdan xx.xx.2014-cü ildə anadan olmuş X1 və xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, Şirvan Şəhər Məhkəməsinin e-16(032)- 91/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə müvəqqəti alimentin tutulması qətnamənin icrası zamanı nəzərə alınması, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat və mediasiya xərcinin əvəzi qismində 60 (altmış) manat, ümumilikdə 110 (yüz on) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2018-ci ildə anadan olmuş X2 atası İddiaçı, anası Cavabdehdır. İş materiallarından görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 26 dekabr 2025-ci il tarixli 5-8/2-1629/2025 saylı rəyindən görünür ki, Komissiya 7 yaşına çatmış xx.xx.2018-ci il təvəllüdlü X2 fikrini və arzusunu, uşağın hazırki psixoloji psixoloji durumunu nəzərə alaraq, yetkinlik yaşına çatmayan uşağın mənafeyini müdafiə edərək, xx.xx.2018-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında qalmasını məqsədəuyğun hesab etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər nikahlarını xx.xx.2013-cü il tarixdə rəsmi qeyd etdirmişlər. Həmin nikahdan xx.xx.2014-cü ildə anadan olmuş X3 və xx.xx.2018-ci ildə anadan olmuş X6 doğulmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(032)-115/2025 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Şirvan şəhər qeydiyyat şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 566 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan xx.xx.2014-cü ildə anadan olmuş X1 və xx.xx.2018-ci ildə anadan olmuş X2 iddiaçının (anasının ) – Cavabdeh yanında saxlanılması, cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq birgə nikahdan xx.xx.2014-cü ildə anadan olmuş X1 və xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, Şirvan Şəhər Məhkəməsinin e-16(032)-91/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə müvəqqəti alimentin tutulması qətnamənin icrası zamanı nəzərə alınması, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat və mediasiya xərcinin əvəzi qismində 60 (altmış) manat, ümumilikdə 110 (yüz on) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi qərara alınmışdır. İddiaçı “uşaq” tələbinə dair yeni əsas yaranmadan iddia qaldırmışdır. Tərəflərin məhkəmə zalında da verdiyi izahatlardan da bəlli olur ki, xx.xx.2018ci ildə anadan olmuş X2 təhsil aldığı məktəb iddiaçının yaşadığı ünvanın yaxınlığında yerləşdiyindən uşağın məktəbə rahat gedib-gəlməsi üçün atası ilə birgə qaldığını, cavabdehin atası ilə ünsiyyətdə olmasına heç bir maneəçilik törətmədiyi, uşağın daimi atasının yanında qalmaması müəyyən olunmuşdur. Bundan başqa məhkəmə xx.xx.2018-ci il təvəllüdlü X2 məhkəmə zalında bildirdiyi fikrə əsasən bacısına bağlı olduğu, anasının yanında yaşamaq istəyini öyrənmişdir. İddiaçı “uşaq” tələbinə iddia qaldırmaqda məqsədi aliment öhdəliyindən yayınmaq məqsədi daşıyır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 saylı qərarının 7.6-cı bəndində məhkəmələrə izah olunmuşdur ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1959-cu il tarixli “Uşaq Hüquqları Bəyannaməsi” nin 5-ci prinsirinə əsasən, bəşəriyyətin malik olduğu yaxşı nə varsa, hamısı uşaqlara verməyə borclu olduğu nəzərə alınmalıdır. Fiziki, psixi və sosial cəhətdən naqis uşaq onun xüsusi vəziyyətinə görə zəruri olan xüsusi rejim, təhsil və qayğı ilə təmin ediməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbıq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmış qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Şirvan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 26 dekabr 2025-ci il tarixli 5-8/2-1629/2025 saylı rəyini, xx.xx.2018-ci ildə anadan olmuş X2 fikrini, onunla birlikdə yaşayan bacısına olan bağlılığını nəzərə alıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı “uşağın atanın yanında qalmasının müəyyən olunması və müəyyən olunmuş alimentin tutulmasının dayandırılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “uşağın atanın yanında qalmasının müəyyən olunması və müəyyən olunmuş alimentin tutulmasının dayandırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-1697/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1697/2025
03.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver