Məhkəmə qərarları › İş №2(032)-1763/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1763/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1763/2024 30.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “nisyə alğısatqı müqaviləsi üzrə borc tələbi” nə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh X3 xx.xx.2022-ci il tarixli nisyə alğısatqı müqaviləsi üzrə 170 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını tələb edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmalıdır. Belə ki, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, X1 Nəriman Babaş oğlundan xx.xx.2022-ci il tarixdə 300 manat dəyərində götürdüyü darvazanı ilkin ödəniş 50 manat olmaqla, qalıq borc 250 manat məbləği 5 aya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə göndərilmiş bildirişdən görünür ki, cavabdeh müqavilə şərtlərini yerinə yetirmədiyindən xx.xx.2024-cü il tarixə 170 (bir yüz yetmiş) manat borcu yaranmışdır. Həmin borcun 10 gün müddətinə ödənilməsi cavabdehə təklif olunmuşdur. Maliyyə arayışından görünür ki, X4 xx.xx.2022-ci il tarixə İddiaçı 300 manat borcu yaranmışdır. Göründüyü kimi, iddiaçının tələbi və onun əsaslandığı hallar arasında ziddiyət vardır. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh X3 170 (bir yüz yetmiş) manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etsə də, iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında cavabdehin iddiaçıya 300 (üç yüz) manat borcu olduğu göstərilmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 284-3.2.3-cü maddəsinə əsasən kiçik iddia ərizəsində iddiaçının tələbi və onun əsaslandığı hallar göstərilməlidir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizənin verilməsi ilə əlaqədar iddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci, 263-cü, 264-cü, 268-ci, 284-3.5-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardaddakı nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar