Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-190/2025 24.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1800 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 38 manat məbləğində pulun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sabirabad rayonu, Surra kəndində yaşamaqla fərdi təsərrüfatla məşğul olur. Cavabdeh alverçi kimi çoxdan tanıyır. Elnur çox vaxt gəlib onların kəndindən mal-qara alıb satır. Sonuncu dəfə avqust ayının əvvəlləri, yəni 7-8 günləri arası ailəsi ilə kəndə gəlib ondan yanı balalı boğaz, 6 litr süd verən inəyi 1800 manata razılaşdılar. Elnur ona satdığı inəyin pulunu 14 gün ərzində verəcəyini söz versə də, sonuncu verdiyi sözə əməl etməmişdir. Dəfələrlə pulunu istəsə də, Elnur hər dəfə onu aldatmışdır. Sonra isə bu barədə Şirvan şəhər Polis Şöbəsinə müraciət etdikdə, orada Elnur borclu olmasını etiraf etmiş və ona polis idarəsində bunun mülki xarakter daşıdığından məhkəməyə müraciət etməyini bildirdilər. Bundan başqa Elnurun səs yazıları da vardır. Bu vaxta kimi Elnur ona olan borcunu qaytarmır. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında ərizə təqdim edərək İddiaçı 1800 manat dəyərində inəy aldığını və pulu ödəmədiyini etiraf etmişdir. Sonuncu məhkəmə iclasına cavabdeh məlumatlı olmasına baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, tələb əsaslı olduğundan, həmçinin cavabdehin tərəfindən iddianın etirafı qəbul edildiyindən iddia təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Cavabdeh Şirvan şəhər Polis Şöbəsində vermiş olduğu izahatında bildirmişdir ki, təxminən 40 gün bundan öncə 15 ildir ki, tanıdığı dostu Calal adlı şaxsə iribuynuzlu yanı balalı inək almaq istədiyini bildirmiş, Calal bir neçə iribuynuzlu inəyinin olduğunu bildirərək baxa biləcəyini bildimişdir. Həmin günü yoldaşı ilə birlikdə inəklərə baxmaq üçün Sabirabad rayonu, Surra kandina Calal adlı səxsin yaşadığı ünvana getmişdir. Calal ona inəklərin saxlanıldığı dama salaraq istədiyini götürǝ biləcəyini bildirmişdir. O, inəklərin içərisindən birini bəyənmiş, Cəlal ona bəyəndiyi inəyi deyil, digər inəyi göstǝrǝk daha sərfəli və südverǝn inək olduğunu bildirmişdir. Bundan sonra həmin inəyi 1700 manata, ayda 400 manat ödəməklə razılaşmış və ona inəyi Şirvana gətirəcəyini demişdir. Calal adlı şəxs idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə həmin inəyi Şirvan şəhərinə gətirib ona təhvil vermişdir. Taxminan 10 gün bundan öncə Cəlal adh şəxs ona zəng edərək pula ehtiyacı olduğunu və inəyin pulundan atmasını bildirmişdir. O, Calala ay sonu 500 manat atacağını bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixda Calal adlı şəxs ilə birlikdə tanımadığı özünü qazi kimi təqdim edən şəxs onun yaşadığı ünvana gələrək inǝyi onlara verməsini bildirmişdir. O, inəyi verməkdən imtina etdikdə özünü qazi kimi təqdim edən şəxs əlinə şüşə parçası alaraq inəyi verməyəcəyi təqdirdə özünü doğrayacağını bildirmişdir. O, həmin şəxsə tanımadığını, Calal adlı şəxsdən aldığını bildirmiş, həmin şəxs israrla inəyi istəmişdir. Həmin vaxt yoldaşı Pərvanə əlində bıçaq ilə evdən çıxaraq özünü qazi kimi təqdim edən şəxsə "bundan getməsən məndə özümü doğrayacam" demişdir. Bundan sonra həmin şəxslər Calal aldı şəxsin idarə etdiyi "Qazel" markalı yük avtomobilinə əyləşərək oradan uzaqlaşmışdırlar. O, yoldaşının həmin şəxsləri hədələmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 1800 manat dəyərində inək almış, inəyin pulunu 14 gün ərzində verəcəyinə dair söz vermiş, lakin Cavabdeh verdiyi sözə əməl etməmişdir. Hazırda isə iddiaçı göstərilən məbləği tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 570.1ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1-ci maddəsinə əsasən müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2-ci maddəsinə əsasən əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
608. Əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, satıcı İddiaçı ilə Cavabdeh arasında inəyin satılması ilə bağlı şifahi alğı-satqı müqaviləsi olmuş və həmin şifahi razılaşma əsasında satıcı inəyi alıcıya verməyi, alıcı isə 14 gün müddətində heyvanın razılaşdırılmış 1800 manat dəyərini ödəməyi öhdəsinə götürmüş, lakin 14 gün müddətinin keçəsinə baxmayaraq alıcı qəbul etdiyi inəyin pulunu ödəməkdən imtina etmişdir. Alıcı imtinanın səbəbləri ilə bağlı hər hansı sübut təqdim etməmiş, habelə alğı-satqı müqaviləsindən irəli gələrək 1800 manat dəyərində iddiaçıya borcunun olmasını etiraf etmişdir. Odur ki, Azərbaycan Respublikası MM-nin 600.4-cü maddəsinin dispozitiv şərtindən irəli gələrək, yəni əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini qaytarılmasını tələb edə biləri. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və 1800 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 38 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Nəticə hissəsi QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 38 (otuz səkkiz) manat alınaraq İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Əli İmanov