Məhkəmə qərarları › İş №2(032)-1931/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1931/2025

02.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1931/2025 02.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmə hazırlıq iclasında Şirvan Şəhər Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3442 manat 60 qəpik pulun və ödənilmiş 55 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2 il bundan qabaq kənd ərazisində yas mərasimində tanış olmuşdur. Sonradan cavabdeh onunla telefon əlaqəsi yaratmaqla müxtəlif vaxtlarda ünsiyyətdə olmuşlar. Cavabdeh ona bildirmişdir ki, kart hesabında 10 000 manat pul olmasını, hesab üzərindən pulu çıxara bilmir. İİ qrup əlilliyi olduğundan, onun adına kredit götürməklə kredit məbləğini hər ay özü ödəyəcəyi barədə onun inandırmışdır. “Kapital Bankın” Hacıqabul filialından kredit müqaviləsi rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmaq lazımdır. Onlar xx.xx.2024-cü il tarixdə “Kapital Bankın” Hacıqabul filialına yaxınlaşmışlar. Kredit mütəxəssisinə Cavabdeh götürəcəyi kredit məbləğini səhhəti ilə əlaqədar ödəmə qabiliyyətinin olmamasını bildirmişdir. Sonradan öyrənmişdir ki, cavabdehin bacısı “Kapital Bankın” Hacıqabul filialında çalışır. Kredit götürdükdən sonra “Kapital Bankın” Hacıqabul filialının qarşısında 2900 manat pulu Cavabdeh Əlixram oğluna vermişdir. Hazırda kredit məbləği üzrə 3442.60 manat borc hesablanmışdır. Cavabdeh kredit müddəti ərzində cədvəl üzrə müəyyən edilmiş ödəniş günü heç bir ödəniş etmədiyindən onun səhhəti ilə əlaqədar ödənilən müavinətdən hər ay kredit ödənişi tutulur. O, dəfələrlə Cavabdeh borclu olduğu məbləğin qaytarılmasını tələb etsə də cavabdeh pulun ödənilməsindən imtina edir, müxtəlif bəhanələrlə ondan qaçır. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi İddiaçı göndərilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və ya təxirə salınması barədə vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə hazırlıq iclasında Cavabdeh izahat verərək İddiaçı ona qarşı pul tələbinə dair işin mahiyyəti üzrə üzrə baxılmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli Qərarının 17-ci bəndinə əsasən iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPMnin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədiyindən və cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır; xx.xx.2025-ci il tarixli, **********55 nömrəli və 24.10.202-ci il tarixli, **********46 nömrəli mədaxil qəbzlərinin surətindən görünür ki, İddiaçı tərəfindən 55 (əlli beş) manat məbləğində məhkəmədə iddia qaldırmaq üçün pul ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-cu, 263-cü, 264-cü, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixli, **********55 nömrəli qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar