Məhkəmə qərarları › İş №2(032)-1967/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1967/2025

03.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1967/2025 03.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat məbləğində borc pul və iddia ərizəsi üçün ödənilmiş 61 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2025-ci ildə ona müraciət edərək qızının xəstə olduğunu və müalicə üçün xəstəxanaya aparmağa ona pul lazım olduğunu, bir ay ərzində borcunu qaytaracağını vəd vermişdir. Ona görə də xx.xx.2025-ci ildə ona 4000 manat məbləğində olan borc pul vermiş və bununla bağlı aralarında yazılı müqavilə imzalamışlar. Həmin müqaviləni cavabdeh kənar təsirdən azad şəkildə öz iradəsi ifadəsi olaraq imzalamışdır. Cavabdeh götürdüyü borcu vəd verdiyi müddətdə ödəməmiş və hiss etmişdir ki, borcu ödəməkdən yayınır. Belə ki, borcun qaytarılması üçün hər dəfə zəng vuranda bank götürəcəyini, borcu qısa müddətdə qaytaracağını bildirmiş və aralarında bununla əlaqədar mütəmadi mübahisələr yaranmışdır. Odur ki, cavabdehin borclu qaldığı pulun tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Cavabdeh pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, İddiaçı 4000 manat məbləğində pul almamış, banka olan kredit borcunu bağlaması üçün sonuncudan 2023-cü ilin iyun ayında ilk dəfə 1500 manat pul almış, daha sonra 500 manat məbləğində faizə pul götürərkən İddiaçı ona əsassız olaraq 4000 manat qəbzə imza atmağı təklif etmiş, həmçinin ona borcunu qaytarmayacağı halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. O da, məcburiyyət qarşısında qaldığından qəbzə imza etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı 4000 manat borc pul götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir (maddə 739.1, 739.2, 739.3) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış olan müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 4000 manat pul verilmişdir. Cavabdeh İddiaçı ümumilikdə 2000 manat pul götürmüş olmasını bildirsə də, buna dair müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilədən Cavabdeh İddiaçı 4000 manat almış olması təqdim edilmiş müqavilə ilə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlana bilər. İşin fakitiki hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış və həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 4000 manat pul verilmişdir. Öhdəliyin icrası prizmasından yanaşası olsaq iddiaçı tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmişdir. Hazırda müqavilə üzrə öhdəliyin icrası yüklülüyü cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə xatırladır ki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etmiş olması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 60 (altmış) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4000 manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat pul olmaqla, cəmi 4060 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar