Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-2/2024 13.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin torpaq sahəsinin naturada ayrılması, həmin torpaq sahəsində yerləşən əlavə tikililərin üzərində istifadə qaydalarının müəyyən olunması və əmlakdan istifadə olunmasına maneəçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri Bəxtiyar Vahabzadə küçəsində yerləşən iki mərtəbəli, ümumi sahəsi 250 kv.metr olan 33 A saylı fərdi yaşayış evinin (Yeni qaydalarla AZ 1812 ünvan 2 həyətyanı ümumi birgə xüsusi mülkiyyətdə olan 0,0348 ha. torpaq sahəsinin naturada ayrılmaqla ona çatan pay hissəsinin verilməsi, həmin sahədə yerləşən bütün əlavə tikililər üzərində istifadə qaydalarının müəyyən olunması və bərabər payçı olaraq əmlakdan sərbəst istifadə olunmasına maneçilik törədilməsinə cavabdehə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, Bəxtiyar Vahabzadə küçəsində yerləşən iki mərtəbəli, ümumi sahəsi 250 kv.metr olan 33 A saylı fərdi yaşayış evinin (Yeni qaydalarla AZ 1812 ünvan 2 həyatyanı torpaq sahəsi və həmin sahədə yerləşən bütün əlavə tikililəri ilə bərabər paylı əmlak olaraq cavabdehə və ona məxsusdur. Belə ki, ******* saylı ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış əsasında bərabər paylı əmlak olaraq adı çəkilən fərdi yaşayış evinin ona məxsus 2-ci mərtəbəsi, cavabdehə məxsus 1-ci mərtəbəsi və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ həmin torpaq sahəsində yerləşən bütün əlavə tikililəri üzərində isə ümumi istifadə hüququ əldə etmişlər. Hal-hazırda mülkiyyət hüququna dair çıxarış əsasında üzərində mülkiyyət hüququ əldə etdiyi yaşayış sahəsi və həyətyanı torpaq sahəsinin ona çatan pay hissəsini 2018-ci ilin sentyabr ayında qeyri-rəsmi qaydada bibisi X3 4000 (dörd min) manata satmışdır. Menurə Musayeva həmin razılaşmaya əsasən həm də fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində yerləşən bütün əlavə tikililər üzərində də ümumi istifadə hüququ əldə etmişdir. Bu səbəbdən Menurə Musayeva həmin tarixdə ailəvi olaraq evə köçmüş və hazırda adı çəkilən ünvanda yaşayır və həmin ünvanda da pasport qeydiyyatındadır. Bununla bağlı onun ona heç bir zaman etirazı olmamış və heç bir zaman da etirazının olmayacağını bildirmişdir. X5 həmin dövrün bazar qiymətinə uyğun olaraq alqı-satqı pulunu tam şəkildə ödəmişdir. Lakin buna baxmayaraq Menurə Musayevaya 2018-ci ilin sentyabr ayında qeyri-rəsmi olaraq satılmış əmlakın alqı-satqısını cavabdehin təqsiri ucbatından rəsmiləşdirə bilmir. 2018-ci ilin sentyabr ayında Menurə Musayevaya qeyri-rəsmi qaydada satmış olduğu əmlakın alqı-satqısını rəsmiləşdirmək üçün əmlak üzərində digər pay sahibi olan Cavabdeh rəsmi icazəsi tələb olunur. Lakin cavabdeh həmin əmlakın alqı-satqısının rəsmiləşdirilməsinə notariat qaydada təsdiq olunmuş xx.xx.2018-ci il tarixli ərizəsi ilə icazə vermiş olsa da, hazırda etirazını bildirir və bu hərəkəti ilə mülkiyyət hüququnun pozulmasına səbəb olur. Mübahisənin məhkəmədən kənar qaydada həll olunması mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etdi. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 26 avqust 2005-ci il tarixli Bəxşiş müqaviləsindən görünür ki, X11 Bayramlı şəhər RDTİ və MHQİ-nin 25 avqust 2005-ci il tarixli 207 saylı arayışına və qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Əli Bayramlı şəhər Əzizbəyov küçəsi 33A saylı nömrədə olan 347 kv.metr torpaq sahəsində yerləşən 1972-ci ildə m/daşdan üstü şiferlə örtülü ümumi sahəsi 125 kv.metr əsas yaşayış sahəsi 60 kv.metr köməkçi sahəsi 65 kv.metr iki otaqlı iki mərtəbəli yaşayış evinin birinci mərtəbəsini həyətdəki bütün əlavə tikililərdən bərabər istifadə etmək hüququ ilə oğlu Cavabdeh, ikinci mərtəbəsini isə yenə həyətdəki əlavə tikililərdən bərabər istifadə etmək hüququ ilə nəvəsi İddiaçı bağışlamışdır. Cavabdeh atası Hacıyev Feyruzdan və İddiaçı göstərilən bəxşişi babası Hacıyev Feyruzdan qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Əmlakın Dövlət Reyestrindən verilmiş seriya RX ******* saylı çıxarışdan görünür ki, Şirvan şəhəri Bəxtiyar Vahabzadə küçəsi ev 33 A (yeni qaydalarla Şirvan şəhəri Bəxtiyar Vahabzadə küçəsi, ev 47) fərdi yaşayış evinin 2-ci mərtəbəsi, ümumi birgə torpaq sahəsi və həyətdəki bütün əlavə tikililərdən bərabər istifadə etmək hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə 21 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh fərdi yaşayış evinin 1-ci mərtəbəsi, ümumi birgə torpaq sahəsi və həyətdəki bütün əlavə tikililərdən bərabər istifadə etmək hüquq sahibidir. Cavabdeh hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına aldırmamışdır. İş materiallarında olan Texniki pasportunun surətindən görünür ki, Şirvan şəhəri Bəxtiyar Vahabzadə küçəsi ev 33 A (yeni qaydalarla Şirvan şəhəri Bəxtiyar Vahabzadə küçəsi, ev 47) fərdi yaşayış evinin hüquq subyekti İddiaçı və Cavabdehdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında10 yanvar 2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, 23 yanvar 1982-ci il tarixdə Əli Bayramlı şəhərində anadan olmuş İddiaçı Şirvan şəhəri, Bəxtiyar Vahabzadə küçəsi, ev 33 A-da yaşayır. Qeydiyyatda heç bir şəxs yoxdur. İş materiallarında olan daşınmaz əmlakın real bazar dəyərinin müəyyəmləşdirilməsinə dair 11 oktyabr 2018-ci il tarixli 01/8238 nömrəli arayışdan görünür ki, Şirvan şəhəri, Bəxtiyar Vahabzadə küçəsi, ev 33 A torpaq sahəsi 0,0348 ha olan, ümumi sahəsi 125 kv.metr əsas yaşayış sahəsi 60 kv.metr köməkçi sahəsi 65 kv.metr iki otaqlı fərdi yaşşayış evinin 11 oktyabr 2018-ci il tarixinə bazar dəyəri 14800 manat təşkil edir. İş materiallarında olan notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə 14 fevral 2022-ci il tarixli qərarından görünür ki, bağışlanma müqaviləsinin təsdiqi üçün torpaq sahəsinin digər mülkiyyətçisi Cavabdeh razılığı alınmadığından bağışlanma müqaviləsinin təsdiqi qanunvericiliyə ziddir və notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İş materiallarında olan Notariat ofisinə verilmiş 18 fevral 2022-ci il tarixli ərizədən görünür ki, X6 RX № ******* saylı çıxarışa əsasən Şirvan şəhəri, Bəxtiyar Vahabzadə küçəsi ev 33 A (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən ümumi istifadədə olan 0,0348 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinin 2-ci mərtəbəsini, İddiaçı tərəfindən istənilən şərtlərlə, istənilən şəxsə, istənilən qiymətə satılmasına bağışlanmasına etiraz etmir, razıdır. İş materiallarında olan Notariat ofisinə verilmiş 10 noyabr 2018-ci il tarixli ərizədən görünür ki, Cavabdeh ümumi birgə mülkiyyətdə olan Şirvan şəhəri, Bəxtiyar Vahabzadə küçəsi ev 33 A (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən ümumi istifadədə olan 0,0348 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinin İddiaçı məxsus olan fərdi yaşayış evinin 2-ci mərtəbəsini almır və həmin əmlakın İddiaçı tərəfindən istənilən şərtlərlə, istənilən şəxsə, istənilən qiymətə satılmasına razıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinin 01 iyun 2022-ci il tarixli məktubdan görünür ki, 21 iyun 1962-ci il təvəllüdlü Hacıyev X1 33 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 23 yanvar 2023-cü il tarixli 10/6316 saylı ekspert rəyindən görünür ki, Şirvan şəhəri, Bəxtiyar Vahabzadə küçəsi, ev 33A (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən torpaq sahəsi üzərində fərdi yaşyış evi və əlavə tikililərin inşa olunmasına görə ümumi sahəsi 0.0348 ha olan torpaq sahəsinin tərəflərin paylarına uyğun olaraq İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1, 2.2, 2.4,2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərardadı ilə ekspert mübahisəli evə baxış keçirmədən rəy verdiyindən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 26 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/4979 saylı təkrar ekspert rəyindən görünür ki, Şirvan şəhəri, Bəxtiyar Vahabzadə küçəsi ev 33A (yeni qaydalarla ünvan 2 fərdi yaşayış evinin həyətyanı sahəsinin 3 tərəfdən qonşu sahələrə, yalnız bir tərəfdən yol ilə əhatə olunduğuna, mülkiyyətçilərin payına düşən torpaq sahələrinin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən torpaq sahəsi üzərində fərdi yaşayış evinin və əlavə tikililərin torpaq sahəsinin giriş hissəsində inşa olunmasına görə ümumi sahəsi 0.0348 ha olan torpaq sahəsinin tərəflərin paylarına uyğun olaraq İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1, 2.2, 2.4,2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan 3 ədəd mübahisəli evə dair foto şəkillərə məhkəmə iclasında baxış keçirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Feyruz Hacıyev ona məxsus olan Əli Bayramlı (indiki ünvan 3 ünvanında 347 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 125 kv.metr əsas yaşayış sahəsi 60 kv.metr köməkçi sahəsi 65 kv.metr iki otaqlı iki mərtəbəli yaşayış evinin birinci mərtəbəsini həyətdəki bütün əlavə tikililərdən bərabər istifadə etmək hüququ ilə oğlu Cavabdeh, ikinci mərtəbəsini isə yenə həyətdəki əlavə tikililərdən bərabər istifadə etmək hüququ ilə nəvəsi İddiaçı bağışlamışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Şirvan şəhəri Bəxtiyar Vahabzadə küçəsi 33A (yeni qaydalarla ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsi, ümumi birgə torpaq sahəsi və həyətdəki bütün əlavə tikililərdən bərabər istifadə etmək hüququ ilə İddiaçı mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq Şirvan şəhəri, Bəxtiyar Vahabzadə küçəsi ev 33A (yeni qaydalarla ünvan 2 fərdi yaşayış evinin həyətyanı sahəsinin 3 tərəfdən qonşu sahələrə, yalnız bir tərəfdən yol ilə əhatə olunduğuna, mülkiyyətçilərin payına düşən torpaq sahələrinin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən torpaq sahəsi üzərində fərdi yaşayış evinin və əlavə tikililərin torpaq sahəsinin giriş hissəsində inşa olunmasına görə ümumi sahəsi 0.0348 ha olan torpaq sahəsinin tərəflərin paylarına uyğun olaraq İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1, 2.2, 2.4,2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Həmin Məcəllənin 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəylərini nəzərə alıb, hesab edir ki, Şirvan şəhəri, Bəxtiyar Vahabzadə küçəsində yerləşən iki mərtəbəli, ümumi sahəsi 250 kv.metr olan 33 A saylı fərdi yaşayış evinin (Yeni qaydalarla AZ 1812 ünvan 2 həyətyanı ümumi birgə xüsusi mülkiyyətdə olan 0,0348 ha torpaq sahəsinin naturada təcrid sahələr şəklində ayrılması texniki cəhətdən mümkün deyildir. Bundan başqa iddia tələbinin bütün əlavə tikililər üzərində istifadə qaydalarının müəyyən edilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, ekspert rəyi ilə torpaq sahəsinin naturada təcrid sahələr şəklində ayrıla bilməməsi səbəbindən əlavə tikililər üzərində istifadə qaydalarının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı iddia tələbinin bərabər payçı olaraq əmlakdan sərbəst istifadə olunmasına maneçilik törədilməsinə cavabdehə qadağa qoyulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, əmlakdan istifadə olunmasına maneçilik törətməsinin tədqiq edilmiş sübutlardan müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də məhkəmə işin araşdırılmış hallarına, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş olan 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin iş materiallarından görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının tədqiqatının nəticəsi olaraq ümumilikdə 100 manat məhkəmə xərci müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizasının tədqiqatının dəyəri olaraq ümumilikdə 100 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Şirvan şəhəri Bəxtiyar Vahabzadə küçəsində yerləşən iki mərtəbəli, ümumi sahəsi 250 m2 olan 33 A saylı fərdi yaşayış evinin (Yeni qaydalarla AZ 1812 ünvan 2 həyətyanı ümumi birgə xüsusi mülkiyyətdə olan 0,0348 ha. torpaq sahəsinin naturada ayrılmaqla ona çatan pay hissəsinin verilməsi, həmin sahədə yerləşən bütün əlavə tikililər üzərində istifadə qaydalarının müəyyən olunması və bərabər payçı olaraq əmlakdan sərbəst istifadə olunmasına maneçilik törədilməsinə cavabdehə qadağa qoyulması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş olan 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-2/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-2/2024
13.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver