Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-2/2025 31.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-1067/2019 saylı qətnaməsi ilə X2, Cavabdeh4 tutulması qət edilmiş 23075.21 ABŞ dolları əsas borc, 8937.92 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 32513.15 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun Sabirabad rayonu, Rüstəmli kəndində xüsusi mülkiyyətdə olan 0.7278 ha torpaq sahəsində yerləşən tikinti altı sahəsi 290.3 m2 (1 mərtəbəli tövlə 216 m2, 1 mərtəbəli təsərrüfat damı 49.0 m2) və yardımçı sahəsi 37.8 m2, yaşayış sahəsi 37.7 m2 ümumi sahəsi 75.5 m2 olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, Sabirabad rayonu Rüstəmli kəndində xüsusi mülkiyyətdə olan 0.7278 ha torpaq sahəsində yerləşən tikintialtı sahəsi 290.3 m2 (1 mərtəbəli tövlə 216 m2, 1 mərtəbəli təsərrüfat damı 49.0 m2) və yardımçı sahəsi 37.8 m2, yaşayış sahəsi 37.7 m2 ümumi sahəsi 75.5 m2 olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin açıq hərracda satılması, 24871.05 ABŞ dolları məbləğində borc, 15 manat dövlət rüsumunun və məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsini, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X6nunun hüquqi vərəsələri Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi qaydada tutulması, Sabirabad rayonu, Rüstəmli kəndində xüsusi mülkiyyətdə olan 0.7278 ha torpaq sahəsində yerləşən tikintialtı sahəsi 290.3 m2 (1 mərtəbəli tövlə 216 m2, 1 mərtəbəli təsərrüfat damı 49.0 m2) və yardımçı sahəsi 37.8 m2, yaşayış sahəsi 37.7 m2 ümumi sahəsi 75.5 m2 olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra mərhumun həyat yoldaşı Cavabdeh1 və qızı Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsinə, onların həmin fərdi yaşayış evindən çıxarılmasına, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qənamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-1067/2019 saylı qətnaməsi ilə İddiaçı-nin iddia tələbi qismən təmin edilərək, cavabdehlər X2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada xx.xx.2013-cü il tarixli 37 L000000087 saylı kredit xətti müqaviləsi əsasında bağlanmış xx.xx.2014-cü il tarixli 37 R000002612 saylı kredit razılaşması üzrə 23075.21 ABŞ dolları əsas borc, 8937.92 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 32513.15 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulub İddiaçı-yə ödənilməsi qət edilmişdir. Qeyd edilən xx.xx.2013-cü il tarixli 37L000000087 saylı kredit xətti müqaviləsi üzrə X6nun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh ipoteka qoyan X6 ilə Bank arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 37M000000014 saylı ipoteka müqaviləsi əsasında X6nun mülkiyyətində olan Sabirabad rayonu, Rüstəmli kəndində xüsusi mülkiyyətdə olan 0.7278 ha torpaq sahəsində yerləşən tikintialtı sahəsi 290.3 m2 (1 mərtəbəli tövlə 216 m2, 1 mərtəbəli təsərrüfat damı 49.0 m2) və yardımçı sahəsi 37.8 m2, yaşayış sahəsi 37.7 m2 ümumi sahəsi 75.5 m2 olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: “Accessbank" QSC ilə X6 arasında bağlanmış 28 iyun 2013-cü il tarixli, 37L000000087 saylı kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən X5 120 ay müddətinə, 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. “Accessbank" QSC ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 37R000002612 saylı kredit razılaşmasına əsasən bank tərəfindən X5 36 ay müddətinə, illik 2 faizlə, 28500 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli 37L000000087 saylı kredit xətti müqaviləsi üzrə X6nun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh ipoteka qoyan X6 ilə Bank arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 37M000000014 saylı ipoteka müqaviləsi əsasında X6nun mülkiyyətində olan Sabirabad rayonu, Rüstəmli kəndində xüsusi mülkiyyətdə olan 0.7278 ha torpaq sahəsində yerləşən tikintialtı sahəsi 290.3 m2 (1 mərtəbəli tövlə 216 m2, 1 mərtəbəli təsərrüfat damı 49.0 m2) və yardımçı sahəsi 37.8 m2, yaşayış sahəsi 37.7 m2 ümumi sahəsi 75.5 m2 olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla X6nun mülkiyyətində olan Sabirabad rayonu, Rüstəmli kəndində xüsusi mülkiyyətdə olan 0.7278 ha torpaq sahəsində yerləşən tikintialtı sahəsi 290.3 m2 (1 mərtəbəli tövlə 216 m2, 1 mərtəbəli təsərrüfat damı 49.0 m2) və yardımçı sahəsi 37.8 m2, yaşayış sahəsi 37.7 m2 ümumi sahəsi 75.5 m2 olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi X6nun kredit öhdəliklərinin icrasını təmin etmək üçün “Accessbank" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyat alınmışdır. Şirvan şəhər Məhkəməsinin 2(032)-1067/2019 saylı, 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı-nin cavabdehlər X6, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli, 37R000002612 saylı kredit razılaşması üzrə gecikdirilməyə görə hesablanmış 11232 ABŞ dolları məbləğində cərimə 500 ABŞ dolları məbləğinədək azaldılması, cavabdehlər X6, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 37R000002612 saylı kredit razılaşması üzrə 23075.21 ABŞ dolları məbləğində əsas borc, 8937.92 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 32513.13 ABŞ dolları məbləğində qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq pul alınıb İddiaçı-yə verilməsi qət edilmişdir. İpoteka saxlayan “Accessbank" QSC tərəfindən cavabdeh ipotekaya qoyan X6nun hüquqi vərəsləri həyat yoldaşı Cavabdeh1 və qızı Cavabdeh2 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə ipoteka predmetin tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka saxlayan “Accessbank" QSC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə ünvanlanmış “ipoteka predmetinə tutmanın yönəlilməsi haqqında bildirişin qeydə alınması haqqında” ərizədə qeyd edilmişdir ki, ipoteka predmeti olan Sabirabad rayonu, Rüstəmli kəndi 0.7278 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqıpnda ipoteka qoyan Cavabdeh1, Cavabdeh2 göndərilmiş bildirişin xx.xx.2022-ci il tarixdə ünvana çatdırılmasını diqqətinə çatdıraraq tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. Şirvan şəhəri 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 02 sentyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş X6nun vərəsələri arvadı Cavabdeh1 Şirvan şəhəri, Əli Bayramov küçəsi ev 38 miras əmlakdan ½ hissədə pay almalıdır, qızı Cavabdeh2 miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" BOKT ASCdə olan qızıl-zinət əşyalarından ibarətdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan şəhəri 1 saylı Notariat Ofisi 16 avqust 2022-ci il tarixli, 1022 nömrəli məktubundan görünür ki, Şirvan şəhəri 1 saylı Notariat ofisində xx.xx.2020-ci ildə vəfat etmiş mərhum X6nun adına vərəsəlik işi açılmış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulan qanun üzrə vərəsələri arvadı Cavabdeh1 və qızı Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ümumilikdə 15 manat məbləğində rüsum və 30 manat xidmət haqqı ödənilmişdir. İddiaçı tərəfindən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2025-ci il tarixli 10/5860-9/6031 saylı ekspert rəyindən görünür ki, Sabirabad rayonu, Rüstəmli kəndində yerləşən ümumi sahəsi 75.5 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri 44300.0 manat məbləğində müəyyən olunur. 10 % azalma əmsalı tətbiq edilməklə həmin yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən (44300.00-10%) 39870.0 manat məbləğində müəyyən edilir. Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, “Accessbank" QSC ilə X6 arasında bağlanmış 28 iyun 2013-cü il tarixli, 37L000000087 saylı kredit xətti müqaviləsi bağlanmış və bank tərəfindən X5 120 ay müddətinə, 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 37R000002612 saylı kredit razılaşmasına əsasən bank tərəfindən X5 36 ay müddətinə, illik 2 faizlə, 28500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin alınan kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Sabirabad rayonu, Rüstəmli kəndində xüsusi mülkiyyətdə olan 0.7278 ha torpaq sahəsində yerləşən tikintialtı sahəsi 290.3 m2 (1 mərtəbəli tövlə 216 m2, 1 mərtəbəli təsərrüfat damı 49.0 m2) və yardımçı sahəsi 37.8 m2, yaşayış sahəsi 37.7 m2 ümumi sahəsi 75.5 m2 olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi xx.xx.2013-cü il tarixli 37M000000014 saylı ipoteka müqaviləsi əsasında İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Kredit xətti müqaviləsi üzrə X6nun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1067/2019 saylı, 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “Accessbank" QSC-nin cavabdehlər X6, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli, 37R000002612 saylı kredit razılaşması üzrə gecikdirilməyə görə hesablanmış 11232 ABŞ dolları məbləğində cərimə 500 ABŞ dolları məbləğinədək azaldılması, cavabdehlər X6, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 37R000002612 saylı kredit razılaşması üzrə 23075.21 ABŞ dolları məbləğində əsas borc, 8937.92 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 32513.13 ABŞ dolları məbləğində qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq pul alınıb İddiaçı-yə verilməsi qət edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2019cu il tarixdə vəfat etmiş və sonuncunun adına xx.xx.2020-ci il tarixdə Şirvan şəhəri 1 saylı Notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işi üzrə mərhumun vərəsləri olaraq Cavabdeh1 və Cavabdeh2 hər birinə ½ hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçının iddia tələbinin Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)- 1067/2019 saylı qətnaməsi ilə X2, Cavabdeh4 tutulması qət edilmiş 23075.21 ABŞ dolları əsas borc, 8937.92 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 32513.15 ABŞ dolları borcun və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumu ipoteka predmeti olan Sabirabad rayonu, Rüstəmli kəndində xüsusi mülkiyyətdə olan 0.7278 ha torpaq sahəsində yerləşən tikinti altı sahəsi 290.3 m2 (1 mərtəbəli tövlə 216 m2, 1 mərtəbəli təsərrüfat damı 49.0 m2) və yardımçı sahəsi 37.8 m2, yaşayış sahəsi 37.7 m2 ümumi sahəsi 75.5 m2 olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin əşyanın ipoteka ilə yüklü edilməsinə dair münasibətləri tənzimləyən normalarının tələblərinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1), girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın (269.7.), ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır (307.6), ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir (307.7.), daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır (309.1), borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (317.1), satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (317.2). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsində nəzərdə tutulmuşdur ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Məhkəmə, sadalanan maddi hüquq normalarının tələblərinə əsasən baxılan işin faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X6 arasında etibarlı şəkildə ipoteka müqaviləsi bağlanmışdır və ipoteka hüququ daşınmaz əmlakın müvafiq rəsmi reyestrində qeydiyyata alınmışdır. İpoteka müqaviləsi ilə təminat verilmiş kredit müqaviləsindən irəli gələn əsas öhdəlik lazımınca icra edilmədiyinə görə, ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka saxlayan iddiaçının tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Buna görə də, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi, ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmə, ipoteka predmeti əşyanın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti ekspert rəyi əsasında məhkəmə tərəfindən 39870 manat məbləğində müəyyən edilməklə, qeyd edilən əmlak açıq hərracdan satılmalı və həmin əmlakların satışından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə, ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan 1 ay sonra həmin evdən Cavabdeh1 və Cavabdeh2 çıxarılmalarına dair iddia tələbinin əsaslı olduğu qənaətinə gələrək qeyd edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 37M000000014 saylı ipoteka müqaviləsi ipoteka müqaviləsindən görünür ki, X5 məxsus olan Sabirabad rayonu, Rüstəmli kəndində xüsusi mülkiyyətdə olan 0.7278 ha torpaq sahəsində yerləşən tikintialtı sahəsi 290.3 m2 (1 mərtəbəli tövlə 216 m2, 1 mərtəbəli təsərrüfat damı 49.0 m2) və yardımçı sahəsi 37.8 m2, yaşayış sahəsi 37.7 m2 ümumi sahəsi 75.5 m2 olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi İddiaçı ilə cavabdeh X6 arasında bağlanmış 28 iyun 2013-cü il tarixli, 37L000000087 saylı kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir və yenə işdə olan notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən Cavabdeh1 adı çəkilən əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi üzrə hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən, İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu. İddia tələbinin ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehlər X1, X7 və X3 tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, həmin hissə qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Eyni zamanda məhkəmə xatırladır ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə həmçinin qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququnun itirilməsi həmçinin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması barədə iddiaçının (ipoteka saxlayanın) tələb irəli sürmək hüququ yoxdur. Belə ki, həmin tələblə məhkəməyə müraciət etmək hüququ qanunla mülkiyyətçiyə aid edilmişdir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq. Məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ümumilikdə ödənilmiş 15 manat məbləğində dövlət rüsumu və 30 manat xidmət haqqı əmlakın hərracın satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 46.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə daşınmaz əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-1067/2019 saylı qətnaməsi ilə X2, Cavabdeh4 tutulması qət edilmiş 23075.21 ABŞ dolları əsas borc, 8937.92 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 32513.15 ABŞ dolları borcun və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumu ipoteka predmeti olan Sabirabad rayonu, Rüstəmli kəndində xüsusi mülkiyyətdə olan 0.7278 ha torpaq sahəsində yerləşən tikinti altı sahəsi 290.3 m2 (1 mərtəbəli tövlə 216 m2, 1 mərtəbəli təsərrüfat damı 49.0 m2) və yardımçı sahəsi 37.8 m2, yaşayış sahəsi 37.7 m2 ümumi sahəsi 75.5 m2 olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilsin. Sabirabad rayonu Rüstəmli kəndində xüsusi mülkiyyətdə olan 0.7278 ha torpaq sahəsində yerləşən tikintialtı sahəsi 290.3 m2 (1 mərtəbəli tövlə 216 m2, 1 mərtəbəli təsərrüfat damı 49.0 m2) və yardımçı sahəsi 37.8 m2, yaşayış sahəsi 37.7 m2 ümumi sahəsi 75.5 m2 olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin açıq hərracda satılsın, 24871.05 ABŞ dolları məbləğində borc, 15 manat dövlət rüsumu və məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Sabirabad rayonu Rüstəmli kəndində xüsusi mülkiyyətdə olan 0.7278 ha torpaq sahəsində yerləşən tikintialtı sahəsi 290.3 m2 (1 mərtəbəli tövlə 216 m2, 1 mərtəbəli təsərrüfat damı 49.0 m2) və yardımçı sahəsi 37.8 m2, yaşayış sahəsi 37.7 m2 ümumi sahəsi 75.5 m2 olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti 39870 manat məbləğində müəyyən edilsin. Sabirabad rayonu, Rüstəmli kəndində xüsusi mülkiyyətdə olan 0.7278 ha torpaq sahəsində yerləşən tikintialtı sahəsi 290.3 m2 (1 mərtəbəli tövlə 216 m2, 1 mərtəbəli təsərrüfat damı 49.0 m2) və yardımçı sahəsi 37.8 m2, yaşayış sahəsi 37.7 m2 ümumi sahəsi 75.5 m2 olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra mərhumun həyat yoldaşı Cavabdeh1 və qızı Cavabdeh2 həmin fərdi yaşayış fərdi yaşayış evindən çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-2/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-2/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver