Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-186/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 6.612,64 manat, bundan 3.671,79 manat əsas borc, 2.580,79 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 %-lə hesablanmış 360,06 manat faiz və iş üzrə ödənilmiş 145,11 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumunun Cavabdeh tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3006-cı məhəllə, Məmmədcəfər Cəfərov küçəsi, ev 10, 238 saylı mənzilə yönəlməsi; yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması; ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gənclik filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-*******TK130519- 01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 9.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3006-cı məhəllə, Məmmədcəfər Cəfərov küçəsi, ev 10, 238 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə bank ilə borcalan və ipotekaqoyan Cavabdeh arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi imzalanmışdır. Bu razılaşma dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra, məzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, xx.xx.2023-cü il tarixli **********846 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 6.612,64 manat təşkil edir. Bundan 3.671,79 manat əsas borc, 2.580,79 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 %-lə hesablanmış 360,06 manat faiz təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsədə kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 1.600 manat məbləğində ödəniş etmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi bank tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinn tələblərinə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş və həmin bildirişlərin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlildir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 17 may 2019-cu il tarixdə bağlanmış ***-*******TK130519-01 saylı bank hesabı və kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Gənclik filialı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 9.000 manat məbləğində kredit verilmişdir. - 16 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin Gəncə filialına 03 may 2023-cü il tarixə - 3.671,79 manat əsas borc, 2.580,79 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 %-lə hesablanmış 360,06 manat faiz olmaqla, cəmi 6.612,64 manat borcunun mövcud olduğu qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2024-cü il tarixli 9/4136 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019cu il tarixli ***-*******TK13059-01 saylı bank xidmətlərinə dair ümumi ofertanın şərtlərini nəzərə alaraq Cavabdeh İddiaçı ASC-nin Gəncə filialına olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 14 may 2021-ci il tarixə (müqavilənin bitdiyi müddətin tarixinə): Əsas borc üzrə – 5.299,18 manat; Faiz üzrə – 987,41 manat. 07 sentyabr 2023-cü il tarixə (borcun ödənilməsinə dair bildirişin göndərildiyi tarixə): Əsas borc üzrə – 4.299,18 manat; Faiz üzrə – 987,41 manat. Faiz üzrə (5 %-lə) – 514,06 manat. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. - Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli 2- 3(103)-130/2020 saylı qərarından görünür ki, ərizəçi Azərbaycan Respublikası Mərkəzi Bankının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi və ləğvedicinin təyin edilməsinə dair ərizəsi təmin edilmiş, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. - Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi ilə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət büdcəsinə 86,13 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh LPO İddiaçı ASCdən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. - 15 may 2019-cu il tarixli ***-*******TK130519-01-İK saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli ***-*******TK130519-01 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3006cı məhəllə, Məmmədcəfər Cəfərov küçəsi, ev 10, 238 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir. - 16 may 2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ipoteka müqaviləsi üzrə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ipotekasaxlayan LPO İddiaçı ASC-nin adına ipoteka predmeti üzərində hüquqa dair müvafiq çıxarış verilmişdir. - 07 sentyabr 2023-cü il tarixli kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişdən görünür ki, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu borc alan Cavabdeh borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. - 14 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. - "xxxx" MMC-nin 20 may 2025-ci il tarixli ƏEM/M 62252/25 saylı ekspert rəyindən görünür ki, ipoteka predmeti olan təmirli mənzilin bazar dəyəri 292.000 manat, likvid dəyəri 277.000 manat təşkil edir. Xidmət haqqı 350 manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan LPO İddiaçı ASC ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakı açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3.671,79 manat əsas borc, 987,41 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 360,06 manat faiz və ödənilmiş 126 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı; tutma ipoteka ilə yüklü edilmiş, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən 238 saylı mənzilə yönəldilməli; ünvan 1 ünvanda yerləşən 238 saylı mənzilin ilkin satış dəyəri 277.000 manat müəyyən edilməli və açıq hərracda satılmalı; satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməli və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutulmalı; ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq hərracda mənzili əldə edən şəxsə təqdim edilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. 350 manat xidmət haqqı Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddia tələbi barədə ərizədə cavabdehin 3671,79 manat əsas borc, 987,41 manat faiz borcu, 360,06 manat illik 5%-lə hesablanmış 360,06 manat faiz borcunun olduğu bildirilsə də, lakin daxil olmuş ekspert rəyində 4299,18 manat əsas borcun, 987,41 manat faiz borcu, 514,06 manat illik 5%-lə hesablanmış faiz borcunun olduğu qeyd edilmişdir. Belə olan halda məhkəmə ekspert rəyinə uyğun olaraq cavabdehdən hesablanmış 987,41 manat faiz borcun tutulmalı olmasını mümkün hesab etmişdir. Digər tərəfdən ekspert rəyində cavabdehin 4299,18 manat əsas borcun və 514,06 manat illik 5%-lə hesablanmış faiz borcu barədə məlumat qeyd edilsə də, iddia tələbində cavabdehlərdən əsas borc və illik 5%-lə hesablanmış faiz borcu daha az məbləğdə tələb edildiyindən, məhkəmə iddia tələbindən kənara çıxmamaqla həmin məbləğlərin cavabdehdən tutulmalı olması qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3.671,79 manat əsas borc, 987,41 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 360,06 manat faiz və ödənilmiş 126 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən 238 saylı mənzilə yönəldilsin. ünvan 1 ünvanda yerləşən 238 saylı mənzilin ilkin satış dəyəri 277.000 manat müəyyən edilsin və açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutulsun. İpoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq hərracda mənzili əldə edən şəxsə təqdim edilsin. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. 350 manat xidmət haqqı Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-186/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-186/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver