Məhkəmə qərarları › İş №2(105)-145/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-145/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-145/2024 21.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2222/2017 nömrəli, 08 iyun 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.İbrahimov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 99999,59 manat əsas borc, 31582 manat məbləğində faiz borcu, 293 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 131874,59 manat məbləğində kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsum pulunun tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 88 İsKX №-li «Kredit müqaviləsi»nin təminatı qismində banka ipotekaya qoyulmuş, Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti 5 saylı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* №-li, ********** qeydiyyat №-li çıxarışına əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Xaçmaz şəhəri, Yeni yaşayış massivi ünvanındakı 0.05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 120.9 kv.m yaşayış sahəsindən, 175.6 kv.m yardımçı sahədən, 296.5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışından əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 və Cavabdeh2 99999,59 manat əsas borc, 31582 manat məbləğində faiz borcu, 293 manat gecikdirilmiş faiz borcu, ümumilikdə 131874,59 manat məbləğində kredit borcunun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq kreditdən istifadəyə görə əlavə faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 88 İsKX №-li «Kredit müqaviləsi»nin təminatı qismində banka ipotekaya qoyulmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti 5 saylı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* №-li, ********** qeydiyyat №-li çıxarışına əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Xaçmaz şəhəri, Yeni yaşayış massivi ünvanındakı 0.05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 120.9 kv.m yaşayış sahəsindən, 175.6 kv.m yardımçı sahədən, 296.5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışından əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Xaçmaz filialı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 88 İsKX saylı kredit müqaviləsinə əsasən cavabdehə fərdi yaşayış evinin təmiri üçün 24 ay müddətinə, illik 16 faiz hesablanmaqla 100.000 manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 88 İsKX №-li kredit müqaviləsinin təminatı qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsi tərəfındən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* №-li, ********** qeydiyyat №-li çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında digər Cavabdeh2 məxsus olan Xaçmaz şəhəri, Yeni yaşayış massivi ünvanındakı 0.05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 120.9 kv.m yaşayış sahəsindən, 175.6 kv.m yardımçı sahədən, 296.5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən həmin ipoteka müqaviləsi qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfındən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarışlar verilmişdir. Cavabdeh1 bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş, cavabdehin xx.xx.2017-ci il tarixinə banka 99999,59 manat məbləğində əsas borc, 31582 manat faiz borcu, 293 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 131874,59 manat borcu vardır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd ediməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 08 iyun 2017-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Cavabdehlərə məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilməmişdir. Onlar 2022-ci ilin yanvar ayının sonlarında icra qurumu vasitəsilə belə məhkəmə qətnaməsinin mövcudluğundan xəbərdar olmuşlar. Məhkəmə işin hallarını tam ətarflı araşdırmadan, yalnız iddiaçının verdiyi məlumatlar əsasında cavabdehin isə mövqeyini nəzərə almadan qətnamə çıxarmışdır. Cavabdehlər müqavilə üzrə öhdəliklərin icrasından yayınmamışdır. Cavabdehlərin maddi çətinlikləri yarandığı üçün kredit müqaviləsi üzrə borcu ödməyə maddi imkanları çatmamışdır. Bu barədə dərhal banka məlumat verilsə də, lakin bank uzun müddət bu prosesi uzadaraq, şişirdilmiş faiz borclarının yaranmasına nail olmuşdur. Məhkəmə müvafiq mühasibatlıq ekspertizası təyin edərək, faiz borclarının düzgün hesablanmasını təmin etməmişdir. Yalnız iddiaçının verdiyi məlumatlara əsaslanmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən işin halları, cavabdehlərin əmlak vəziyyəti, öhdəliyin vaxtında icra edilməməsinin obyektiv səbəbləri nəzərə alınmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni cavabdehlərin kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməmələri ilə əsaslandırmış, Cavabdeh1 isə bu nəticə ilə razılaşmayaraq qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, sonuncu qətnaməni faiz borcunun tutulması, ipoteka predmetinin qiymətləndirilməsi hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə Cavabdeh1 mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Tərəflər arasında kredit müqaviləsinin, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də ipoteka müqaviləsi bağlanması, müqaviləyə əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Xaçmaz şəhəri, Yeni yaşayış massivi ünvanındakı 0.05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 120.9 kv.m yaşayış sahəsindən, 175.6 kv.m yardımçı, 296.5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi kredit üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 739, 317.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39.3.3-cü maddələri təşkil edir. Mülki Məcəllənin 739-cu maddəsinin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçı qarşısında icra etməmiş pul öhdəliyi yaranmışdır. İlk növbədə məhkəmə kollegiyası cavabdehlərin məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlilinə gəldikdə isə qeyd edir ki, iş materiallarında olan məhkəmə bildirişinin kötüyünə əsasən bildiriş cavabdeh, həmçinin Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 çatdırılmış, (İ cild, iş vərəqə 33) lakin cavabdehlər məhkəmə iclasında iştiraklarının təmin edilməməsi barədə heç bir tutarlı sübut təqdim etmədiyindən, məhkəmə kollegiyası şikayətin bu dəlilini də əsassız hesab edir. Kredit müqaviləsi üzrə yaranmış faiz borcunun iddiaçı tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə kollegiyası məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/8013 nömrəli 14 dekabr 2023-cü il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə əsas borc 99999,59 manat, faiz borcu 31014,89 manat təşkil edir. İş materiallarında olan, xx.xx.2017-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC cavabdehin bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirmədiyini, kredit müqaviləsi üzrə 99999,59 manat əsas borc, 30382,09 manat məbləğində faiz borcu, ümumilikdə 130381,68 manat borcu olduğunu, bu baxımdan qanunvericiliklə müəyyən edilmiş qaydada kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə, tələbin ipoteka predmetinə yönəldilməsi və əldə edilən pul vəsaiti hesabına pul tələblərinin təmin edilməsi ilə bağlı cavabdehə xəbərdarlıq etmişdir. Nəzərə alınmalıdır ki, kreditorun xx.xx.2017-ci il tarixdə borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Belə olan halda, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Belə olan halda iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığından, bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan faiz məbləği iddia tələbində göstərilən və ekspert rəyi ilə müəyyən edilmiş müddətlər (xx.xx.2017-ci il) üzrə deyil, məhz bildirişin verildiyi tarixə yəni xx.xx.2017-ci il tarixə hesablanmalıdır. Bu zaman müqavilə üzrə hesablanmış faiz borcu 30.382,09 manat müəyyən edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə faiz borcu 30.382,09 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı dəlilinə gəldikdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (Mülki Məcəllənin 317.1. maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası cavabdeh tərəfin ipoteka predmetinin likvid dəyərinin mübahisələndirilməsi ilə əlaqədar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-9/1012- 10/997 nömrəli 02 may 2024-cü il tarixli əmtəəşünaslıq ekspertizası rəyi ilə Xaçmaz şəhəri, Yeni yaşayış massivi ünvanındakı 0.05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 296.5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin mövcud bazar dəyəri təqribən 405400 manat, likvid dəyəri 10% azalma tətbiq edilməklə 364.870 (üç yüz altmış dörd min səkkiz yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. İşdən görünür ki, kreditin təminatı olaraq mübahisəli əmlak 12 mart 2015-ci il tarixdə ipotekaya qoyularkən 246.300 manat məbləğində qiymətləndirilmişdir. Hazırda həmin vaxtdan 9 ildən artıq vaxt keçmiş və mənzil bazarında qiymətlər aşağı deyil, əksinə yuxarı qalxmışdır. Belə olan halda məhkəmə kollegiyası ipoteka predmetinin likvid dəyəri ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzinin rəyini daha möhtəbər sübut kimi qəbul edərək, hesab edir ki, ipotekanın bağlandığı vaxtdan xeyli müddət keçdiyindən və daşınmaz əmlak bazarında da mənzillərin qiymətindəki artırmalar nəzərə alınarsa, Xaçmaz şəhəri, Yeni yaşayış massivi ünvanındakı 0.05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 296.5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 364.870 (üç yüz altmış dörd min səkkiz yüz yetmiş) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli qətnaməsi faiz məbləğinin və mənzilin likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə faiz borcu 30.382,09 manat, ipoteka predmeti olan Xaçmaz şəhəri, Yeni yaşayış massivi ünvanındakı 0.05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 296.5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin likvid dəyəri isə 364.870 (üç yüz altmış dörd min səkkiz yüz yetmiş) manat müəyyən edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 20+100+100=220 (iki yüz iyirmi) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli qətnaməsi faiz və mənzilin likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə faiz borcu 30.382 (otuz min üç yüz səksən iki) manat 09 (doqquz) qəpik, ipoteka predmeti olan Xaçmaz şəhəri, Yeni yaşayış massivi ünvanındakı 0.05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 296.5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin likvid dəyəri isə 364.870 (üç yüz altmış dörd min səkkiz yüz yetmiş) manat müəyyən edilsin. Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 220 (iki yüz iyirmi) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar