Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-205/2023 28.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı binanın yuxarı yəni, 3-cü mərtəbəsində yaşayan Cavabdeh tərəfindən 2021-ci ilin sentyabr ayından 2 dəfə ardıcıl olaraq su axıdılmış, mənzilini su basmış və ona maddi ziyan dəymişdir.Sonuncu dəfə xx.xx.2022-ci ildə yenidən ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən mənzili suya verilmişdir. Bu barədə Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən su basmış mənzilinə baxış keçirilmiş, qonşu tərəfindən mənzilinin suya verilməsi halı təsdiqlənmış, bu barədə akt tərtib edilmiş və mənzilə dəymiş maddi ziyanın smetası tutulmuşdur. Hazırda mənzilin elektrik xətləri və naqillər yararsız hala düşmüşdür. Evdə olan əşyaları da yararsız hala düşmüşdür. Divan 800 manat, “Beko” markalı kondisioner 35 kv.m 800 manat, yorğan döşək dəsti 150 manat, xalça palaz 4 ədəd 150 manat, çilçıraq 50 manat, 2 ədəd stul 50 manat, stol yararsız hala düşən 200 manat. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ekspert rəyi ilə razı olduğunu, Cavabdeh ona vurulmuş ziyan kimi 1052 (bir min əlli iki) manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, bildiriş geri qaytarılaraq həmin ünvanda yaşamadığı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının izahatını dinləyib, ekspert rəyini nəzərdən keçirib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Əli-Bayramlı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 955 nömrəli orderində göstərilmişdir ki, X1-Bayramlı (indiki Şirvan) şəhəri, Energetik küçəsi məhəllə 2, 30 nömrəli evdə yoldaşı İddiaçı ilə birlikdə yaşayır. Mənzil Təsərrüfatı İdarəsinin TTS-nin rəisi X8, 4 saylı MİS-in rəisi X2, işçi X6 iştirakı ilə tərtib edilmiş xx.xx.2022 saylı aktdan görünür ki, Şirvan şəhəri, Energetik küçəsi 2 saylı binanın 34 saylı mənzilin sahibi Cavabdeh mənzili kirayə verilib və səhlənkarlıq nəticəsində su axıdılmışdır. Baxış keçirdikləri ünvana su axaraq tavan hissəsinə 29.0 kv.m və divar hissəsinə 23.0 kv.m ziyan dəymişdir. Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsi tərəfindən tərtib edilmiş smetadan görünür ki, Şirvan şəhəri Energetik küçəsi 2 saylı binanın 30 saylı mənzilinə dəyən ziyanın məbləği 398 manat 70 qəpikdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1, yeni qaydalarla AZ 1801, ünvan 2 ünvanda yerləşən mənzil üzərində xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının izahatını yoxlamaq məqsədi ilə eləcədə, mülki işlə bağlı bütün məsələləri tam, obyektiv və hərtərəfli araşdırmaq üçün iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından Şirvan şəhər Məhkəməsinin 2(032)-205/2023 saylı, 10 fevral 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2023-cü il tarixli, 10/1929 saylı rəyində göstərilmişdir ki, Qərardadın birinci və üçüncü sualları üzrə: Şirvan şəhəri, Energetik küçəsi 2 saylı binanın 30 saylı mənzilin göstərilən tikililərin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini və mülki iş materiallarında olan 20 dekabr 2022-ci il tarixli AKT-ın göstəricilərini nəzərə alaraq 30 saylı mənzilə, Şirvan şəhəri, Energetik küçəsi 2 saylı binanın 34 saylı mənzildən suyun axıdılması müəyyən edilir. Qeyd olunur ki, su sızmasının texniki səbəbi 34 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və borcu xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsindən baş verə bilər. Qərardadın ikinci sualı üzrə: Şirvan şəhəri, Energetik küçəsi 2 saylı binanın 30 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1052 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə ekspertiza rəyinə, iddiaçın iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə, işdə olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin yaşadığı mənzilindən iddiaçının yaşadığı mənzilə suyun axıdılması və ziyanın dəyməsi öz təsdiqini tapmış və ekspertiza rəyinə əsasən iddiaçıya dəyən ziyan 1052 manat müəyyən olunmalıdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri ödənilmiş 47 manat dövlət rüsumundan və aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdan ibarətdir. Beləliklə, məhkəmə iş üzrə yekun nəticəyə gələrək hesab edir ki, cavabdehdən maddi ziyana görə 1052 manat, həmçinin dövlət rüsumu kimi 47 manat pul alınaraq İddiaçı verilməli və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ : İddia təmin edilsin. Cavabdeh 1052 (bir min əlli iki) manat və dövlət rüsumu kimi ödənilmiş 47 (qırx yeddi) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-205/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-205/2023
28.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver