Məhkəmə qərarları › İş №2(032)-208/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-208/2023

23.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-208/2023 23.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Heydərov Fərrux Fəttah oğlunun katibliyi ilə, Kreditor X2 borclular Borclu, X1 qarşı borc tələbi barədə məhkəmə əmrinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 borclular Borclu, X1 qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsi Şirvan şəhər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmişdir. Belə ki, ilk öncə təqdim olunmuş ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirərkən məlum olur ki, borcluların ünvanı Hacıqabul rayonu, X.Məmmədov 76-dır. Belə olan təqdirdə iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu halda ərazi aidiyyətinə dair normalar pozulmuş – bu səbəbdən də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsini rəhbər tutaraq yəni, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə geri qaytarılmalıdır. Bundan əlavə təqdim edilmiş ərizəni nəzərdən keçirərkən məlum olur ki, müraciət edən tərəfindən irəli sürülmüş müvafiq tələb üzrə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuş, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair xəbərdarlıq olsa da xəbərdarlığın borclulara çatdırılmasına dair məlumat əlavə edilməmişdir. Bu isə sözügedən kateqoriya üzrə işlərin qanunamüvafiq qaydada baxılmasına xələl gətirə biləcək bir hal olduğundan hazırki vəziyyətdə icraata qəbul edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsinə əlavə edilməli və göstərilməlidir. Həmçinin, həmin məcəlləsinin 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə X2 borclular Borclu, X1 qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, belə bir nəticəyə gəlir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, kreditora (ərizəçi) qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 278-ci maddəsini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: Kreditor X2 borclular Borclu, X1 qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin verilməsi zamanı ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi 10379) X3 geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar