Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-209/2023 11.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən iddiaçıya vurulmuş xəsarət nəticəsində xx.xx.2016-cı ildən bəri işləmədiyi dövr ərzində itirdiyi qazancı 22500 manat, müalicə və dərman xərcləri üçün 11100 manat, xəsarət almağı nəticəsində yaranmış aliment tutulmaları 3920 manatın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2016-cı ilin mart ayından “Araz Zavodu”nda sökücü-çilingər vəzifəsində işləmiş, vəzifəsi zavoda gətirilən köhnə tank, top sursatlarının partlayıcı hissələrini və yararsız sursatlan 8 nömrəli utilizasiya sahəsində çeşidləyib ayırmaqdan ibarətdir. 26 iyul 2016-cü il tarixdə saat 15:55-də iş yoldaşları ilə birgə istirahət otağında olarkən sahənin 2.2-ci modulu tərəfdən ardıcıl güclü partlayış səsləri gəlmiş və güclü alov dalğası qalxmış, zavodun digər işçilərinin qaçdıqlarını görmüş və buna görə zavodun giriş qapısı tərəfə qaçıb oradan çölə çıxmaq istəmiş, lakin anidən başı qapıya dəymiş və yerə yıxılmış, yaxındakılarının köməyi ilə çölə çıxarılmış və bunun nəticəsində istehsalat qəzası almışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(108)-71/2017 saylı hökmündə o, zərərçəkmiş qismində tanınmış və dindirilmişdir. 26 iyul 2016-cı ildə istehsalatda baş vermiş bədbəxt hadisədən dərhal sonra təcili tibbi yardım vasitəsi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının “Psixiatriyya” şöbəsinə gətirilmiş, orada həkim psixiyatr D.Qurbanov tərəfindən ilkin tibbi yardım göstərilmiş, səhəri gün həkim psixiatr Qurbanov Dilavər onu xəstəxanadan çıxaraq evdə müalicə almasını, özünün mütəmadi olaraq onu yoxlayacağını bildirərək təkid etmişdir. İddiaçının atası buna etiraz edərək tam sağalandan sonra çıxarılmağına təkid etsə də, onu xəstəxanada saxlamayıblar. Sonradan iddiaçı və onun ailəsinə məlum olub ki, “Araz zavodu”nun direktoru İlqar Qurbanov həkim Qurbanov Dilavərin əmisi oğlu olduğundan onun xəstəxanada bir gün yatmağına baxmayaraq həm qeydiyyata alınmayıb, həm də tam sağalana qədər xəstəxanada qalmağına məneə yaratmışlar. xx.xx.2022-ci il tarixli Şirvan şəhəri “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X19 onun xx.xx.2016-xx.xx.2016-cı ildə “Şirvan Rayon Mərkəzi Xəstəxanası” X19 Terapiya şöbəsində stasionar müalicə almış, ona “Nevrasteniya” diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə isə xəstəxananın psixiatrik kabinetində “Obsessiv-kompulsiv pozuntu” diaqnozu ilə qeydiyyata alınmışdır. Növbəli gündən başlayaraq həkim Dilavər Qurbanov tərəfindən edilmiş müayinələr və yazılmış saysız hesabsız bahalı dərmanlar özü tərəfindən alınaraq qəbul etmişdir. Xəstəliyi şiddətləndiyindən Bakı şəhərində olan ayrı-ayrı psixiatrlarla görüşmüşdür. Halhazırda altıncı aydır ki, Medera-Hospitalın pisixiyatrı həkim Ehtiram tərəfindən müalicə alır. Səhhətində olan bu problemlər əlaqədər 20 avqust 2020-ci il tarixli 2(032)-1012/2020 saylı qətnaməsinə əsəsən nikahının pozulmasına səbəb oldu. Nəticə olaraq Şirvan şəhər Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(032)-1056/2020 saylı qətnaməsinə əsasən hər ay iddiaçının övladına 140 manat ödəniləcək, alimenti atasının pensiyasından ödəyir. xx.xx.2020-ci ildən bu günə qədər 3920 (üç min doqquz yüz iyimi) manat pul ödənilmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixli sorğu ilə müraciət edərək hansı tarixlərdə və hansı vəzifədə işləməsinin rəsmi olaraq xahiş etsə də, cavabdeh hansısa maraqlara əsəsən bu müraciətinə bu günə kimi cavab verməmişdir. Cavabdehlə bağlamış olduğu əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 300 manat olmuş, o, xx.xx.2016-ci ildən itirmiş olduğu aylaq qazancı 22500 (iyirmi iki min beş yüz) manat təşkil etmişdir. Aldığı müalicələr zamanı qoyulmuş diaqnoz "Nevrasteniya", “Obsessiv-ompulsiv pozuntu” olmuşdur. Hadisədən sonra işəgötürən tərəfindən ona heç bir köməklik göstərilməmiş, bütün müalicə və müayinə xərcləri onun ailəsi tərəfindən aparılmışdır. Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkimi Psixiatr Q.Dilavərin xx.xx.2016-cı ildən 2019-ci ilə qədər müayinə və dərman peraparatlarına çəkilən xərc 8000 manatın üzərində, X21 xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər 1200 manat, “Psixoloji Xidmət” 02 02.2022-xx.xx.2022-ci il ödəniş qəbzləri-12 vərəq və 21.50 manat olmaqla, cəmi 1000 manat, xx.xx.2022-ci ildən bəri Medera Hospital həkimi X9 tərəfindən müalicə alaraq 900 manat onun tərəfindən ödənilmişdir. Hal-hazırda müalicə götürür. Ümumilkdə bu günə qədər xx.xx.2016-ci ildən bəri xəsarət aldığı dövrdən 37520 (otuz yeddi min beş yüz iyirmi) manat məbləğində maddi zərər dəymişdir. Cavabdeh MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin zidd olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Hazırda heç bir yerdə işləmir, başqa gəlir yeri yoxdur, müalicələrini davam etdirməli, alimenti ödəməli, mütəmadi ambulator müalicələr almalıdır. Bütün bunlar isə təbii ki, böyük maddi xərclər tələb edir və bunu etmək cavabdehin maddi imkanı xaricindədir. İddiaçı nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X8 izahatında bildirdi ki, İddiaçı xx.xx.2016-cı il tarixində Cavabdeh MMC-nin 8 nömrəli sahəsində Mülki-Hüquq (Podrat) müqaviləsi ilə sökücü çilingər peşəsində işləmişdir. 26 iyul 2016-cı il tarixdə baş vermiş güclü partlayış nəticəsində xəsarət alanlar olmuşdur. Aidiyyəti qurumlar hadisə yerinə gələrək zərərçəkənləri müəyyən etmişlər. Həmin şəxslərə zavod tərəfindən maddi yardım göstərilmişdir. Zərərçəkənlərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. Həmçinin həmin vaxtda İddiaçı heç bir şikayət və tələbinin olmamasını göstərmişdir. Odur ki, İddiaçı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı “Üfüq” İstehsalat Birliyinin Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixli, 69 nömrəli Mülki-Hüquq (Podrat) müqaviləsi bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Cihaz” İstehsalat Birliyi Cavabdeh MMC-nin 13/49 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixədək Şirvan şəhər ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC-nin 8 nömrəli sahəsində Mülki-Hüquq (Podrat) müqaviləsi ilə sökücü çilingər peşəsində işləmişdir. İş materiallarında olan Şirvan İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərüfat İdarəsinin xx.xx.2023-cü il tarixli 26 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən təsərrüfat bağ fəhləsi peşəsinə qəbul edilib xx.xx.2017-ci il tarixdə sahə rəsisi vəzifəsinə keçirilib, xx.xx.2020-ci il tarixdə sahə rəsisi vəzifəsindən bağ fəhləsi peşəsinə keçirilib və xx.xx.2020-ci il tarixdən ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilib. İş materiallarında olan X18 vermiş olduğu rəyin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı beyinin biocərəyan fəallığı yüngül funksional mənşəli dəyişiklik əlamətləri ilə səciyyələnir. Beyinqabığı ilə qabıqaltı mərkəzlər arasında əlaqələrin zəifləməsi, oyandırıcı proseslərin qismən üstünlük təşkil etməsi əlamıətləri qeyd olunur. Beyin yarım kürələrinin müntənasibliyi pozulmayıb. Kobud üzvü, ocaqlı dəyişiklik və epilepsiya əlamətləri aşkar edilmir. İş materiallarında olan MedEra Hospital tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 85 nömrəli arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Elvin Nümayəndə oğluna xəstəliyi ilə bağlı “Obsessiv kompulsiv pozuntu kod F42.0” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X19 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli PHŞ-6-35/2-66/2023 nömrəli məktubda qeyd edilmişdir ki, 1981-ci il təvəllüdlü İddiaçı Qəirbalı oğlu xx.xx.2016-xx.xx.2016-cı il tarixdə “Nevrastaniya” diaqnozu ilə Şirvan ŞMX-nın nevrologiya şöbəsində müalicədə olub. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 xx.xx.2023-cü il tarixli, PHŞ/6-2-2022-6/23 nömrəli vətəndaş müraciətinə baxılması nəticəsi haqqında məktubundan görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2016xx.xx.2016-cı il tarixlərdə “Şirvan Rayon Mərkəzi Xəstəxanası” X19 (Xəstəxana) terapiya şöbəsində stasionar müalicə almış, ona “Nevrasteniya” diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə isə Xəstəxananın psixiatrik kabinetində “Obsessiv-kompulsiv pozuntu” diaqnozu ilə qeydiyyata alınmışdır. Tibbi xidmətin göstərilməsi ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi üçün məhkəmə qaydasında müraciət etmək hüququ izah olunmuşdur. “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin dilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2ci bəndinə əsasən psixiatrik xidmətlər göstərən tibb müəssisələri TƏBİB-in tabeliyində fəaliyyət göstərmir. Sözügedən tibb müəssisələrinə göndərişin verilməsi üçun Xəstəxanaya yaxınlaşmağı qeyd edilmişdir. İşdə olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-71/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmün surətindən görünür ki, zərərçəkmiş şəxs qismində İddiaçı ifadəsində göstərmişdir ki, 2016-cı ilin mart ayından “Araz Zavodu”nda sökücü-çilingər vəzifəsində işləyir, vəzifəsi zavoda gətirilən köhnə tank, top sursatlarının partlayıcı hissələrini və yarasız sursatları 8 nömrəli utlizasiya sahəsində çeşidləyib ayırmaqdan ibarətdir. 26 iyul 2016-cı il tarixdə saat 14:55-də iş yoldaşları ilə birgə istirahət otağında olarkən sahənin 2.2-ci modulu tərəfdən ardıcıl güclü partlayış səsləri gəlmiş və güclü alov dalğası qalxmış, zavodun digər işçilərinin qaçdıqlarını görmüş və buna görə zavodun giriş qapısı tərəfə qaçıb oradan çölə çıxmaq istəmiş, lakin anidən başı qapıya dəymiş və yerə yıxılmış, yaxındakıların köməyi ilə çölə çıxarılmış, sonra isə Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparılmış, ertəsi gün isə evə buraxılmışdır. Hazırda sağalmış, heç bir şikayət və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyinin xx.xx.2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyinin Cavabdehnda xx.xx.2016-cı il tarixdə baş vermiş hadisə zamanı X6, X1, X7, X12, X4, X2 və X5 zərərçəkmiş şəxslər siyahısındadır. İş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək üçün Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 xx.xx.2023-cü il tarixli 1459 saylı rəydə qeyd edilmişdir ki, 1-ci sual üzrə İddiaçı hal-hazırda oğlu obsessiv-kompulsiv pozuntu (qarışıq sarışan fikirlər və hərəkətlər) aşkar olunur. Psixiatriya sahəsində olan elmi ədəbiyyata əsasən “Obsessiv-kompulsiv pozuntunun” yaranmasına bilavasitə səbəb olan amil (faktor) müəyyən edilməmişdir. “Obsessiv-kompulsiv pozuntunun” inkişafında iştirak edən risk amilləri rəyin “motivləşdirici” hissəsində sadalanmışdır. 2-ci sual üzrə İddiaçı işləmiş olduğu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Ufüq” İstehsalat Birliyinin "Şirvan Zavodu"nda baş vermiş partalayışın nəticəsi ilə İddiaçı Qəriba hazırkı psixi vəziyyəti (xəstəliyi) arasında səbəbli əlaqə müəyyən müəyyən olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixədək Şirvan şəhər ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC-nin 8 nömrəli sahəsində Mülki-Hüquq (Podrat) müqaviləsi ilə sökücü çilingər peşəsində işləmişdir. İşlədiyi dövrdə, yəni 26 iyul 2016-cı il tarixdə Cavabdeh MMC-də partlayış baş vermiş və baş vermiş güclü partlayış nəticəsində xəsarət alanlar olmuşdur. Hadisə nəticəsində X6, X1, X7, X12, X4, X2 və X5 zərərçəkmiş şəxslər olaraq tanınmışdırlar. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Şirvan İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərüfat İdarəsində təsərrüfat bağ fəhləsi peşəsinə qəbul edilib xx.xx.2017-ci il tarixdə sahə rəsisi vəzifəsinə keçirilib, xx.xx.2020-ci il tarixdə sahə rəisi vəzifəsindən bağ fəhləsi peşəsinə keçirilib və xx.xx.2020-ci il tarixdən ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilib. Həmçinin məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, 1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə “Şirvan Rayon Mərkəzi Xəstəxanası” X19 (Xəstəxana) terapiya şöbəsində stasionar müalicə almış, ona “Nevrasteniya” diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə isə Xəstəxananın psixiatrik kabinetində “Obsessiv-kompulsiv pozuntu” diaqnozu ilə qeydiyyata alınmışdır. Eyni zamanda məhəkəmə tərəfindən təyin edilmiş məhkəmə tibbi ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, 1-ci sual üzrə İddiaçı hal-hazırda oğlu obsessivkompulsiv pozuntu (qarışıq sarışan fikirlər və hərəkətlər) aşkar olunur. Psixiatriya sahəsində olan elmi ədəbiyyata əsasən “Obsessiv-kompulsiv pozuntunun” yaranmasına bilavasitə səbəb olan amil (faktor) müəyyən edilməmişdir. “Obsessiv-kompulsiv pozuntunun” inkişafında iştirak edən risk amilləri rəyin “motivləşdirici” hissəsində sadalanmışdır. 2-ci sual üzrə abayev Elvin Qaribalı oğlunun işləmiş olduğu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Ufüq” İstehsalat Birliyinin "Şirvan Zavodu"nda baş vermiş partalayışın nəticəsi ilə İddiaçı Qəriba hazırkı psixi vəziyyəti (xəstəliyi) arasında səbəbli əlaqə müəyyən müəyyən olunmamışdır. Məhkəmə qeyd edir əmək qanunvericiliyin tələblərindən göründüyü kimi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddi məsuliyyətin yaranması üçün 1. ziyanın həqiqətən vurulduğu aşkar olmalı, 2. təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı, 3. təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qeyd edilən halların hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Lakin məhkəmə tədqiqatının nəticəsi olaraq qeyd edilən halların mövcud olması aşkar edilməmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-71/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmün surətindən görünür ki, zərərçəkmiş şəxs qismində İddiaçı ifadəsində göstərmişdir ki, 2016-cı ilin mart ayından “Araz Zavodu”nda sökücü-çilingər vəzifəsində işləyir, vəzifəsi zavoda gətirilən köhnə tank, top sursatlarının partlayıcı hissələrini və yarasız sursatları 8 nömrəli utlizasiya sahəsində çeşidləyib ayırmaqdan ibarətdir. 26 iyul 2016-cı il tarixdə saat 14:55-də iş yoldaşları ilə birgə istirahət otağında olarkən sahənin 2.2-ci modulu tərəfdən ardıcıl güclü partlayış səsləri gəlmiş və güclü alov dalğası qalxmış, zavodun digər işçilərinin qaçdıqlarını görmüş və buna görə zavodun giriş qapısı tərəfə qaçıb oradan çölə çıxmaq istəmiş, lakin anidən başı qapıya dəymiş və yerə yıxılmış, yaxındakıların köməyi ilə çölə çıxarılmış, sonra isə Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparılmış, ertəsi gün isə evə buraxılmışdır. Hazırda sağalmış, heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Ufüq” İstehsalat Birliyinin “Şirvan Zavodu”ndan maddi zərər əvəzi olaraq pulun tutulması tələbinin əsas kimi onun istehsalatda baş vermiş bədbəxt hadisə zamanı aldığı xəsarət nəticəsində yaranmış olduğunu iddia etsə də, işin faktiki halları ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Ufüq” İstehsalat Birliyinin “Şirvan Zavodu”nda baş vermiş partalayışın nəticəsi ilə İddiaçı hazırkı psixi vəziyyəti (xəstəliyi) arasında səbəbli əlaqə müəyyən müəyyən olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehin təqsiri üzündən iddiaçıya vurulmuş xəsarət nəticəsində xx.xx.2016-cı ildən bəri işləmədiyi dövr ərzində itirdiyi qazancı 22500 manat, müalicə və dərman xərcləri üçün 11100 manat, xəsarət almağı nəticəsində yaranmış aliment tutulmaları 3920 manatın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-209/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-209/2023
11.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver