Məhkəmə qərarları › İş №2(032)-210/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-210/2025

01.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-210/2025 01.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi İddiaçı Şirvan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Şirvan Bələdiyyəsinin Cavabdeh qarşı torpaq və əmlak vergisi borclarının geri alınması tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Tələbkar Şirvan Şəhər Bələdiyyəsi borclu Cavabdeh ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş evə görə xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilə qədər 696,82 manat torpaq və əmlak vergi borcunun Şirvan Şəhər Bələdiyyəsinin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Tələbkar Şirvan Şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizənin dəqiqləşdirilməsi ilə müraciət edərək, borclu Cavabdeh ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş evə görə və Şirvan şəhəri, 1 May, 1 T ünvanında yerləşən obyektə görə xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilə qədər 696,82 manat torpaq və əmlak vergi borcunun Şirvan Şəhər Bələdiyyəsinin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1930/2024 nömrəli məhkəmə əmrinə əsasən borclu Cavabdeh ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş evə görə və Şirvan şəhəri, 1 May, 1 T ünvanında yerləşən obyektə görə xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilə qədər 696,82 manat məbləğində torpaq və əmlak vergisi borcu alınaraq tələbkar Şirvan Şəhər Bələdiyyəsinə ödənilməlidir. Əmrdən narazı qalan Cavabdeh Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1930/2024 nömrəli məhkəmə əmrindən etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Şirvan Şəhər Bələdiyyəsi tərəfindən ona tədiyyə bildirişi göndərilməyib. Əgər tədiyyə bildirişi adına yazılıbsa saxtadır. Öhdəsində olan torpaqlar dövlət torpağıdır. Əmlak isə xüsusidir. xx.xx.2024-cü il tarixində Şirvan Şəhər Məhkəməsində 2(032)-1699/2024 saylı qərardad ilə ərizənin qəbulundan imtina edilmişdir. 15 oktyabr 2024-cü il tarixdə Şirvan Şəhər Məhkəməsinə müraciət edəndə onlar ancaq yaşadığı evə görə hesablayıblar. Şirvan şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1930/2024 saylı qərardadı ilə məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(032)-1930/2024 saylı əmri ləğv olunmuş və mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı Şirvan Bələdiyyəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi borclu Cavabdeh torpaq və əmlak vergisi borclarının qəsdən ödənilməməsi barədə Şirvan Bələdiyyəsinin “Yerli ödənişlər və vergilər” şöbəsinin müdiri Əlövsət Yusifov tərəfindən Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradova təqdimat verilmişdir. Həmin təqdimatda bildirilir ki, borclu Cavabdeh ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş evə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü ilə qədər 696.82 manat torpaq və əmlak vergisi borcu yaranmışdır. Cavabdeh vergi borclarını ödəməkdən qəsdən yayınır və bu məqsədlə qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəməyə müraciət etmişlər. Cavabdeh rəsmi qaydada 04-196 nömrəli, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Qanunvericiliyin tələbinə əsasən torpaq, əmlak və İcarə vergilərinin yığılması və ödənilməsi yerli ödənişlərin tərkibinə daxil edilmişdir. Qanunun məzmunundan da göründüyü kimi, Bələdiyyələr başqa yerli ödənişlər kimi eyni zamanda da torpaq, icarə və əmlak vergisinə görə yığılan vergilərdən maliyyələşirlər. Bələdiyyə yerli özünüidarə qurumu inzibati orqanlar siyahısına daxil edilməklə yerli ödənişlər hesabına öz xərcini ödəməklə təsərrüfat və digər ehtiyaclarını ödəmək şərti ilə şəhər ərazisində əhalinin ehtiyaclarını ödəmək üçün müxtəlif xərc maddələrinə uyğun olaraq işlər həyata keçirirlər. Borclu tərəfindən icarə vergisi qəsdən bilə-bilə ödənilmir. Məhz bunun nəticəsidir ki, borclunun torpaq və əmlak vergisi borcunun cəmi xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü ilə qədər 696.82 manat təşkil edir. İddiaçı Şirvan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə məhkəməyə iddia məbləğinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən əmlak və torpaq sahəsinə görə 11 fevral 2025-ci il tarixinə 1 illik əmlak vergisi 71 manat 70 qəpik, torpaq vergisi 12 manat 15 qəpik, ötən dövrlər üzrə vergi borcu 144 manat 32 qəpik, faiz məbləği 33 manat 37 qəpik olmaqla, ödəniləcək məbləğ cəmi 261 manat 54 qəpik torpaq və əmlak vergi borcunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Şirvan Şəhər Bələdiyyəsi tərəfindən ona tədiyyə bildirişi göndərilməyib. Əgər tədiyyə bildirişi adına yazılıbsa saxtadır. Öhdəsində olan torpaqlar dövlət torpağıdır. Əmlak isə xüsusidir. xx.xx.2024-cü il tarixində Şirvan Şəhər Məhkəməsində 2(032)-1699/2024 saylı qərardad ilə ərizənin qəbulundan imtina edilmişdir. 15 oktyabr 2024-cü il tarixdə Şirvan Şəhər Məhkəməsinə müraciət edəndə onlar ancaq yaşadığı evə görə hesablayıblar. Cavabdeh daha sonra məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmənin 2-ci iclasında Nümayəndə məhkəməyə tədiyyə bildirişi təqdim etmişdir. Bildirişdə göstərilən rəqəmlə razı deyil və Şirvan Bələdiyyəsinə öz etirazını bildirmişdir. Təqdim edilmiş tədiyyə bildirişində göstərilmişdir ki, xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilə qədər 177.69 manat təşkil edir və görünən odur ki, Nümayəndə bilərəkdən 519.13 manat vəsaiti (696.82-177.69=519.13) qanunsuz olaraq məhkəmə yolu ilə aldırmaq olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Belə ki, iş materiallarında olan **********8786 nömrəli tədiyyə bildirişindən görünür ki, Cavabdeh Şirvan şəhəri, 1 May küçəsi, 1T (obyekti) və ünvan 4 ünvanına dair ödəniləcək torpaq və əmlak vergi borcu ümumilikdə 696.82 manat təşkil edir. **********4023 nömrəli tədiyyə bildirişindən görünür ki, Cavabdeh Şirvan şəhəri, 1 May küçəsi, 1T (obyekti) və ünvan 4 ünvanına dair ödəniləcək torpaq və əmlak vergi borcu ümumilikdə 219,59 manat təşkil edir. Ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Cavabdeh Şirin Şükürov küçəsi dalan 1, ev 16 ünvanı üzrə 1 illik əmlak vergisi 71,7 m, torpaq vergisi 244,8 manat olmaqla, xx.xx.2024-cü il tarixə qədər 696,82 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, 1 May küçəsi, 1T üzərində xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 üzərində xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 10 mart 2025-ci il tarixli uçota dair arayışında göstərilmişdir ki, vergi ödəyicisinin uçot malumatlara əsasən sahibkarləq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. Lakin tərəfindən xx.xx.2025-ci il tarixdə təqdim etdiyi “Fiziki şəxsin fəaliyyətinin bərpa edilməsi haqqında” ərizə əsasında xx.xx.2025-ci il tarixdən sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Hazırda fəaliyyət aktivdir. Azərbaycan Respublikası Konstitusiyanın 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergiləri qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda ödəmək hər bir şəxsin konstitusiya vəzifələrindən biri olmaqla, dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı mövqeyə əsasən, vergi münasibətlərini tənzimləmək yolu ilə dövlət özünün və bələdiyyələrin məqsəd və vəzifələrinin həyata keçirilməsini təmin edir. Büdcə sistemi ilə vergilər arasındakı mövcud əlaqələrin həcmi və möhkəmliyi dövlət və cəmiyyətdəki iqtisadi və sosial proseslərin inkişafına göstərdiyi təsirlə sıx bağlıdır. Dövlət məhz maliyyə resursları (o cümlədən vergi yığımları) hesabına iqtisadi, sosial, ekoloji və s. sahələrdəki funksiyalarının maliyyələşdirilməsi imkanına malik olur (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərar). Vergi Məcəlləsinin 1.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Vergi Məcəlləsində təsbit olunmuş və hüquqi şəxslərin ödəməli olduğu dövlət vergilərindən biri də əmlak vergisidir (Vergi Məcəlləsinin 6.1.5-ci maddəsi). Əmlak vergisinin ödəyiciləri, vergitutma obyektləri, vergi dərəcələri, vergi güzəştləri və azadolmalar, verginin hesablanması və ödənilməsi qaydası və digər məsələlər Vergi Məcəlləsinin Xİİ fəsli ilə tənzimlənmişdir. Həmin Məcəllənin 197.1.3-cü maddəsinə əsasən, müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) əmlak vergisinin vergitutma obyekti sayılır. Maddənin məzmunundan aydın olduğu kimi müəssisələrin əmlak vergisinin vergitutma obyekti onların balansında olan əsas vəsaitlərdən təşkil olunur. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq Vergi Məcəlləsi və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur (Vergi Məcəlləsinin 1.3-cü maddəsi). Vergi Məcəlləsinin 13-cü maddəsində bu Məcəllədə istifadə edilən əsas anlayışların izahı verilmişdir. Məcəllənin 13.2.17-ci maddəsinə müvafiq olaraq, əsas vəsaitlər dedikdə istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər başa düşülür. Həmin anlayışa əsasən, qanunverici maddi aktivlərin əsas vəsait hesab edilməsi üçün aşağıdakı şərtlərin hər birinin mövcud olmasını tələb kimi müəyyənləşdirmişdir: · istifadə müddətinin bir ildən çox olması; · dəyərinin 500 manatdan çox olması; · Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktiv olması. Vergi Məcəlləsinin 114-cü maddəsi amortizasiya ayırmaları və gəlirdən amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğləri tənzimləyir. Məcəllənin 114.1-ci maddəsinə görə, bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır. Göründüyü kimi, maddi aktivin əsas vəsaitə aid edilə bilməsi üçün o, amortizasiya edilə bilən, yəni, sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilməsi mümkün olan və nəticədə köhnəlməyə məruz qala bilən aktiv olmalıdır. Vergitutma məqsədləri üçün amortizasiya olunması nəzərdə tutulmayan maddi aktivlərin siyahısı isə Vergi Məcəlləsinin 114.2-ci maddəsi ilə müəyyən olunmuşdur. Həmin maddəyə əsasən torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur. Vergi qanunvericiliyinə görə, amortizasiya olunması nəzərdə tutulmayan aktivlərin ümumi cəhəti onların köhnəlməyə məruz qalmayan aktivləri təşkil etməsidir. Amortizasiyaya Vergi Məcəlləsində və digər normativ-hüquqi aktlarda anlayış verilməsə də, maliyyə hüququnda ümumqəbulolunmuş yanaşmaya görə amortizasiya dedikdə, aktivin faydalı xidmət müddəti ərzində dəyərinin müntəzəm sürətdə azalması, iqtisadi, texniki, fiziki və digər keyfiyyətlərini itirməklə, istifadə olunması nəticəsində köhnəlməsi başa düşülür. Beləliklə, əgər, aktiv amortizasiya oluna bilməyən – yəni, köhnəlməyə məruz qalmayan maddi aktivdirsə, o, vergitutma məqsədləri üçün əsas vəsait hesab olunmur. Lakin vergi ödəyicisi Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş və yuxarıda qeyd olunan siyahıda göstərilməyən istənilən aktivi amortizasiya ayırmalarına məruz qoya biləcəyindən, yəni həmin aktivlər xarakterinə görə amortizasiya edilməsi mümkün olan aktivlər olduğundan əsas vəsait hesab edilirlər. Nəzərə alınmalıdır ki, əmlak vergisi büdcənin gəlirlə təmin edilməsinə münasibətdə fiskal funksiya daşımaqla yanaşı, eyni zamanda müəssisələri istifadə olunmayan əmlakın satışına maraq yaratmaq, onların balansında olan əmlakdan səmərəli istifadə etməkdə stimullaşdırmaq məqsədilə tətbiq olunaraq, stimullaşdırıcı və nəzarət funksiyasını da yerinə yetirir. Əgər müəssisə vergi qanunvericiliyinə əsasən amortizasiya olunmayan aktivlərə aid edilməmiş əmlaka malik olmasına baxmayaraq həmin vəsaitlərdən sahibkarlıq və ya qeyrisahibkarlıq fəaliyyətində özündən asılı səbəblərə görə istifadə etmirsə və ya etmək niyyətində deyilsə, bu, həmin müəssisənin əmlak vergisindən yayınması ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). 4.2. Dövlət vergiləri dedikdə, bu Məcəllə ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur. 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. 5.0. Vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; 8.1.3. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; 8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. 16.2. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. 16.3. Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur. 16.4. Bu Məcəllənin 16.2-ci və 16.3-cü maddələrinə müvafiq olaraq arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları bu Məcəllə ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir. 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə):(cədvələ uyğun olaraq:yaşayış məntəqələri Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri üzrə Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələri 0,2 manat) Maddə 199. Əmlak vergisindən azadolmalar və güzəştlər ...199.14. Mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla). 200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. 200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 203.2. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Maddə 204. Verginin ödəyiciləri:

204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. 206.3. Bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:(cədvəl yaşayış məntəqələri Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla) 10000 m²- dək olduqda şəhərlər və rayon mərkəzləri(Bakı, Gəncə, Abşeron, Sumqayıt,Xırdalan istisna) 0,3) (Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) 4) 208.1. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. 208.5. Fiziki şəxslər tərəfindən torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Hər bir tərəfin iddia və etirazına dair məhkəmənin gəldiyi nəticə:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, hüququ rəsmləşdirilən Cavabdeh məxsus ünvan 5 ünvanında 290,3 kv metr dövlət torpağı üzərində istifadə hüququ ilə rəsmləşdirilmiş üzərində xüsusi mülkiyyət növü olan xidmət təyinatlı 244,3 kv m qeyriyaşayış binasının olduğu əmlak mövcuddur. I. Cavabdeh məxsus ünvan 5 ünvanında 290,3 kv metr dövlət torpağı üzərində istifadə hüququnun mövcudluğunu nəzərə almaqla və ( 4:100=0,04, 0,04x290,3=11 manat 61 qəpik) AR Vergi Məcəlləsinin 206.3-cü maddəsində qeyd edilən cədvəldə göstərilən hesablamaları aparmaqla Cavabdeh illik qeyd olunan torpaq üzrə vergisinin 11 manat 61 qəpik olduğunu müəyyən etmişdir. AR 205-ci maddəsinə əsasən fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. II. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərüffat subyektinin olduğu yer üzrə uçota alınması haqqında arayışdan görünür ki, Cavabdeh (avtoyuma) təsərrüfat subyekti kimi 5 saylı ərazi vergilər idarəsi tərəfindən qeydiyyata alınmış və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu qeyd edərək mikrosahibkar olan şəxsin əmlak vergisi ödəməkdən azad olunmasını bildirmiş olsa da qeyd olunan xüsusatla bağlı məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Odur ki, Cavabdeh məxsus ünvan 5 ünvanında 290,3 kv metr dövlət torpağı üzərində istifadə hüququ ilə rəsmləşdirilmiş üzərində xüsusi mülkiyyət növü olan xidmət təyinatlı 244,3 kv m qeyri-yaşayış binası üzrə illik əmlak vergisi 244.3x 0.2=48 manat 86 qəpik təşkil edir.( Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri üzrə vergi dərəcəsi Vergi Məcəlləsinin 198-ci maddəsinə əsasən 0.2 müəyyən edilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, hüququ rəsmləşdirilən Cavabdeh məxsus ünvan 6 ünvanında 181.2 kv metr dövlət torpağı üzərində istifadə hüququ ilə rəsmləşdirilmiş üzərində xüsusi mülkiyyət növü olan 144.2 kv m (70.9 kv m yaşayış sahəsi, 73.3 kv m yardımçı sahəsi) fərdi yaşayış evinin olduğu əmlak mövcuddur. I. (AR VM-mad. 198) Fiziki şəxslər xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə cədvəldə (198-ci maddəsində qeyd edilən) göstərilən dərəcələr tətbiq olunur. Cavabdeh məxsus əmlakın ümumi sahəsinin 144.2 kv m olmasını və 30 kv metrin vergi məcəlləsi əsasında güzəşt edildiyini, o cümlədən hər kvadrat metrə görə 0.2 manat vergi tutulmasını nəzərə almaqla ( (144.2-30)x0.2=22 manat 84 qəpik) sonuncunun qeyd edilən əmlak üzrə illik vergisinin 22 manat 84 qəpik olması müəyyən edilmişdir. II. Cavabdeh tərəf etirazında verginin yalnız yaşayış sahəsi üzrə 30 kvadrat metr güzəşt olunmaqla vergiyə cəlb olunmalı olduğunu bildirsə də, Azərbaycan Respublikası VM-nin 198-ci maddəsinində güzəşt sahəsinin yalnız yaşayış sahəsinə aid olması və vergitutmanın obyekti qismində isə əmlakın ümumi sahəsi qeyd edildiyindən etirazda göstərmiş olduğu əsaslar qanuni və əsaslı hesab edilməməlidir. III.Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. (AR VM-205) AR VM-nin 206.3-cü maddəsinə əsasən X1 istifadəsində olan torpağın Şirvan şəhərində yerləşdiyini nəzərə alaraq , torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 0.3 dərəcə müəyyən edilmişdir. Yuxarıda qeyd edilən çıxarışdan görünür ki, X1 istifadəsində olan torpağın sahəsi 181.2 kv metrdir. Odur ki, X1 həmin torpaq üzərində olan illik torpaq vergisi ( 0.3:100=0.003 dərəcə, 0.003 dərəcə hər kvadrat metrə görə hesablanır. 181.2x0.003=0.54 qəpik) 0.54 qəpik müəyyyən edilmişdir. İddiaçının nümayəndəsi AR VM-nin 59.1-ci maddəsinə əsasən vergi məbləğinin 0.1 % məbləğində faiz tutulması əsasını gətirərək faiz məbləği qismində ilkin olaraq iddia ərizəsində 98 manat 08 qəpik, iddia ərizəsinə edilmiş dəqiqləşdirmə ilə 33 manat 37 qəpik məbləğində cavabdehdən maliyyə sanksiyası tələb etmişdir. Məhkəmə qeyd olunan xüsusatla bağlı hesab edir ki, bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər (AR VM-200.4.) Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15dək və noyabrın 15-dək ödənilir. (AR-200.5) Hər bir tərəf öz iddiasının və etirazısının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Məhkəmənin hazırlıq dövründə bələdiyyə nümayəndəsi tədiyyə bildirişini vergi subyektinə verməsinə dair heç bir sənəd təqdim etməmişdir və həmin xüsusatın təsdiqini cavabdeh tərəf dəfələrlə tələb etsə də iddiaçı tərəf tədiyyə bildirişinin göndərilməsini təsdiqləyən sübutlar təqdim edilməsinə dair müvafiq rəsmi sənədi verməkdən imtina etmişlər. Verginin tutulması forması kimi- Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən vergi ödənilir)(AR -5.0.3.). Qeyd olunan xüsusatlardan və məhkəmənin istinad etdiyi vergi qanunvericiliyindən də görünür ki, şəxsdən verginin tutulması formasına dair tələblər düzgün icra edilməmiş, yəni istər verginin hesablanması, istərsə də tədiyyə bildirişi verilmədən sonuncu barəsində maliyyə sanksiyaları tətbiq edilmişdir. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Fiziki və hüquqi şəxslərin vergilərə aid normativ hüquqi aktlarla azad tanış olmaq imkanı təmin edilməlidir. (AR VN-3-cü maddə) Məhkəmə hesab edir ki, Vergilərin müəyyən edilməsinin və tutulmasının əsaslarına dair vergi subyektinin hüquqları pozulduğundan iddiaçının cavabdeh barəsində maliyyə sanksiyalarının tətbiq edilməsinə dair iddia hissəsində iddia təmin eilməməlidir. Məhkəmənin hazırlıq iclası zamanı iddiaçı iddiaya əlavə olaraq verdiyi ərizədə Cavabdeh 11 fevral 2025-ci il tarixə olan 1 illik əmlak vergisinin 71 manat 70 qəpik və torpaq vergisinin 12 manat 15 qəpik olduğunu bildirmişdir. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər (AR VM-200.4.) Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. (AR-200.5) Odur ki, cari ilin vergisi 2025-ci ilin 15 avqust tarixindən etibarən ödənilməli olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. İddiaçı Şirvan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiayə əlavə edilməsi barədə ərizə təqdim etsə də, məhkəmə işin məhkəmə baxışında olmasını əsas gətitərərək iddia ərizəsinə əlavəni qəbul etməkdən imtina etmişdir. Həmçinin İddia ərizəsinə əlavə edilməsini məhkəmə baxışında verilməsinə səbəb olacaq hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh 2022,2023 və 2024-cü il tarixlərdə əmlak və torpaq vergisini ödəmədiyini bildirmişdir. Beləliklə məhkəmə Vergi Məcəlləsinin müddüalarını rəhbər tutumaqla müəyyən etmişdir ki, Cavabdeh məxsus ünvan 5 ünvanında 290,3 kv metr dövlət torpağı üzərində istifadə hüququ ilə rəsmləşdirilmiş üzərində xüsusi mülkiyyət növü olan xidmət təyinatlı 244,3 kv m qeyri-yaşayış binası üzrə və ünvan 6 ünvanında 181.2 kv metr dövlət torpağı üzərində istifadə hüququ ilə rəsmləşdirilmiş üzərində xüsusi mülkiyyət növü olan 144.2 kv m (70.9 kv m yaşayış sahəsi, 73.3 kv m yardımçı sahəsi) fərdi yaşayış evi üzrə əmlak və torpaq vergisi illik olaraq ümumilikdə (22.84+48.86+11.61+0.54) 83 manat 85 qəpik təşkil edir. 2022,2023 və 2024-cü illər üzrə ümumilikdə əmlak və torpaq vergisi 251 manat 55 qəpik təşkil etmiş olacaqdır. Məhkəmə iclasında Cavabdeh müraciət edərək bildirmişdir ki, fərdi sahibkar kimi balansında amortizasiya olunması nəzərdə tutulmayan avtoyuma tikilisi varır. Vergitutma məqsədləri üçün amortizasiya olunması nəzərdə tutulmayan maddi aktivlərin siyahısı isə Vergi Məcəlləsinin 114.2-ci maddəsi ilə müəyyən olunmuşdur. Həmin maddəyə əsasən torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur. Beləliklə, əgər, aktiv amortizasiya oluna bilməyən – yəni, köhnəlməyə məruz qalmayan maddi aktivdirsə, o, vergitutma məqsədləri üçün əsas vəsait hesab olunmur. Lakin vergi ödəyicisi Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş və yuxarıda qeyd olunan siyahıda göstərilməyən istənilən aktivi amortizasiya ayırmalarına məruz qoya biləcəyindən, yəni həmin aktivlər xarakterinə görə amortizasiya edilməsi mümkün olan aktivlər olduğundan əsas vəsait hesab edilirlər. Odur ki, həmin xüsusat üzrə cavabdehin etirazı təmin edilməməlidir. Şirvan şəhər bələdiyyəsi iddia ərizəsinə əlavədə 2025-ci ilin fevral ayına olan torpaq və əmlak vergisini tələb etmiş olsa da, məhkəmə hesab edir ki, cari ilin yerli vergiləri həmin ilin avqust ayının 15-dən noyabr ayının 15-dək ödənilməli olduğundan həmin hissidə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Şirvan Bələdiyyəsinin icarə vergisi borcunun alınması barədə iddia ərizəsi qismən təmin olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ :

İddia qismən təmin edilsin. Cavabdeh 2022,2023 və 2024-cü il illər üzrə torpaq və əmlak vergisi olaraq 251 (iki yüz əlli bir manat) manat 0.55 (əlli beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı Şirvan Bələdiyyəsinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar