Məhkəmə qərarları › İş №2(032)-214/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-214/2023

07.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-214/2023 07.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətlə əlaqədar həmin dövrdən növbə rəisi, briqadir və ştat vahidi ləğv edildikdən sonrakı dövrlər üçün həmin vəzifə maaşları və orta aylıq əmək haqqının 80% yəni, ona ödəniləsi məbləğin düzgün hesablanması və aradakı ödənilməyən fərqin cavabdeh tərəfindən ödənilməsitələbi barədə iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətlə əlaqədar həmin dövrdən növbə rəisi, briqadir və ştat vahidi ləğv edildikdən sonrakı dövrlər üçün həmin vəzifə maaşları və orta aylıq əmək haqqının 80% yəni, ona ödəniləsi məbləğin düzgün hesablanması və aradakı ödənilməyən fərqin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü ildən "xxxx" MMC X24 Zavodunda müxtəlif vəzifələrdə işləmişdir. Sonuncu vəzifəsi işəgötürən "xxxx" MMC X24 Zavodunun xx.xx.2014-cü il tarixli 106/K saylı əmrinə əsasən aralarında bağlanılmış xx.xx.2014-cü il tarixli 74 nömrəli əmək müqaviləsinə əsasən “1 saylı briqadanın növbə ustası” olmuşdur. xx.xx.2014-cü ildə xidməti vəzifəsini yerinə yetirən zaman saat təxminən səhər 10.00 radələrində emal sexində xam pambığın emalı zamanı pambığı çiyiddən ayıran 4 saylı cin maşınında tıxac yarandığından yaxınlıqda olan növbə ustası olaraq cin maşınının “stop” düyməsini basıb, üstündəki qapağı açaraq dönər bıçağının boltunu bərkidən zaman maşının üstündə olan dönər bıçağı tam dayanmadığı üçün sağ əlim dönər bıçağı ilə sabit bıçaq arasında qalmış və bunun nəticəsində istehsalat qəzası almışdır. Başına gələn bədbəxt hadisədə cavabdehin təqsiri qanunvericiliyə uyğun tərtib olunmuş “istehsalatda baş vermiş bədbəxt hadisə haqqında AKT”la təsdiq olunur. TSEK-nın keçirdiyi ekspertizanın nəticəsinə əsasən o, istehslatda baş vermiş bədbəxt hadisə nəticəsində peşəkar əmək qabiliyyətinin 80% itirməklə İİ qrup əlil hesab olunmuşdur. xx.xx.2014cü ildə istehsalatda baş vermiş bədbəxt hadisədən dərhal sonra təcili tibbi yardım vasitəsi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının “travmatologiya” şöbəsinə gətirilmişdir. Orada həkim travmatoloq T.Hüseynov tərəfindən ilkin tibbi yardım göstərilərək “sağ əlin dağılması” diaqnozu ilə “BAKU CİTY HOSPİTALA” göndərilmişdir.“BAKU CİTY HOSPİTAL”-da həkim (cərrah) Fikrət Qafarov tərəfindən ilkin “sağ əlin yaralarının BCİ-si, İ-İV barmaqların güdülünün yaradılması” cərrahi əməliyyatı aparmışdır. xx.xx.2015-ci ildə təkrarən “BAKU CİTY HOSPİTAL”da həkim (cərrah) Fikrət Qafarov tərəfindən “İİİ barmağın amputasiyası, ovucun və biləyin səthi nekroz hissələrinin kəsilməsi” cərrahi əməliyyatı aparılmışdır. 10 gün sonra yəni, xx.xx.2015-ci ildə “BAKU CİTY HOSPİTAL”dan evə yazılmış, bundan sonrakı stasionar müalicələri Şirvan Şəhər Mərkəzi Xəstəxanasında və həkim (cərrah) Fikrət Qafarovun tövsiyəsi əsasında 10-12 gündən bir olmaqla Bakı şəhərinə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda davam etdirilmişdir. xx.xx.2015-ci ildə yenidən “BAKU CİTY HOSPİTAL”da həkim (cərrah) Fikrət Qafarov tərəfindən “vətərin bərpası ilə bağlı” əməliyyat olunmuş və bunun üçün 300 manat pul vəsaiti ödəmişdit. Aldığı stasionar və ambulator müalicələrdən sonrakı diaqnozu “sağ əlin ağır açıq travmasının cərrahi müalicəsindən sonrakı vəziyyət İ-İİİ və İV barmaqların tam, İİ barmağın orta falanqa səviyyəsində amputasiyadan sonrakı güdülləsi. İİ və V barmaqlrın açıcı-bükücü kontrakturası, biləyinin və barmaqların çoxsaylı çapıqları, bilək və barmaq sümüklərinin osteoparozu, əlin funksiyasının pozulmasıdır”. Hadisədən sonra işəgötürən tərəfindən “BAKU CİTY HOSPİTAL”-ın hesabına əməliyyat xərci kimi 2000 manat ödəniş edilmişdir. Bundan sonra müdiriyyət tərəfindən ona 400 və 370 manat məbləğində maddi yardım göstərilmişdir. Yerdə qalan bütün yataq, müalicə və müayinə xərcləri özü və ailəsi tərəfindən aparılmışdır. Belə ki, “BAKU CİTY HOSPİTAL” da hər gecəsi 70 manat olan yataq xərci 10 gün üçün cəmi 700 manat, daha sonra müalicə və xidmət xərcləri olan 2197,92 manat, 612,20 manat, 370 manat və 300 manat olmaqla xəstəxananın kassasına ödənişlər etmişdir. Bundan başqa, həkim (cərrah) Fikrət Qafarovun tövsiyəsi əsasında 10-12 gündən bir olmaqla Bakı şəhərinə 18 dəfə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinə və sarğıya getmişəm. Bu müayinə hər dəfə 100 manat olmaqla cəmi 1800 manat xərci çıxmışdır. Şirvan Şəhər Mərkəzi Xəstəxanasında xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilə qədər 549,63 manat, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilə qədər 312,61 manat, 112,70 manat, və 21,50 manat olmaqla cəmi 1000 manat xərci çıxmışdır. Ümumilkdə xx.xx.2015-ci ildən bəri xəsarət aldığı dövrdən mənə 5000 manat məbləğində maddi zərər dəymişdir, işəgötürən "xxxx" MMC X24 Zavodunun xx.xx.2015-ci il tarixli 71/K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü bəndinin 1-ci hissəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hazırda heç bir yerdə işləmir, başqa gəlir yeri yoxdur, müalicələri davam etdirilməli, protezləşmə aparılmalı, mütəmadi stasionar müalicələr aparılmalıdır. Bütün bunlar isə təbii ki, böyük maddi xərclər tələb edir və bunu etmək onun imkanı xaricindədir. Əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 300 manat olduğu halda, o, xx.xx.2015-ci ildən bu yana 2100 manat təşkil edərdi, lakin almış olduğu xəsarətdən dolayı həmin əmək haqqını itirmişdir. Ailəlidir və himayəsində 3 azyaşlı uşağı var, ailənin qazanc gətirəni odur və maddi imkansızlıqdan dolayı uşaqları məktəbə gedə bimir. Bütün xüsusatlar qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiqlənir. Bütün bunlarla yanaşı ona istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar təyin edilmiş müavinət son aylarda ödənilmədiyi üçün işəgötürənə, əmək müfəttişlyinə və s. orqanlara müraciət etmişdir. İşə götürən Əmək Müfəttişliyi tərəfindən inzibati qaydada cərimə olunsa da, müavinəti ödənilməmiş, mediasiya təşkilatına müraciəti də nəticəsiz qalmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətindədir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 01/021 nömrəli məktubda bildirilir: "xxxx" ASC –nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1704 nömrəli Fərmanına uyğun olaraq, "xxxx" MMC-ə məxsus X24 Zavodu "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 15 saylı əmrinə əsasən "xxxx" ASK MMC-yə təhvil verilmişdir. Bu vaxtadək istehsalatda xəsarət aldıqlarına görə hər ay zavodun əməkdaşlarından Fərid Həbibova 75.00 manat, Əli Seyfullayevə 140.00 manat və İddiaçı isə 280.0 manat olmaqla 495.00 manat müavinətin "xxxx" MMC tərəfindən verilməməsi səbəbindən yaranmış vəziyyət nəzərə alınaraq "xxxx" MMC tərəfindən ödənilmişdir. Hal-hazırda Cəmiyyətin fəaliyyətinin başa çatmasını, maliyyə imkanlarının tam tükəndiyini və onların X24 Zavodunda xəsarət almalarını nəzərə alaraq həmin müavinətlərin xx.xx.2022-ci il tarixindən hər ay olmaqla yuxarıda göstərilən əməkdaşlara verilməsi barədə göstəriş verməyinizi xahiş edirəm”."xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 03-AzP-2022-0294 nömrəli məktubda bildirilir: “....Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli təsdiq edilmiş Qərarını, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1665 nömrəli Fərmanını, nəzərə alaraq bildirmək istəyirik ki, "xxxx" MMC "xxxx" MMC-nin hüquqi varisi və ya törəmə müəssisəsi deyildir, "xxxx" MMC-dən Cəmiyyətimizə yalnız daşınar və daşınmaz əmlakların verilməsi qərara alınmışdır”.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Salyan Regional Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubunda bildirilir: “....Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1665 nömrəli Fərmanına uyğun olaraq, “Azərbaycan Sənaye Koorporasiyası ASC-nin xx.xx.2019-cu il tarixli 15 saylı əmrinə əsasən X24 Zavodu "xxxx" MMC-nin mülkiyyətindən alınaraq “Azərpambıq ASC-nin” mülkiyyətinə verilmişdir. Müvafiq sənədlərə əsasən məlum olur ki, hazırda “Azərpambıq ASC-nin tabeliyində fəaliyyət göstərən X24 Zavodunun müstəqil olaraq müəssisə statusu yoxdur və əvvəllər "xxxx" MMC-nin tabeliyində fəaliyyət göstərmiş X24 Zavodunun hüquqi varisliyini daşımır. “Azərpambıq ASC”-nin tabeliyinə X24 Zavodunun daşınar və daşınmaz əmlakı təhvil verilmişdir. Deməli, belə qənaətə gəlinir ki, X24 Zavodunun "xxxx" MMCnin mülkiyyətindən alınaraq “Azərpambıq ASC”-nin mülkiyyətinə verilməsinə baxmayaraq, həmin zavodda baş vermiş bədbəxt hadisələrlə bağlı əmək xəsarətlərinə görə ödənc almaq hüququ olan şəxslərə həmin ödənclərin verilməsi vəzifəsini müəssisə qismində "xxxx" MMC yerinə yetirməlidir. Əslində X1 tabeliyində olmadığı dövrlər üçün CTS AQRO” MMC müəssisə qismində əmək xəsarətinə görə ödənc almaq hüququna malik olan şəxslərə o cümlədən Sizə (aylıq 280.0 manat) cari ilin mart ayınadək müvafiq ödəncləri ödəməkdə davam etmişdir. Lakin cari ilin mart ayından etibarən həmin ödənclərin ödənişi həyata keçirilməmişdir. Müəssisə "xxxx" MMC bu hərəkətsizliyi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 2-ci hissəsinin tələblərini pozmuş, eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan əlavə, hal-hazırda müəssisənin strukturunda Sizin əmək xəsarəti aldığınız zaman işlədiyiniz peşə və ona uyğun peşə qrupları üzrə ştat vahidləri mövcud olmadığından əmək xəsarətinə görə ödəncin məbləği müəssisə üzrə otra aylıq əmək haqqından müəyyən edilərək hesablanmalıdır. (“İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə, vəya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının şərtlərinin və məbləğinin təsdiq edilməısi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli Qərarı 3.5-ci bəndinin 2-ci abzası”. Azərbaycan Respublikası ƏƏSMN Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş müəssisənin işçilərinin əmək haqları barədə məlumatlarla müqayisədə bəlli olmuşdur ki, Sizə verilən ödəncin məbləği qanunvericiliklə nəzərdə tutulduğundan yəni, müəssisə üzrə orta aylıq əmək haqqından az hesablanmışdır. Bu halda, başqa bir hüquq pozuntusu tərəfindən müəssisə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Yuxarıda göstərilə hüquq pozuntularına görə "xxxx" MMC-nin baş direktor əvəzi X13 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində həmin maddəyə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 0166 nömrəli məktubunda bildirilir: Sizin "xxxx" MMC ünvanladığınız əmək xəsarətinə görə ödəncin verilməsi ilə bağlı şikayət ərizənizlə bağlı xx.xx.2022-ci il tarixli 065 saylı məktubla "xxxx" MMC X24 Zavoduna sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq X24 Zavodu xx.xx.2022-ci il tarixli 0312 Azp 20220253 saylı məktubunda rəsmi qaydada bildirmişdir ki, 2014-cü ildə Siz növbə rəisi işlədiyiniz dövrdə əmək haqqınız 300.00 manat olduğu zaman aldığınız istehsalat xəsarətinə görə əmək qabiliyyətinin 80% itirilməsini DSMF təsdiq edərək Sizə 240.00 məbləğində müavinət təyin edilmişdir.2021-ci ildə növbə rəisinin aylıq əmək haqqısı 350.00 manat olduğu üçün aylıq ödəniləcək müəavinət 350.00 x 80% = 280.00 manat ödənilməsi təsdiq edilmişdir. xx.xx.2022-ci il 0312 Azp 20220253 "xxxx" MMC X24 Zavodunun rəhbərliyi xx.xx.2022-ci il tarixli 065 saylı məktubuna cavab olaraq bildirir ki, 2012-ci ildə "xxxx" MMC-nin X24 Zavodu filialında xəsarət almış Fuad Həbibov DSMFnin təyin etdiyi əlillik dərəcəsinə görə əmək qabiliyyətinin 25% itirilməsini nəzərə alaraq həmin dövr üçün 250.00 manatın 25% olaraq 62.50 manat ödənilməsni təsdiq etmişdir. Lakin 2022-ci ilin uyun ayında minimum əmək haqqı 300.00 manat olduğunda 75.00 manat olmuşdur. 2014-cü ildə İddiaçı növbə rəisi işlədiyi dövrdə əmək haqqı 300.00 manat olduğu zaman aldığı istehsalat xəsarətinə görə əmək qabiliyyətinin 80% itirilməsini DSMF təsdiq edərək ona aylıq 240.00 manat müavinət təyin etmişdir. 2021-ci ildən növbə rəsilərinin aylıq maaşları 350.00 manat olduğu üçün aylıq ödəniləcək məbləğ 350.00 x 80% = 280.00 manat olmasını təsdiq etmişdir. Hazırda "xxxx" MMC də növbə rəisi vəzifəsi ştatı ləğv edilərək “briqadir” vəzifəsi ilə əvəz edilmiş və aylıq vəzifə maaşı 300.00 manat olmuşdur. Seyfiyev Əli “Şaq” firması zamanında xəsarət almış və "xxxx" MMC onun varisi olduğu üçün qanunvericiliyə əsasən ona aylıq DSMF təfəfindən təyin edilmiş 140.00 manat ödəniş təyin edilmişdir.xx.xx.2022-ci il tarixli 0172 nömrəli məktubda bildirilir: X24 Zavodu tərəfindən "xxxx" MMC-nin elektron ünvanına daxil olmuş xx.xx.2022-ci il tarixli MŞS 10095 nömrəli bildirişinə cavab olaraq bildirik ki, orada mübahisə üzrə qeyd olunmuş cavabdeh düzgün müəyyən edilməmişdir. Belə ki, Sizin tərəfinizdən cavabdeh qismində qeyd olunmuş X3 X24 Zavodu 2018-ci ilin may ayından yəni "xxxx" MMC yaranan tarixdən etibarən həmin zavodda çalışan işçiləri ilə birlikdə "xxxx" MMC-nin tərkibindən çıxarılaraq "xxxx" MMC-nin tərkibinə keçmişdir və hazırda "xxxx" MMC-nin tabeliyində fəaliyyət göstərir. Belə olan halda bütün işçiləri ilə birlikdə "xxxx" MMC-nin tərkibində fəaliyyət göstərən X24 Zavodu hər hansı bir orqan o cümlədən məhkəmə orqanı qarşısında tabeliyində olduğu "xxxx" MMC-nin əvəzinə hüquqi təmsilçi ola bilməz. Bu mübahisə ilə bağlı cavabdeh qismində X24 Zavodu yox, onun tabe olduğu "xxxx" MMC işə cavabdeh qismində cəlb edilməlidir. Ona görə mediasiya təklifi bildirişi hazırlayıb tərəflərə göndərməmişdən öncə mübahisə üzrə əsl cavabdehin müəyyən edilməsi vacibdir. Əvvəllər işlədiyi vəzifə maaşı qaldxığı halda, əmək haqqı düzgün hesablanmamış, bundan başqa, minimum əmək haqqı ilə bağlı əmək haqqı düzgün ödənilməmişdir. Həmin vəzifədə hazırda işləyən şəxs 500.00 manatdan artıq əmək haqqı aldığı halda, ona bu ödəniş ödənilməmişdir. İddiaçı və vəkili məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “X16 Kompleksi” MMC-nin nümayəndəsi X6 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli təsdiq edilmiş qərarı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin üçüncü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarının 1.1 -ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli təsdiq edilmiş qərarının 3.10-cu və 3.11 -ci bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir, zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir.Bundan əlavə istehsalatda xəsarət alan şəxs İddiaçı "xxxx" MMC-də əmək fəaliyyətləri olmamışdır. Məhkəmə iclasının sonrakı gedişatı zamanı iddiaçı ərizə təqdim edərək “X16 Kompleksi” MMCni əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin müvafiq qərarı ilə "xxxx" MMC əsl cavabdeh qismində işə cəlb edilmiş, “X16 Kompleksi” MMC-nin cavabdeh qismində işdə iştirakına xitam verilmişdir. Cavabdeh "xxxx" MMC məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, X24 Zavodu xx.xx.2022-ci il tarixli 03-12-AzP-2022-0253 saylı məktubunda rəsmi qaydada bildirmişdir ki, 2014-cü ildə İddiaçı növbə rəisi işlədiyi dövrdə əmək haqqı 300 manat olduğu zaman aldığı istehsalat xəsarətinə görə əmək qabiliyyətinin 80%-nin itirilməsini DSMF təsdiq edərək iddiaçıya 240 manat müavinət təyin edilmişdir. 2021-ci ildən növbə rəisinin aylıq əmək haqqısı 350 manat olduğu üçün aylıq ödəniləcək müavinət (350x80%)=280 manat olaraq ödənilməsi təsdiq edilmişdir. Bu günədək “X16 Kompleksi” MMC-in tabelyində fəaliyyət göstərən X24 Zavodunun məsul işçisi tərəfindən hesablanmış və təsdiq olunmuş həmin 280 manat məbləğində olan əmək xəsarətinə görə müavinəti "xxxx" MMC tərəfindən İddiaçı müntəzəm qaydada ödənilir. Həmin müavinətin qanuna müvafiq qaydada hesablanmasına dair məsuliyyət isə “X16 Kompleksi” MMC-in tabeliyində fəaliyyət göstərən X24 Zavodunun məsul işçisinin üzərində qalır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixdə məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ, o cümlədən "xxxx" MMC-nin həmin banka olan problemli borcu üzrə tələb hüquqları "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına ötürülmüşdür. Bundan sonra "xxxx" QSC tərəfindən "xxxx" MMC yə qarşı göstərilən borcla bağlı məhkəmədə iddia qaldırılmış və Azərbaycan Respublikası Şirvan İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(86)-673/2016 saylı qətnaməsi ilə iddia təmin olunaraq borc tələbi əmlaklarına yönəldilmiş, həmin əmlaklar üzərinə həbs qoyularaq məhkəmə qərarının icrası ilə bağlı "xxxx" MMC-nin əmlakları "xxxx" QSC-nin mülkiyyətinə götürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanının icrasını təmin edilməsi məqsədilə Azərbaycan Sənaye Korporasiyası (ASK) və "xxxx" QSC-nin nümayəndələri ilə birgə yaradılmış komissiyanın təhvil-təslimlə bağlı xx.xx.2018-ci il tarixli 14 saylı iclas protokolundan Çıxarışa əsasən, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktın və Azərbaycan Sənaye Korporasiyasının (ASK) xx.xx.2019-cu il tarixli Əmrinə uyğun olaraq "xxxx" QSC-dən təhvil alınmış əmlaklar, o cümlədən X24 Zavodu, ASK-nın təsisçiliyi ilə yaradılmış onun törəmə müəssisələrinin balansına təhvil verilmişdir. Hal-hazırda” "xxxx" MMC-nin "xxxx" QSC-yə məhkəmə qərarı üzrə borc qalığı 177.156.462,32 manat təşkil edir və müəssisə fəaliyyət göstərmədiyindən, ödəniş qabiliyyətli olmadığından, hesabına vergi orqanı tərəfindən sərəncam qoyulduğundan, müəssisənin pul vəsaiti və əmlakı mövcud olmadığından, həm "xxxx" QSC qarşısında, həm də digər şəxslər qarşısında olan öhdəliklərini icra edə bilmir. Cəmiyyətə məxsus bütün yerli zavod və tədarük məntəqələri “X5” ASC-nin təsis etdiyi "xxxx" MMC-yə təhvil verildikdən sonra 2019-cu ildən etibarən heç bir istehsalat fəaliyyəti ilə məşğul olmamış və Cəmiyyətin hesabına bu fəaliyyətdən heç bir vəsait daxil olmamışdır. Hazırda "xxxx" MMC-nin fəaliyyəti təhviltəslim işləri ilə məhdudlaşdırılmışdır və təhvil-təslim işləri başa çatdırıldıqdan sonra müəssisənin ləğv edilməsi həyata keçinləcəkdir. İddiaçı işlədiyi X24 Zavodu, yəni “X16 Kompleksi” MMC yaranan tarixdən etibarən, ASK-nın müvafiq əmrləri əsasında həmin zavodda çalışan işçiləri ilə birlikdə "xxxx" MMC-nin tərkibindən çıxarılaraq “X16 Kompleksi” MMC-nin tərkibinə keçirilmişdir. Odur ki, mülki işin nümayəndənin iştirakı olmadan keçirilməsini və bu iddia üzrə əsl cavabdeh kimi cəlb olunan “X16 Kompleksi” MMC tərəfindən təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respubliaksı MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və vəkilinin izahatını dinləyib, cavabdehin mövqeyini araşdırıb, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 065 nömrəli məktubunda göstərilmişdir ki, vaxtı ilə Cəmiyyətin tabeçiliyində olarkən X24 Zavodunda bədbəxt hadisə nəticəsində xəsarət alan İddiaçı 280 manat, Fuad Həbibova 75 manat və Əli Seyfiyevə isə hər ay 140 manat müavinət verilir. “X16 Kompleksi” MMC X24 Zavodunun xx.xx.2022-ci il tarixli 03-12-AzP-2022-0253 nömrli məktubunda göstərilmişdir ki, "xxxx" MMC X24 zavodu Filialının rəhbərliyi xx.xx.2022-ci il tarixli 065 saylı məktubuna cavab olaraq bildirir ki, 2012-ci ildə "xxxx" MMC-nin X24 Zavodu Filialında xəsarət almış Həbibov Fuad DSMF-nin təyin etdiyi əlillik dərəcəsinə görə əmək qabiliyyətinin 25%-nin itirilməsini nəzərə alaraq həmin dövr üçün 250,00 manatın 25%-i olaraq 62,50 manat ödənilməsini təsdiq etmişdir. Lakin 2022-ci ilin iyun ayında minimum əmək haqqı 300,00 manat olduğundan 75,00 manat olmuşdur. 2014-cü ildə İddiaçı növbə rəisi işlədiyi dövrdə əmək haqqı 300,00 manat olduğu zaman aldığı istehsalat xəsarətinə görə əmək qabiliyyətinin 80%-nin itirilməsini DSMF təsdiq edərək ona aylıq 240,00 manat müavinət təyin etmişdir. 2021-ci ildən növbə rəislərinin aylıq maaşı 350,00 manat olduğu üçün aylıq ödəniləcək müavinət (350,00 x80%)=280,00 manat olaraq ödənilməsi təsdiq edilmişdir. Hal-hazırda "xxxx" MMC-də növbə rəisi vəzifəsi ləğv edilərək briqadir vəzifəsi ilə əvəz edilmiş və aylıq vəzifə maaşı 300,00 manat olmuşdur. Seyfiyev Əli “Şaq” firması zamanında xəsarət almış və "xxxx" MMC onun varisi olduğu üçiin qanunvericiliyə əsasən ona aylıq DSMF tərəfindən təyin edilmiş 140,00 manat aylıq ödəniş təyin edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 01/72 nömrəli məktubunda göstərilmişdir ki, X3 X24 Zavodu 2018-ci ilin may ayından, yəni “X16 Kompleksi" MMC yaranan tarixdən etibarən, həmin zavodda çalışan işçiləri ilə birlikdə "xxxx" MMC-nin tərkibindən çıxarılaraq “X16 kompleksi” MMC-nin tərkibinə keçmişdir və hazırda “X16 kompleksi” MMC-nin tabeliyində fəaliyyət göstərir. Belə olan halda, bütün işçiləri ilə birlikdə “X16 Kompleksi” MMC-nin tərkibində fəaliyyət göstərən X24 Zavodu hər hansı bir orqan, o cümlədən məhkəmə orqanı,qarşısında tabeliyində olduğu “X16 Kompleksi” MMC-nin əvəzinə hüquqi təmsilçi ola bilməz. Bu mübahisə ilə bağlı cavabdeh qismində X24 Zavodu yox, onun tabe olduğu hüquqi şəxs "X18 Kompleksi” MMC-i cəlb edilməlidir. Ona görə, mediasiya təklifini və bildirişi hazırlayıb tərəflərə göndərilməmişdən öncə mübahisə üzrə əsl cavabdehin müəyyən edilməsini vacibdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Salyan Regional Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, 22/30280493 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2014-cü il tarixdə əmək vəzifəsini yerinə yetirərkən "xxxx" MMC-nin X24 Zavodunda müəssisənin təqsiri üzündən əmək xəsarəti almış, bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini 80%-ni itirmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1665 nömrəli Fərmanına uyğun olaraq, “Azərbaycan Sənaye Koorporasiyası ASC-nin xx.xx.2019-cu il tarixli 15 saylı əmrinə əsasən X24 Zavodu "xxxx" MMCnin mülkiyyətindən alınaraq “Azərpambıq ASC-nin” mülkiyyətinə verilmişdir. Müvafiq sənədlərə əsasən məlum olur ki, hazırda “Azərpambıq ASC-nin tabeliyində fəaliyyət göstərən X24 Zavodunun müstəqil olaraq müəssisə statusu yoxdur və əvvəllər "xxxx" MMC-nin tabeliyində fəaliyyət göstərmiş X24 Zavodunun hüquqi varisliyini daşımır. “Azərpambıq ASC”-nin tabeliyinə X24 Zavodunun daşınar və daşınmaz əmlakı təhvil verilmişdir. Deməli, belə qənaətə gəlinir ki, X24 Zavodunun "xxxx" MMC-nin mülkiyyətindən alınaraq “Azərpambıq ASC”nin mülkiyyətinə verilməsinə baxmayaraq, həmin zavodda baş vermiş bədbəxt hadisələrlə bağlı əmək xəsarətlərinə görə ödənc almaq hüququ olan şəxslərə həmin ödənclərin verilməsi vəzifəsini müəssisə qismində "xxxx" MMC yerinə yetirməlidir. Əslində X1 tabeliyində olmadığı dövrlər üçün CTS AQRO” MMC müəssisə qismində əmək xəsarətinə görə ödənc almaq hüququna malik olan şəxslərə o cümlədən Sizə (aylıq 280.0 manat) cari ilin mart ayınadək müvafiq ödəncləri ödəməkdə davam etmişdir. Lakin cari ilin mart ayından etibarən həmin ödənclərin ödənişi həyata keçirilməmişdir. Müəssisə "xxxx" MMC bu hərəkətsizliyi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 2-ci hissəsinin tələblərini pozmuş, eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 01/21 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanına uyğun olaraq "xxxx" MMC-yə məxsus X24 Zavodu "xxxx" ASC-nin 04 mart 2019-cu il tarixli 15 saylı əmrinə əsasən "xxxx" MMC-yə təhvil verilmişdir. Bu vaxtadək istehsalatda xəsarət aldıqlarına görə hər ay zavodun əməkdaşlarından Fuad Həbibova 75 manat, Əli Seyfullayevə 140 manat və İddiaçı isə 280 manat olmaqla cəmi 495 manat müvainətin "xxxx" MMC tərəfindən verilməməsi səbəbindən yaranmış vəziyyət nəzərə alınaraq "xxxx" MMC tərəfindən ödənilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-673/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qıətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" QSC-nin "xxxx" MMC-yə qarşı kredit üzrə borcun tutulması tələbinə dair iddiası təmin edilmiş, borc tələbi cavabdehə məxsus əmlaklara (o cümlədən Şirvan şəhəri, Şirvan-Salyan yolunun 5-ci km yerləşən 8,3369 ha torpaq sahəsi və onun üzərində yerləşən cavabdehə məxsus əmlak kompleksi kimi müəssisə və həmin müəssisəyə aid olan cavabdehə məxsus nəqliyyat vasitə və texnikaya yönəldilmişdir. "xxxx" ASC-nin və "xxxx" QSC-nin nümayəndələri ilə birgə yaradılmış Təhvil-Təslim Komissiyasının xx.xx.2018-ci il tarixli, 14 nömrəli protokoldan çıxarışın surətindən görünür ki, "xxxx" QSC-nin mülkiyyətində olan Şirvan-Salyan yolunun 5-ci km yerləşən ümumi sahəsi 9139 kv m olan əmlak kompleksi kimi müəssisə "xxxx" ASC-nin mülkiyyətinə verilməsi təsdiq edilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında nikah Şirvan şəhər Qeydiyyat Şöbəsində xx.xx.2009-cu ildə 107 nömrə ilə qeydə alınmışdır, X4 nikaha daxil olaraq “Ələsgərova” soyadını qəbul etmişdir. İddiaçının xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2012-ci il təvəllüdlü X9 adlı uşaqları var. Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(032)-1600/2016 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx"MMC-yə qarşı sağlamlığa vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 8600 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(106)-2926/2017 saylı qətnaməsi ilə İddiaçı şikayəti təmin edilməmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 01/036 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı "xxxx" MMC-nin X19 operator peşəsində işlədiyi dövrdə istehsalat xəsarəti aldığına görə "xxxx" MMC tərəfindən hər ay 280 manat məbləğində müavinət alır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" MMC xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Adıçəkilən hüquqi şəxsin sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları hazırda aktiv vəziyyətdədir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 2014-cü ildə İddiaçı növbə rəisi işlədiyi dövrdə əmək haqqı 300,00 manat olduğu zaman aldığı istehsalat xəsarətinə görə əmək qabiliyyətinin 80%-nin itirilməsini DSMF təsdiq edərək ona aylıq 240,00 manat müavinət təyin etmişdir. 2021-ci ildən növbə rəisinin aylıq maaşı 350,00 manat olduğu üçün aylıq ödəniləcək müavinət (350,00 x80%)=280,00 manat olaraq ödənilməsi təsdiq edilmişdir. Bu günədək “X16 Kompleksi” MMC-nin tabeliyində fəaliyyət göstərən X24 Zavodunun məsul işçisi tərəfindən hesablanmış və təsdiq ounmuş həmin 280 manat məbləğində olan əmək xəsarətinə görə müavinəti "xxxx" MMC-in əvəzinə İddiaçı 2014-cü ildən bu günədək ödənilir. Həmin müavinatın qanuna müvafiq qaydada hesablanmasına dair məsuliyyət isə “X16 Kompleksi” MMC-in tabeliyində fəaliyyət göstərən X24 Zavodunun məsul işçisinin üzərində qalır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “X16 Kompleksi” MMC tərəfindən İddiaçı adına “Əmək və Məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş 1 saylı X2 01 iyun 2023-cü il tarixli qarşılıqlı yoxlama aktından görünür ki, “X16 Kompleksi” MMC-nin X24 Zavodun filialı 2019-cu ilin mart ayından hal-hazıradək fəaliyyət göstərir. Pambıq emalı sahəsi mövsümü xarakter daşıyır və bu sahədə hal-hazırda növbə rəisi vəzifəsi briqadir vəzifəsi ilə əvəz edilmiş və aylıq vəzifə əmək haqqısı 350 manat təyin edilmişdir. xx.xx.2023-cü il tarixli ABB İddiaçı hesabından çıxarışdan müəyyən olunur ki, "xxxx" MMC tərəfindən mütəmadi olaraq, ona aylıq 280 manat müavinətlər köçürülmüş, sonuncu ödənişlər xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərində hər dəfə 280 manat olmaqla müavinət köçürülmüşdür. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir. 63.1-ci maddəsinə əsasən əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. 63.2-ci maddəsinə əsasən hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239.2-ci maddəsinə əsasən İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olunmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 09 yanvar 200-cü il tarixli, 3 nömrəli qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. 2.3-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). 3.2-ci bəndinə əsasən zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər aşağıdakı vaxtdan verilir:zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən;işçinin vəfatı ilə əlaqədar olaraq zərərin ödənilən miqdarını almaq hüququna malik olan şəxslərə – mərhumun vəfat etdiyi gündən, lakin zərərin ödənilən məbləğini almaq hüququnu əldə etdiyi gündən tez olmayaraq. 3.3-cü bəndinə əsasən Zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır. Zərərçəkənə peşə xəstəliyinə tutulduqda, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin işlədiyi peşə (vəzifə) üzrə əmək fəaliyyətinin dayandırıldığı və ya peşə xəstəliyinin təsdiq edildiyindən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Əmək xəsarəti nəticəsində zərərçəkən vəfat etdikdə, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı işçinin ölümündən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. 3.4-cü bəndinə əsasən İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı müəyyən edilərkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarının İ nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir. Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin əmək haqqında onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun aylıq əmək haqqı müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu aylar üzrə əmək haqqı nəzərə alınır. 18 yaşına çatmamış zərərçəkənin aylıq ödəncinin miqdarı minimum əmək haqqının beş mislindən az ola bilməz. 3.5-ci bəndinə əsasən İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında” qaydaların 2.1-ci bəndinə əsasən bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Məhkəmənin iş ilə əlaqədar mövqeyi və əsaslandığı hallar: İlk öncə məhkəmə iddiaçının ərizəsi əsasında sonradan əsl cavabdeh qismində işə cəlb edilmiş "xxxx" MMC-nin etirazına münasibətdə qeyd etməyi vacib bilir ki, qüvvədə olan mülki və əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarına istinadən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətlə əlaqədar şəxsə müvafiq müavinətin verilməsinə məhz həmin hadisənin baş verməsində təqsirli sayılan müəssisə-işəgötürən məsuldur. Hazırki iş üzrə cavabdeh maddi öhdəlikləri ilə əlaqədar başqa hüquqi şəxsə öz mülkiyyətində olan əmlakları və müstəqil hüquqi statusa malik olmayan sexi verməklə üzərində olan öhdəlik və vəzifələrin də bu yolla ona ötürülməsini iddia etməkdə haqsızdır. Belə ki, mülki qanunvericilik bir hüquqi şəxsin ləğv edilməsi, hüquqi varisliyi, yenidən təşkili, müflis olması kimi bütün mərhələlərdə onun öhdəliklərin də hüquqi müqəddəratını tam əhatəli müəyyən etmişdir. və bu müəyyənlik bizə tam əsasla belə nəticəyə gəlməyə imkan verir ki, bir hüquqi şəxsin bütün öhdəlik və hüquqları yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) zamanı hüquqi varislik qaydasında, ləğvi və müflis olması zamanı isə növbəlilik əsasında ödənilir. Yəni cavabdehin bildirdiyi kimi hüquqi şəxsin ləğv edilmədən və ya müflis olmadan, tam fəaliyyət göstərdiyi təqdirdə başqa şəxs və ya şəxslər qarşısında maddi öhdəliklərinin icra edilməməsi səbəbindən onların balansına əmlak, müəssisə verməsi onun öhdəliklərinin də sonunculara keçməsi isə qanunla nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçı - xəsarət aldığı və buna görə də məsuliyyət daşıyan işəgötürən müəssisəyə yəni - "xxxx" MMC-yə öz tələbini yönəltməsində haqlıdır. O ki, qaldı hazırki mübahisənin predmetinə iddia faktiki olaraq iki tələbdən ibarətdir 1. iddiaçının müavinətinin düzgün hesablanmaması və 2. mövcud fərqin cavabdeh tərəfindən ona ödənilməsi tələbi. Məhkəmə araşdırması zamanı sorğulanaraq alınan rəsmi məlumatlara istinadən belə müəyyən olundu ki, iddiaçıya 2014-cü ildən 2021-ci ilin mart ayınadək ödənilən müavinət orta aylıq əmək haqqı və buna uyğun da vəzifə maaşı artdıqca ((300,00 x80%)=240,00 manat 2021ci ildən sonra (350,00 x80%)=280,00 manat) düzgün hesablanmış və nəticə etibarı ilə, ortada hər hansı fərq də mövcud deyil. Belə olan təqdirdə isə iddiaçının göstərilən tələbi təmin edilə bilməz. Hazırda isə iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunan mədaxil orderindən isə məlum olur ki, hazırki zamanadək cavabdeh təşkilat iddiaçıya borclu olduğu müavinəti ödəməkdə davam edir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ : İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətlə əlaqədar həmin dövrdən növbə rəisi, briqadir və ştat vahidi ləğv edildikdən sonrakı dövrlər üçün həmin vəzifə maaşları və orta aylıq əmək haqqının 80% yəni, ona ödəniləsi məbləğin düzgün hesablanması və aradakı ödənilməyən fərqin cavabdeh tərəfindən ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar