Məhkəmə qərarları › İş №2(032)-220/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-220/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-220/2024 20.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5797 manat pulun və tərəfindən ödənilmiş 78 manat məbləğində dövlət rüsumunun, cəmi 5875 manat pulun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhərində xırda ticarətlə məşğul olur. Cavabdeh onunla çox yaxın münasibətdə olan X6 və Qurbanǝliyev Bayramǝli Cavad oğluna görə tanımışdır. xx.xx.2022-ci il tarixdə Nicat və Bayramǝli Cavabdehla Mingəçevir şəhərinə gələrək onlara yaxın olan Cavabdeh 10.000 manat pul lazım olduğunu və bir həftəyə kimi qaytarmaq şərti ilə lazım olduğunu bildirdilər. Onlara pulun həddindən artıq çox məbləğ olduğunu və həmin şəxsi yaxından heç tanımadığını bildirərək etiraz etdi. xx.xx.2022-ci il tarixdə yenidən Nicat Bayramov və Elnur gecə saat 22:30 radələrində Mingəçevir şəhərində 1941-1945 adlanan parkda onunla görüşərək və bu gecə 10.000 manatın cavabdeh Elnura təcili lazım olduğun bildirdilər. Onunla çox yaxın münasibətdə olan Nicat və Bayraməlidən cavabdeh Elnura borc pulu verməkdə şahid, vasitəçi (vacib) niyə bu qədər çalışdıqlarını soruşduqda, onlar Cavabdeh həyat yoldaşının müalicə və əməliyyat olunmasını bildirdilər. Məqsədləri isə bir hərbiçi yoldaşına, yəni Elnura kömək və dəstək olmaq üçündür. Cavabdeh da onların yanında ona alacağı olan 10.000 manatın müəyyən qismini banka olan kredit borcunu bağlayıb uzağı bir həftəyə qədər yenidən başqa bankdan yüksək məbləğdə kredit götürəcək, ona olan borcunu tam olaraq ödeyəcəyini bildirdi. Cavabdeh Elnura bildirdi ki, səhər Asan Xidmət Mərkəzində aralarında borc müqaviləsi bağlayaraq verəcəyini dedi. Lakin onlar cavabdeh Elnurun bu gecə Bakı şəhərinə gedəcəyini və səhər tezdən əməliyyat üçün dərman alacağını bildirdilər. Həm də cavabdeh Elnurun hal-hazırda çətin maddi vəziyyətdə olmasını və əlavə olaraq Asan Xidmət Mərkəzinə rüsum olaraq 250 manata yaxın pul ödəmək üçün pul lazım olduğunu bildirdilər. Beləliklə, Nicat İsmayılov və Bayraməli Qurbanəliyevin vasitəçiliyi, şahidliyi ilə Cavabdeh ilə əlyazma şəklində borc müqaviləsi bağladılar. Cavabdeh özünə məxsus olan 6768 6771 7826 8482 saylı “Kapital Bank” kartını ona verǝrǝk asan olsun deyə pulu ordan çıxarıb götürsün deyə razılaşdılar. Cavabdeh ona olan 10.000 manat borcunu bir ay müddətinə qədər tam ödəməsə də, verdiyi kartdan hissə-hissə 4.203 manat pul çıxartmışdır. xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində cavabdeh onunla görüşərək iş yoldaşı X5 şahidliyi ilə borcunun qalan hissəsini, yəni 5797 manat pulu iki aya qədər qaytaracağını bildirdi. Lakin, xx.xx.2023-cü ildən Elnura telefon yazışmalarında əlaqə yaratsa da o, müəyyən bəhanələrlə borcdan yayınır. Hal-hazırda cavabdeh telefon nömrəsini dəyişib və onunla heç bir əlaqəsi yoxdur. Məhkəmənin əvvəlki iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçının qardaşıdır. Cavabdehi qardaşının dostları vasitəsi ilə tanımışdır. Cavabdehin həyat yoldaşı Bakıda xəstəxanada əməliyyat olunması üçün dostları vasitəsi ilə qardaşından borc pul almışdır. Pulun bir hissəsini qaytarmış, qalan hissəsini isə 2 ay ərzində qaytaracağını demişdir. Qardaşı ona 10.000 manat pul vermişdir. Qəbzləri şahidlər yazmışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Pulun verilməsi ilə əlaqədar əlavə hansı sübutlara malik olması və məhkəməyə təqdim edə biləcəyi ilə əlaqədar məhkəmənin təklifinə mövcud sübutlarını yalnız iddia ərizəsinə əlavə etməsi ilə kifayətlənməsini bildirmişdir. Sonrakı məhkəmə prosesləri zamanı isə İddiaçı hazırki məhkəmə iclasına teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, bildiriş geri qaytarılaraq həmin ünvanda yaşamadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, tərəflərin iştirakı olmadan işin baxılması mümkündür. Məhkəmə işə əlavə edilmiş sənədləri obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh tərəfindən yazılması və imzalanması kimi göstərilmiş qəbzdə qeyd olunmuşdur: xx.xx.2022-ci il tarixdə, saat 21:39-da İddiaçı borc şəklində aldığı 10.000 manat məbləğində pulu 1 ay müddətinə qaytaracağına dair söz vermişdir. X1 tərəfindən yazılması və imzalanması kimi göstərilmiş ərizədə yazılmışdır ki, bir yerdə xidmət etdikləri B/G-r Cavabdeh xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində yaşayan xx.xx.1979-cu il təvəllüdlü İddiaçı 10.000 manat borc şəklində pul aldı. Cavabdeh pulu almaqda məqsədi dediyinə görə “Kapital Bank”-a olan kredit borcunu bağlayıb, yenidən digər bankdan yüksək məbləğdə kredit götürməkdir. Cavabdeh ilə birlikdə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə ilə tanış olmuş və hal şahidi olaraq iştirak etmişdir. X3 tərəfindən yazılması və imzalanması kimi göstərilmiş ərizədə yazılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanan müqaviləyə əsasən 10.000 manat borcdan 5797 manat hissəsini 2 ay müddətinə qədər verilməsinə Cavabdeh razılaşmışlar. Məhkəmə mülki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə iclasında iddiaçı irəli sürdüyü tələbi əsaslandıra bilməmiş, mənsubiyyət, mümkünlük və mötəbərliyi üzrə məhkəmənin obyektiv qiymətləndirilmə süzgəcindən keçə bilən heç bir əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Yəni iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş qəbz və ərizələrin mənsubiyyət və mötəbərlik baxımından məhkəmə qaydasında obyektiv qaydada qiymətləndirilməsi mümkün olmamış, iddiaçı tələbində haqlı olmasını sübuta yetirməmişdir. Qeyd olunanlar isə məhkəmənin iddianın rədd edilməsi ilə əlaqədar mövqeyinin doğru olmasını göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş 78 manat dövlət rüsumundan ibarətdir və məhkəmə hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar