Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-252/2023 26.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 (iyirmi min) manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə münasibəti normal olmuşdur. Cavabdeh ona yaxınlaşaraq onun üçün pul lazım olduğunu bildirmişdir. O da Cavabdeh pulun verilməsinə etiraz etməmişdir. Üstündən bir neçə gün keçdikdən sonra, yəni xx.xx.2021-ci ildə cavabdeh onun yanına gələrək borc pul lazım olduğunu deyib ondan 20000 (iyirmi min) manat borc pul istəmiş, o da etiraz etməmişdir. Cavabdeh 2022ci ilin may ayının 24-nə kimi qaytaracağına söz vermişdir. O da onunla münasibəti olduğu üçün həmin tarixdə Şirvan şəhər 1 saylı natariyat ofisinə gedib kredit müqaviləsi ilə ona 20000 (iyirmi min) manat borc pul vermişdir. Üstündən bir müddət keçsə də o Cavabdeh pulunu tələb etsə də, o, hərdəfə bir bahanə gətirərək pulu veməkdən yayınmışdır. O da məcbur olub məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 24 may 2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 20000 (iyirmi min) manat borc qismində aldığı pulu xx.xx.2022-ci il tarixədək qaytarmasını öhdəsinə götürmüşdür. İş materiallarında olan 24 may 2021-ci il tarixli 666 nömrəli Şirvan şəhər 1 saylı Notariat Ofisinin məktubundan görünür ki, Şirvan şəhəri T.İsmayılov küçəsi, 19 saylı evin 8 saylı mənzilində qeydiyyatda olan İddiaçı notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödəməli olan 20000 manat 00 qəpik (iyirmi min manat 00 qəpik) manat məbləğində pulun bankda olan AZ06BRES********************№-li depozit hesabına qəbul olunmasını və müqavilə təsdiq edildikdən sonra məktubu əsasında Şirvan şəhəri, S.Ə.Şirvani küçəsi, 27A saylı evdə qeydiyyatda olan Cavabdeh 20000 manat 00 qəpik (iyirmi min manat 00qəpik), məxaric çek əsasında verilməsini xahiş edilmişdir. İş materiallarında olan orderin surətindən görünür ki, İddiaçı tərəfindən 24 may 2021-ci il tarixdə verilmiş 20000 (iyirmi min) manat pul Bank Respublika ASC-nin Şirvan filialında olan depozit hesabına qəbul edilmişdir. İş materiallarında olan 24 may 2021-ci il tarixdə tərtib olunmuş kassa məxaric sənədlərinin 312 nömrəli reyestrindən görünür ki, 20000 (iyirmi min) manat məbləğində məxaric olunan vəsaiti almağa vəkil edilmiş fiziki şəxs Cavabdehdur. İş materiallarında olan məxaric çekin surətindən görünür ki, 20000 (iyirmi min) manat pul 24 may 2021-ci il tarixdə Cavabdeh verilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, İddiaçı 24 may 2021-ci il tarixli kredit müqaviləsinə əsasən aldığı 20000 (iyirmi min) manat borcu 10 gün ərzində qaytarılmasını Cavabdeh tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyinə dair xəbərdarlıq etmişdir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunmuşdur ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə,iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması tlə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə,borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə,bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa,borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə çatdırır ki,hər bir tərəf istinad etdiyi halları sübut etməli olduğundan, tərəflərin üzərinə ayrı-ayrılıqda istinad etdikləri halları sübutetmə yükü düşmüşdür. Beləliklə məhkəmə hesab edir ki,İddiaçı ilə Cavabdeh arasında 20000 (iyirmi min) manat məbləğində borcun verilməsinə dair 24 may 2021-ci il tarixli etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh kredit müqaviləsi ilə aldıqlarını İddiaçı qaytarmalı, bununla da iddia təmin olunmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-252/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-252/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver