Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-276/2025 13.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi hissəsində dəyişdirilərək artırılması, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay uşağa görə 300 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2020-ci ildə Şirvan şəhər Məhkəməsinin qətnaməsinə əsasən aralarında bağlanmış nikah ləğv edilmiş, xx.xx.2011ci ildə anadan olmuş X12 və xx.xx.2016-cı ildə anadan olmuş X8 ananın himayəsində saxlanılması və hər ay, hər uşağa 140 manat, cəmi 280 aliment müəyyən edilmişdir. Beləliklə, Cavabdeh onun ümumi qazancından hər ay hər uşağa cəmi 280 manat pul tutulur və aliment hesablanaraq ödənilir. Bu isə uşağların saxlanmasından ötəri həddindən artıq azdır. Uşağları saxlamaqda maddi cəhətdən çox çətinlik çəkir. Hal-hazırda uşaqlar böyükdür və xərcləri çoxdur. Cavabdeh müəyyən edilmiş 280 manat alimentdən əlavə uşaqlara başqa maddi yardım, eləcə də ərzaq, geyim əşyaları ilə bağlı yardım ödəmir. Bu pul ümumilikdə uşağların zəruri xərclərinə çatmır, maddi cəhətdən əziyyət çəkir, dolana bilmirlər. Belə ki, onun maddi xərcləri, təhsil xərcləri çoxdur və maddi cəhətdən bu xərcləri qarşılaya bilmir. Özü isə iş olmadığına görə heç bir yerdə işləmir. Cavabdeh uşağların saxlanmasından ötəri həddindən artıq az aliment ödəyir, bu pul – yəni 280 manat halhazırki dövrdə uşağların saxlanması üçün çox azdır, onun zəruri xərclərinə və ehtiyaclarının ödənilməsinə çatmır, bu səbəbdən də aliment miqdarının artırılmasını və oxuduğu üçün uzadılması barədə iddia qaldırmalı olmuşdur. Aliment miqdarının artırılmasından ötəri qanunvericiliyə uyğun olaraq Sabirabad 1 saylı X5 şəhərində yerləşən Mediasiya Təşkilatına müraciət etmiş və dövlət rüsumunu ödəmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, yaşayış minimumunun artırılması ilə əlaqədar olaraq alimentin artırılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, bildiriş “ünvan bağlıdır” qeydi ilə geri qayıtmışdır. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-164/2020 saylı qətnaməsi ilə iddiaçı X3 Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahından anadan olmuş 19 dekabr 2011-ci il təvəllüdlü X12 və 10 mart 2016-cı il təvəllüdlü X10 iddiaçı X3 himayəsində saxlanılması, müvəqqəti alimentin tutulmasına dair Şirvan şəhər Məhkəməsinin 2(032)-164/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadı ləğv edilməsi, 19 dekabr 2011-ci il təvəllüdlü X9 və 10 mart 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli xx.xx.2019-cu ildən hesablanmaqla xx.xx.1985-ci ildə Şirvan şəhərində anadan olmuşdur və hal-hazırda Şirvan şəhəri, Ş.Qurbanov küçəsi ev 57-də qeydiyyatda olan Cavabdeh hər ay bir uşağa 140 manat, iki uşağa görə 280 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Məhkəmənin tətbiq etdiyi hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin məcəllənin 232.3-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 23 dekabr 2024-cü il tarixli, əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci bəndinə əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “20” dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarnın “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın “20” dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin qərarın 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; 27 dekabr 2024-cü il tarixdən Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Hazırki iddia ərizəsindən də görünür ki, iddiaçının iddiası yaşayış minumumunun artımına əsaslanır, yəni, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır. Bu məsələ isə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 261.0.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəm qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, iddiasında qaldırdığı məsələ ilə bağlı icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №2(032)-276/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-276/2025
13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver