Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-286/2024 28.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi İddiaçı nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü övladı X3 üçün Cavabdeh tutulması qət edilən aliment məbləğinin artırılaraq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, birgə nikahlarından xx.xx.2007-ci ildə X10 dünyaya gəlmişdir. Cavabdehlə aralarında bağlanmış nikah Şirvan Şəhər Məhkəməsinin 2(032)- 634/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından dünyaya gəlmiş X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay 60 (altmış) manat sabit pul məbləğində alimentin tutulmasına dair Şirvan Şəhər Məhkəməsi tərəfindən 2(032)-4207/2016 saylı xx.xx.2016-cı il tarixli qətnamə qəbul edilmişdir. Cavabdehdən aliment alınmasına dair məhkəmə qətnaməsi qəbul edildikdən bəri təxminən 8 ilə yaxın bir müddət keçmiş, həmin müddətdə pandemiya, inflyasiya və digər səbəblərdən ərzaq, enerji və digər istehlak sahələrində bazar qiymətləri kəskin artmış, övladları Tarverdiyev İbrahimin artan sosial xərcləri və professional olaraq idmanın “Kikboks” növü ilə məşğul olması, eyni zamanda növbəti il ümumi orta təhsil müəssisəsindən məzun olacağından abituriyent hazırlığının effektivliyinin artırılması ilə bağlı əlavə ödənişli məşğələlərə getməsi onun saxlanılmasında ehtiyac duyulan maddi xərcləri artırmış və Cavabdeh sözügedən xərclərdə sadəcə 60 manatla çıxış etməsi yetərsiz qalmışdır. Cavabdeh boşanmadan sonra övladımızın istər tərbiyə olunmasına, istərsə də maddi ehtiyaclarının ödənilməsinə bir valideyn olaraq olduqca laqeydsiz yaşamış, məhkəmə tərəfindən üzərinə qoyulan aliment öhdəliyini ümumiyyətlə icra etməmişdir. Beləcə ödənilməli olan aliment məbləğinin hamısı borc olaraq yığılmış, bu da “Uşaq hüquqları haqqında” konvensiya illə müəyyən edilmiş “uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideyinin ümumi və eyni məsuliyyət daşıması” prinsipinin pozulmasına, eləcə də hüquqlarının qorunmasının əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olmuşdur. Cavabdeh işlədiyi üçün əmək haqqı almaqla yanaşı, əlilliyə görə sosial müavinət də alır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Şirvan şəhər Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli, 2(032)-4207/2016 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X2 üçün Cavabdeh 220 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etsə də, Cavabdeh 150 manat sabit pul məbləğində aliment ödəməsinə etirazı olmadığını bildirdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, o, ikinci dəfə ailə qurmuş və boşanmışdır. İkinci nikahından olan övladının saxlanması üçün hər ay 240 manat sabit pul məbləğində aliment ödəyir. Aylıq 300 manat əmək haqqı, 150 manat sosial müavinət olmaqla ümumilikdə 450 manat gəliri vardır. Başqa gəlir yeri yoxdur. Uşağın saxlanması üçün 150 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin 2(032)-634/2010 saylı, 01 dekabr 2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə X7 arasında27 may 2006-cı ildə Əli Bayramlı şəhər VVADQ şöbəsində bağlanmış və akt qeydləri kitabında 242 nömrə ilə qeydə alınmış nikahın pozulması, Yetkiinlik yaşına çatmayan, 04 avqust 2007-ci il tarixdə anadan olmuş X6 boşanmadan sonra anası X4 yanında qalması qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli, 2(032)-4207/2016 nömrəli qətnaməsi ilə Cavabdeh 04 avqust 2007-ci il təvəllüdlü X2 üçün hər ay 60 manat sabit pul məbləğində alimentin alınaraq uşağın anası İddiaçı verilməsi, alimentin 27 sentyabr 2016cı il tarixdən tutulması və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X5r. 19 aprel 2022-ci il tarixli Şirvan şəhər İcra və probasiya şöbəsinin DOST İş Mərkəzi MMC-yə ünvanladığı məktubundan görünür ki, Masallı rayon Məhkəməsinin 2(050)- 122/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2013- cü il təvəllüdlü X1 üçün hər ay 240 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X11 verilməlidir. Elektron Məhkəmə Portalından çıxarışdan görünür ki, Cavabdeh İİİ qrup əlil kimi 150 manat müavinət alır. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, habelə cavabdehin himayəsində digər nikahından yetkinlik yaşına çatmayan iki uşağının olmasından, aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin buna baxmayaraq göstərilən hal cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşağın gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşağın böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarını artıraraq hər ay 150 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Şirvan şəhər Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli, 2(032)-4207/2016 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2011-ci il təvəllüdlü X6 yekinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 90 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 1080 manat (90x12=1080) müəyyən edildilməklə iddianın qiyməti 1000 manatdan çox olduğundan cavabdehdən dövlət mədaxilinə 30,80 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli, 2(032)-4207/2016 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30,80 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-286/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-286/2024
28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver