Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-294/2024 04.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)- 1574/2018 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 üçün cavadeh Cavabdeh hər ay ona verilməsi üçün qət olunmuş 130 manat sabit pul məbləğində olan alimentin artırılaraq 235 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı ildə nikahı rəsmi qeyd etdirməklə evlənmişlər. Həmin nikahdan xx.xx.2017-ci il təvəllüdlü X4 adlı bir uşaqları anadan olmuşdur. Ailə nikah münasibətləri uyğun gəlmədiyi üçün onların nikahı məhkəmə qaydasında pozulmuş və xx.xx.2017-ci il təvəllüdlü oğlu onun himayəsində saxlanılmışdır. İş üzrə cavabdeh uşağın maddi təlabatı ilə maraqlanmadığı üçün o, aidiyyatı üzrə Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin aliment uşaqların maddi tələbatını ödəmədiyi üçün o, məcburiyyət qarşısında qalıb aidiyyatı üzrə alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-1574/2018 saylı qətnaməsi ilə, əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqla, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. İş üzrə Cavabdeh bir uşağa ödədiyi 130 manat alıment uşağın maddi təlabatına hal-hazrda çatmır. Cavabdeh hal-hazırda Türkiyə Respublikasında yaşayır, digər gəlirləri vardır. Ona görə ki, ölkədə gedən iqtisadi inkişaf və hər gün uşaqların maddi təlabatları artdığı üçün o, iş üzrə Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edir. Uşaq məktəblidir. Bu iddia ərizəsini “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci və 112.1-ci madələrinə istinad edib xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşağın saxlanması üçün Şirvan şəhər Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 2(032)-1574/2018 saylı qətnaməsinə əsasən Cavabdeh onun xeyrinə tutulan aliment miqdarının artırılaraq hər ay 235 manat alimentin tutulması vacibdir. Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli, ilkin medyasiya sessiyasında iştirak edilməməsi barədə aralarında razılıq əldə olunmamışdır. Bütün bunları iddia ərizəsinə əlavə etdiyi sübutlar, ölkədə gedən iktisadi inkişaf və dövlət başçısı olan prezidenti uşaqların maddi təminatının həmişə diqqət mərkəzində saxlaması bunu deməyə əsas verir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, ərizə göndərərək Türkiyə Respublikasında olduğundan və maddi imkanı olmadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etiraz ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Şirvan şəhəri qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 112495 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 atası Cavabdeh, anası İddiaçıdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-1574/2018 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli xx.xx.2018-ci ildən hesablanmaqla xx.xx.1988-ci ildə anadan olmuş və hazırda Bakı şəhəri,Surxanaı rayonu, Y/Günəşli qəsbəsi “D”Y/S, ev 19, mənzil 76-da qeydiyyatda olan və yaşayan Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, qətnamə qəbul edildikdən dərhal icra edilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli MŞS/MT023/2023-02973 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. Cavabdeh etiraz ərizəsindən görünür ki, hal-hazırda Türkiyədə yasayır və işləyir. Təəssüf ki, şəxsən məhkəmədə iştirak etmək üçün və ya onu təmsil edecek vəkil üçün maddi imkanı yoxdur. 5 il gecikdirmədən tam günündə 130 manat ödədiyini, qarşı tərəfin tələb etdiyi 235 manat alimenti ödəmək imkanı olmadığını nəzərə alınmasını xahiş edir. İddiaçı ilə bu mövzunu dəfələrə müzakirə etsələr də, atası Arif Rzayevin razılığı olmadığı üçün müsbət nəticə əldə edə bilməmişlər. Qarşı tərəfin tələb etdiyi alimenti gecikdirəcəyi və ya ödəməyəcəyi təqdirdə oğlu ilə danışmağı qadağan edəcəklərini bildirmişlər. Halhazırda 526 manat əmək haqqı alır, kirayədə yaşayır, kommunal və yol pulunu aldığı əmək haqqı ilə ödəyir. Hazırki vaxtda ən çox ödəyə biləcəyi məbləğ 180 manatdır, maddi imkanı olduqca əlavə də ödəyəcəkdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin etiraz ərizəsini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı , cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarı nəzərə alınmaqla, hər ay 200 manat sabit pul məbləğində olmaqla müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununu İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olması kimi qiymətləndirib, cavabdehin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmamasını nəzərə alıb hesab edir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-1574/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (200-130=70 manat, 70 x 12 = 840 manat) 1000 manatadək olduğundan, cavabdehdən 30 manat dövlət rüsumu dövlət nəfinə alınmalı və mediasiya prosesində çəkilən xərcin əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-1574/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-294/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-294/2024
04.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver