Məhkəmə qərarları › İş №2(032)-3/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-3/2023

23.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-3/2023 23.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı X5, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, nümayəndəsi X13 iştirakları ilə, İddiaçı X5 Cavabdeh qarşı əmlak və ya onun dəyərinin alınması, mənzilin təmiri üçün çəkdiyi xərcin alınması, istifadə hüququ müəyyən edilməklə evə köçürülmə tələbinə dair olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X15 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 127 adda 26625 manat dəyərində ona məxsus olan əmlakların və ya dəyərinin, eyni zamanda ona məxsus əmlakların satılmasından və kartına yığılmış puldan cəmi 10000 manat cavabdehin mülkiyyətində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, 2 saylı evin 4 otaqdan ibarət 20 saylı mənzilinin təmirinə çəkilmiş xərclərin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X15 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun atasıdır, doğulduğu gündən cavabdeh atasının mülkiyyətində olan ünvan 1 ünvanında valideynləri ilə birlikdə yaşayır. 2010-cu il tarixdə ailə quraraq Bakı şəhərinə gəlin köçmüş, ailə qurduqdan sonra mərhum anasının xəstəliyi ilə əlaqədar cavabdeh atası ilə anasını köçürüb Bakı şəhərinə öz yanına gətirmiş, onlar da onunla birlikdə yaşayıblar. 2015-ci ilin dekabrında anasının ölümündən sonra cavabdeh atası Cavabdeh da götürərək birlikdə Almaniyaya getmişdir. Həmin vaxt cavabdeh atasının razılığı ilə Bakı şəhərində yaşadıqları evdə həyat yoldaşı tərəfindən alınmış mebel və əşyalarını da gətirərək ünvan 3 ünvanında yerləşən 4 otaqlı mənzilə yığışmış, özləri də cavabdehlə birlikdə yoldaşı və 2 uşağını da götürərək Almaniyaya getmişdir. Təxminən 4 ilə yaxın cavabdeh atası da onlarla orada yaşamışdır. 2019-cu il tarixdə cavabdeh atası ilə birlikdə ünvan 4 ünvanında yerləşən evinə gəlmiş və orada cavabdeh atası Mirağa ilə birlikdə yaşamağa başlamışdır. Eyni zamanda həmin vaxt cavabdeh atası onu və 2 uşağını da, həmin evin pasport qeydiyyatına aldırmışdır. 2021-ci ilin sentyabrında bacısının yaratdığı söz-söhbətə görə onun ailəsi də dağıldı və həmin vaxt atası da 2 uşağı ilə birlikdə onu evdən çıxartdı. Həmin vaxtdan da cavabdeh atası evin qapısını da bağlayaraq onu evə buraxmadığı üçün uşaqları ilə birlikdə müvəqqəti olaraq kirayədə yaşamalı olmuşdur. Hazırda cavabdeh atasının evində ona məxsus olan aşağıda qeyd edəcəyi əmlaklar var ki, həmin əmlakları cavabdeh atası könüllü şəkildə ona vermək istəmir. Paltar yuyan maşın LG markalı 8/9 kq qiyməti 1500 manat, şkafarası iri çörək peçi 600 manat, Samsung mikrovalnovka 2 ədəd 450 manat, yük döşəyi 2 ədəd biri 100 manat olmaqla, cəmi 200 manat, yorğan 3 ədəd cəmi 500 manat, sintifon yorğan 4 ədəd 8 manat, sintifon balış 15 ədəd 350 manat, soyuducu 1300 manat, kondisioner “Mitsubishi” 2000 manat, mebel yataq dəsti 2000 manat, qaşlı taxt üstlüyü qaşlı çemodanda 1000 manat, taxt üstlüyü 1 ədəd 160 manat, pastel 2 nəfərlik, 10 dəst 600 manat, buxovu odeyal 8 ədəd 450 manat, dəvə yunundan yorğan 1 ədəd 250 manat, şirəçəkən 1 ədəd 150 manat, mikser qablı 1 ədəd 100 manat, yumurta qaynadan 1 ədəd 40 manat, kök doğrayan 40 manat, ləpə çəkən 1 ədəd 30 manat, blender 100 manat, elektrik sımovarı- 160 manat, şamdanlı şüşə qab 2 dəst 210 manat, duz qabı 3 dənəli 70 manat, tualet dəsti 90 manat, yaşıl rəngli “Kaşmir” xalça 2 ədəd 400 manat, xalça şabalıdı 2 ədəd 300 manat, bir ədədə qırmızı rəngli türk xalçası 300 manat, şabalıdı balaca xalça 1 ədəd 60 manat, tüklü xalça 2 ədəd balaca 60 manat, süfrə 10 ədəd 350 manat, süfrə dekoru muncuqlu 60 manat, velosiped 2 ədəd 190 manat, qazan 1 ədəd parverən 80 manat, bogema servis ürək şəkilli 120 manat, çay üçün servis setkalı 30 manat, kofe üçün servis kəpənəkli 45 manat, tozsoran “Kiber” 1 ədəd 2900 manat, tozsoran “parnoy” 1 ədəd 80 manat, kreslo həsirdən (yellənən) 1 ədəd 600 manat, pərdə jalüzidən 1 ədəd 800 manat, idman velosipedi 700 manat, 3 ədəd yemək üçün stol 600 manat, stul ağ kotazlı 6 ədəd 180 manat, böyük dəsmal 10 ədəd 100 manat, dəsmal materialından 1 ədəd taxt üstlüyü 60 manat, yay yorğanı 8 ədəd 160 manat, bir dəst çemodanlı uşaq pasteli 50 manat, əl-üz dəsmalı 20 ədəd 400 manat, çay-yemək Servisi güllü 180 manat, saatlı şam qabı bronza 2 ədəd (biri saatlı) 600 manat, padnoslu kofe qabı 1 dəst 60 manat, güldan balaca, gümüşü 1 ədəd 60 manat, böyük yolka oyuncaqları ilə birlikdə 1 ədəd 1000 manat, içində Quranı olan Quran qabı, 1 ədəd 80 manat, bir ədəd göy bogemalı meyvə qabı 300 manat, bir ədəd konfet qabı 2 mərtəbəli 80 manat, bir ədəd xrustal güldan 120 manat, bir ədəd xrustal meyvə qabı 50 manat, bir ədəd qulplu meyvə qabı 170 manat, 6 ədəd ləpə qabı- 180 manat, bir ədəd qara uzun güldan 60 manat, bir ədədə güldan mirvari 50 manat, bir ədəd meyvə qabı mirvari 50 manat, bir ədəd ləpə qabı mirvari 50 manat, bir ədəd yumru şamdan mirvari 20 manat, bir ədəd buynuz şamqabı mirvari 30 manat, bir ədəd xrustaldan ayaqlı ləpə qabı 30 manat , bir ədəd ağ ayaqlı şimiyyat qabı 30 manat, bir ədəd kəpənəkli ağ zərli ləpə qabı 30 manat, bir ədəd ağ zərli şirniyyat qabı 30 manat, 3 ədəd nikelli qazan 100 manat, bir dəst termost nikelli qazan 120 manat, nikelli qazan dəsti 6 predmet 150 manat, 1 dəst Tefal qəhvəyi rəngli qazan 300 manat, 1 ədəd aliminium toy qazanı 30 manat, 2 ədəd böyük aşsüzən 30 manat, 1 ədəd böyük tefal qazan, qırmızı rəngli 50 manat, 1 ədəd xrustal podnos 60 manat, 1 ədəd suvenir tovuzquşu 50 manat 16 ədəd uzun bakal, rəngli 50 manat, 1 ədəd peç içi şüşəli şirniyyat qabı 25 manat, 1 ədəd Çemodan (Almaniya) qaşıq dəsti 250 manat, 8 ədəd bulud 40 manat, 8 ədəd souz qabı 40 manat, 24 ədəd dolma qabı 50 manat, 24 ədəd aş qabı 40 manat, 24 ədəd salat qabı 40 manat, 24 ədəd kabab qabı 40 manat, 24 ədəd ləpə qabı 40 manat, 24 ədəd xörək qaşığı 30 manat, 24 ədəd çəngəl 30 manat, 24 ədəd limon çəngəli 30 manat, 24 ədəd yağ bıçağı 40 manat, 24 ədəd masqura 40 manat, 24 ədəd xrustal mürəbbə qabı 50 manat, 6 ədəd xrustal kül qabı 50 manat, 6 ədəd şüşə ləpə qabı 30 manat, 24 ədəd böyük su bakalı 60 manat, 24 ədəd balaca su bakalı 60 manat, 6 ədəd bəzəkli bakal 60 manat, 24 ədəd armudu stəkan xrustaldan 50 manat, 24 ədəd armudu stəkan nəlbəkisi 50 manat, 12 ədəd xrustal stəkan (böyük) 50 manat, 12 ədəd iri nəlbəki 40 manat, 1 ədəd xrustal konfet qabı (lötkə) 60 manat, 1 ədəd qulplu nikelli aşsüzən 30 manat, 1 ədəd ağ güllü taxt üstlüyü 150 manat, 2 ədəd qara şüşəli televizor altlığı 150 manat, 1 ədəd suvenir at 30 manat, 1 ədəd qapaqlı suvenir güldan 80 manat, 6 ədəd bulud qaşığı 30 manat, 3 ədəd iri kəfkir 30 manat, 1 ədəd çuqun qazan 30 manat, 2 ədəd iri həcmli çiyin sumkası 100 manat, 60 manat, 1 ədəd rüqzaq sumka 110 manat, 1 ədəd Dior toy üçün sumka 70 manat, 1 dəst qara şirniyyat qabı (bir böyük, 6 ədəd balaca) 30 manat, 1 ədəd şüşəli manqal, elektriklə 150 manat, 1 ədəd xəmir yoğuran maşın 130 manat, 1 ədəd elektrikli salat doğrayan 70 manat, 1 ədəd Mişqa 70 manat, ceyran oyuncaq 35 manat, quzu böyük oyuncaq 30 manat, sarı rəngli Pişik oyuncaq 30 manat, 1 ədəd ayı oyuncağı 50 manat, 1 ədəd ürək şəkilli suvenir 40 manat, əlavə olaraq cavabdehlə birlikdə onun mülkiyyətində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, bina 2, mənzil 20-də yaşayarkən 2020-ci il tarixdə ona məxsus olan 5000 (beş) min manat dəyərində olan ağ qızıldan brilyant qaşlı bir dəst komplekti (qolbaq, sep, klon, sırğa və üzükdən ibarət) Rabitə Banka girov qoyaraq 2500 manat pul götürüb evin təmirinə xərcləmiş, bundan əlavə yenə də Rabitə Bankdan həmin vaxt öz adına olan kartda yığılmış puldan 2100 manatı ona məxsus olan 3 ədəd 750 problu qızıl üzüklərini, bir ədəd ağ qızıldan klon cəmi 1900 manata, bir dəst ağ qızıldan göy qaşlı brilyant komplektini də 5500 manata (halbuki 8000 manata almışdır) sataraq bunun da 3500 manatını evin təmirinə xərcləmişdir. Cavabdehlə bir evdə yaşayacağı fikri ilə cəmi 1000 min manat, ona məxsus qızıl zinət əşyalarını sataraq, bankdan götürdüyü pulları da cavabdehin mülkiyyətində olan evin təmirinə xərcləmiş olsa da indi başa düşür ki, cavabdeh atası olsa da onun pullarından istifadə edərək evini təmir etdirmiş, hazırda isə onu iki uşağı ilə birlikdə küçələrdə qoymuşdur. Onun evinin təmirinə çəkmiş olduğu xərci 10000 manatı isə ona ödəmək istəmir, bunun əvəzi olaraq hətta polis şöbəsinə ondan şikayət yazaraq üstünə şər atır ki, onun pullarını qaytarmasın. İddiaçı X5 nümayəndəsi və vəkili Vəkil iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 127 adda 26625 (iyirmi altı min altı yüz iyirmi beş) manat dəyərində əmlakların özünün və ya dəyərinin eyni zamanda, Şirvan şəhəri, T.İsmayılov küçəsi, 2 saylı evin 04 otaqdan ibarət 20 saylı mənzilinin təmirinə çəkilmiş 10000 (on min) manat məbləğində pulun alınıb verilməsi və həmçinin Şirvan şəhəri, T.İsmayılov küçəsi, 02 saylı evin 20 saylı mənzilinə onun istifadə hüququnun tanınması və onun azyaşlı uşaqları olan xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 ilə birlikdə həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X15 valideynləri ailə qurub Sabirabad rayonu Nəsimi kəndində babalarına məxsus evdə yaşayıblar. Onların birgə nikahından 3 uşaqları: bir oğlan iki qız uşaqları dünyaya gəlib. 1975-ci ildə qardaşı Namiq (ailəlidir ayrı yaşayır), 1977-ci ildə bacısı Aynurə (ailəlidir ayrı yaşayır) və xx.xx.1980-cı il təvəllüdlü X15. İddiaçıanın təxminən 5 yaşı olanda valideynləri Şirvan şəhərinə köçmüş, 9 ilə yaxın müddət kirayələrdə yaşamışlar və sonra atalarına işlədiyi idarədən ünvan 5 ünvandan 04 otaqlı mənzil verilmiş və o, həmin mənzildə böyümüş, yetkinlik yaşına çatmış və 2010-cu ildə ailə qurub Bakı şəhərinə gəlin köçmüşdür. Bakı şəhərində həyat yoldaşına məxsus iki yerdə şəxsi fərdi yaşayış evləri olmuş, əsasən Bakıda Həzi Aslanov metrostansiyası yaxınlıgındakı fərdi yaşayış evində yaşamışlar. Anası 1956-cı il təvəllüdlü X14 xəstə oldugu üçün o, anası və atası Mirağanı Bakıya öz evlərinə dəvət etmiş, onları yanında saxlamış, anasını müalicə etdirmiş ancaq, müalicələr bir nəticə verməmiş, anası xx.xx.2015-ci ildə vəfat etmişdir. Bir müddət həyat yoldaşı, uşaqları və atası ilə birlikdə yaşasalar da, həyat yoldaşı Məzahir Nəsibovun işləri ilə əlaqədar Almaniyaya köçmək, orada oturum izni alıb yaşamaq niyyətində olmuşlar. Onun həyat yoldaşı Məzahir Nəsibovun imkanı yaxşı olmuş, yaşadıqları evdə onun iddia ərizəsində qeyd etdiyi əmlakları olmuşdur. 2016-cı ildə yaşadıqları evi satıb Almaniyaya köçərkən atası ilə birlikdə iddia ərizəsində qeyd olunan 127 adda evində olan əmlakları Şirvan şəhəri, T.İsmayılov küçəsi, 02 saylı evin 20 saylı mənzilinə yığmış və 2016-cı ildə atası Mirağa ilə birlikdə ailəvi Almaniyaya getmişlər. Gedərkən mənzilin açarını Sabirabad rayonu Nəsimi kəndində yaşayan böyük bibisi X9 vermişdir. Atası və ailəsi ilə birlikdə 3 il Almaniyada yaşayıblar. 2019-cu ilin may ayında atası və uşaqları ilə birlikdə müvəqqəti Azərbaycan Respublikasına qayıdıblar. İddiaçı qayınatasıgilə Abşeron rayonu Sulutəpə qəsəbəsinə atası isə Sabirabad şəhərində yaşayan digər bibisi Ağabalayeva (Quliyeva) Xəzəngül Səftər qızının evinə yaşamaga getmişdir. Məqsəd 1 ay burada qalıb yenidən Ukrayna Respublikasına getmək olub. Çünki onun həyat yoldaşı X6 Ukrayna keçib onlara xəbər edəcək və onlar da Ukraynaya gedəcəklərmiş. Həyat yoldaşı barədə cinayət işi açıldıgından o, Azərbaycana onlarla birlikdə gələ bilməmiş və Ukraynaya gedərkən tutulub Azərbaycana təhvil verilmişdir. Həyat yoldaşı hal-hazırda Bakı İstintaq Təcridxanasında cəza çəkir. Həyat yoldaşı tutulduğu üçün onların da Ukraynaya getmək planları alınmamış, iddiaçı uşaqları və atası ilə birlikdə Şirvan şəhəri, T.İsmayılov küçəsi, 02 saylı evin 20 saylı mənzilinə köçmək qərarına gəlmişlər. Lakin mənzil xüsusən də hamam-tualet təmirsiz olduğundan, isti su problemi, istilik sistemi olmadığından mənzili köçməzdən qabaq öz pulu ilə təmir etdirmək fikrində olmuş və bu barədə atası Mirağaya bildirdikdə o bildirmişdir ki, “ev sənindir necə bilirsən elə də et”. Köçməzdən əvvəl hamam-tualeti əla səviyyədə təmir etdirmiş və sonra ailəvi mənzilə köçmüşlər. İnşaat materialı və usta xərcinə təkcə hamam-tualet üçün 4500 manat xərci çıxmışdır. Bundan sonra mətbəxi və 04 otaqlı evin iki otagını uşaq otağı və qonaq otağını tam təmir etdirmiş və ümumilikdə təmir xərclərinə 10000 manatdan çox pulu çıxmışdır. Digər qalan iki otağı isə atası ilə aralarında narazılıqlar səbəbindən qalmış, həmin iki otaq təmir edilməmişdir. İddiaçı qeyd edir ki, mətbəx və evin iki otağı təmir ediləndə atası Mirağa da onunla birlikdə yaşayırmış. Mətbəxə mətbəx mebeli yığdırmış (1400 manata), döşəməsinə metlax, divarına divar kağızı, tavana alçiban vurdurmuş, hamam tualetin döşəmə və divarlarına kafel-metlax vurdurmuş, qonaq və uşaq otağının döşəməsinə bahalı laminat, tavana alçiban üstünə də divar kağızı çəkilmiş, divarlara divar kağızı çəkilmiş və mətbəx və iki otağa üç ədəd yeni NDF materialdan qapılar (400 manata) qoyulmuşdur. Mənzilin əvvəlki təmirsiz vəziyyətində döşəmə beton olmuş heç taxtası da olmamış, divarlar isə emosiya ilə boyanmış vəziyyətdə olmuşdur. Almaniyadan qayıdandan sonra 2-3 ay qayınatasıgildə Abşeron rayonu Sulutəpə qəsəbəsində yaşayandan sonra məlum olanda ki, onlar yaranmış vəziyyətlə əlaqədar Ukraynaya getməyəcəklər və Azərbaycanda qalacaqlar onda iddiaçı Şirvan şəhəri, T.İsmayılov küçəsi, 02 saylı evin 20 saylı mənzilin hamamtualetini təmir etdirəndən sonra 2019-cu ilin oktyabr ayında atası və uşaqları ilə birlikdə mənzilə köçmüş, orada cavabdehlə birgə təsərrüfat aparmış və 2021-ci ilin avqust ayında atası onu uşaqları ilə birlikdə mənzildən qovmuşdur. Hazırda həmin mənzildə uşaqları və o pasport qeydiyyatındadırlar. Bu səbəbdən onun həmin mənzildə istifadə hüququ vardır və o, həmin mənzilə yaşamaq üçün azyaşlı uşaqları ilə birlikdə köçürülməlidir. Daha sonra iddiaçı X5 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsində qeyd olunan 127 adda 26625 (iyirmi altı min altı yüz iyirmi beş) manat dəyərində əmlakların özünün və ya dəyərinin eyni zamanda, Şirvan şəhəri, T.İsmayılov küçəsi, 02 saylı evin 04 otaqdan ibarət 20 saylı mənzilinin təmirinə çəkilmiş 10000 (on min) manat məbləğində pulun alınıb iddiaçı X10 verilməsi və həmçinin Şirvan şəhəri, T.İsmayılov küçəsi, 02 saylı evin 20 saylı mənzilinə iddiaçı X5 istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçıa iddia ərizəsində 127 adda 26625 (iyirmi altı min altı yüz iyirmi beş) manat dəyərində əmlaklarının özünün və ya dəyərinin eyni zamanda, Şirvan şəhəri, T.İsmayılov küçəsi, 02 saylı evin 04 otaqdan ibarət 20 saylı mənzilinin təmirinə çəkilmiş 10000 (on min) manat məbləğində pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra, məhkəməyə tərəfindən xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə əlavə verilərək iddia tələbinin həcmi artırılmış və həmin iddiaya əlavə ərizəsində “ilkin iddia ərizəsində qeyd olunan 127 adda 26625 (iyirmi altı min altı yüz iyirmi beş) manat dəyərində əmlakların özünün və ya dəyərinin eyni zamanda, Şirvan şəhəri, T.İsmayılov küçəsi, 02 saylı evin 04 otaqdan ibarət 20 saylı mənzilinin təmirinə çəkilmiş 10000 (on min) manat məbləğində pulun alınıb verilməsi və həmçinin Şirvan şəhəri, T.İsmayılov küçəsi, 02 saylı evin 20 saylı mənzilinə iddiaçı X5 istifadə hüququnun tanınması və onun, azyaşlı uşaqları olan xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 ilə birlikdə həmin mənzilə köçürülmələri barədə” qətnamə qəbul edilməsi xahiş edilmişdir. Hazırda məhkəməyə verilən ilk iddia ərizəsinə və xx.xx.2022-ci il tarixli iddia ərizəsinə əlavəyə iddia tələbinin həcmini “iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülmələri” hissəsində azaltmaq zərurəti yaranmışdır. İddiaçı qeyd edir ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi, 02 saylı evin 20 saylı mənzil tam mülkiyyət hüququ ilə iş üzrə iddiaçı atası Cavabdeh məxsusdur. İddiaçı uşaq yaşlarında həmin mənzildə boya-başa çatmış və oradan ailə qurub gəlin köçmüşdür. Həyat yoldaşı tutulduqdan sonra o, 2019-cu il tarixdə həmin mənzilə təkrar qeydiyyata düşmüş, 3 il mənzilin sahibi iş üzrə Cavabdehlə bir yerdə yaşamış, birgə təsərrüfat aparmış, atasına qulluq etmiş, evin dolanışığının böyük hissəsi onun üzərinə düşmüşdür. Bu səbəbdən onun həmin mənzildə istifadə hüququ vardır Hazırda həmin mənzildə uşaqları və özü pasport qeydiyyatındadırlar. Məhkəmə iclasında iddiaçı X15 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək etirazında bildirmişdir ki, Quliyeva Elnarə Bakıda yaşayarkən həyat yoldaşı ilə külli miqdarda pul mənimsədikləri üçün (yeni tikili bina evlərinin birinin bir neçə adama satılması kimi) Azərbaycandan qaçmalı olmuşlar. Atası Cavabdeh 2 körpə uşaq kimsəsiz qalmasın deyə özləri ilə aparmışlar. Əvvəl Almaniya sonra xx.xx.2019-cu ilədək Hollandiyada yaşamışlar. Həyat yoldaşı X17 işə görə keçərkən axtarışda olduğu üçün tutulmuşdur. İddiaçının keçmiş həyat yoldaşı Nəsibov Məzahir tutulduğunu biləndən sonra Cavabdeh Quliyeva Elnarəni və uşaqları Azərbaycana gətirmişdir. Nəsibov Məzahir bütün mal və mülkünü itirdiyi üçün ailəsi və uşaqları yaşamağa yer olmadığı üçün Cavabdeh onları ünvan 6 ünvanına gətirmişdir. Mənzildə yaşayış olmadığı üçün yüngül təmirə ehtiyac olmuşdur. Cavabdeh ölkə xaricində olarkən almadığı əmək pensiyası yığıldığından Dövlət sosila Müdafiə Fondu o məbləği 18-20 aya verməyi məsləhət bilmişdir. Hər ay 850 manat pul evin yeganə gəliri olmuşdur. Bu pullarla da Cavabdeh evi təmir etmişdir. Böyük bacısının həyat yoldaşı tanıdığı mağazadan inşaat malları kreditlə götürülmüşdür. Onun da pulunu böyük bacısı Almaniyadan göndərmişdir. Azərbaycana gələrkən Hollandiya ölkəsi Cavabdeh, Quliyeva Elnarə və uşaqlara hər birinə 2500 avro (5000 manat) pul vermişdir. O pul Bakıda ödənilməli olan vaxt əvəzinə WolksWagen Passat markalı maşına verilmişdir. Cavabdeh da payı o maşına hesablanmışdır. X23 adına qeydiyyata alınmışdır. Cavabdeh və Quliyeva Elnarə Azərbaycana gələrkən böyük bacısı Azərbaycanda istifadəsi üçün bəzi elektrik avadanlıq və əşyanı onlarla göndərmişdir. Quliyeva Elnarə və həyat yoldaşı Nəsibov Məzahir Azərbaycandan qaçmazdan bir az əvvəl ünvan 7 ünvanındakı evə bir miqdar avadanlıq gətirmişlər. Quliyeva Elnarə keçmiş həyat yoldaşı türmədə olan zaman o X19 ilə münasibət qurmuşdur. Adına olan maşını, baxmayaraq ki, orda atası Cavabdeh haqqı var Məmmədov Vasifin adına keçirmişdir. Sonra bu azmış kimi evdəki Bakıdan gətirdikləri əşya və avadanlığı Məmmədov Vasiflə aparmışdır. Kəndlərində də satmağa icazə vermişdir. Halbuki o avadanlıqlar və mallar türmədəki həyat yoldaşı ilə birlikdə yaşadıqları zaman Nəsibov Məzahirin aldığı avadanlıqlardır. Sonra Bakıda yaşayan türmədəki keçmiş həyat yoldaşı Nəsibov Məzahirin bacısı Səhər adlı xanımla İddiaçı münasibəti olduğu üçün evdəki malların demək olar ki, çox hissəsini Səhər xanımın qudası olan Asudə xanıma satması üçün göndərmiş və hamısını dəyərdəyməzə satdırmışdır. X18 Elnarəyə aldığı qızıl-zinət əşyalarını isə satıb türmədəki həyat yoldaşı Nəsibov Məzahirə sonuncunu əmisioğlu ilə (Romanla) göndərmişdir. ünvan 7 ünvanındakı evi isə Quliyeva Elnarə atası Cavabdeh təkidlə Məmmədov Vasifin adına keçirməyi söyləmişdir. Buna Cavabdeh qəti etirazını bildirdikdən sonra evdəki, qalan özlərinə aid olan və olmayan avadanlıq və əşyalarıda götürərək evi tərk etmişlər. Məmmədov Vasiflə birgə gedərkən böyük bacısına aid Cavabdeh saxlaması üçün verdiyi 130 qram qızıl-zinət və elektirik avadanlıqlarını da aparmışlar. Bir müddət Cavabdeh Quliyeva Elnarənin və Məmmədov Vasifin apardığı onlara aid olmayan əşya və avadanlığı qaytarılmalarını istəmiş və gözləmişdir. Amma onlar əməl etməmişlər. Sonda Cavabdeh və böyük bacısının həyat yoldaşı Söhbətov Ramiz polisə müraciət edəcəklərini bildirmişlər. Quliyeva Elnarə və Məmmədov Vasifin və onlara qızıl-zinət əşylarını və avadanlığı satmaqda yardım edənlərin bəzilərini tanıyır. Türmədəki keçmiş həyat yoldaşı ilə telefon danışığı olmuşdur. X27 çirkin əməllərindən xəbəri olduğunu soruşduq da xəbəri olduğunu bildirmiş və lazım olan köməyi göstərəcəyini söyləmişdir. İddiaçının bilinməyən iddia ərizəsində göstərilənlər barəsində atası Cavabdeh Şirvan şəhər Polis şöbəsinə rəsmi ərizə ilə Quliyeva Elnarənin onun evindən oğurluq edərək aparılan qızıl-zinət və digər əşyalar barəsində müraciəti olmuşdur. Bu barədə Şirvan Polis şöbəsində təhqiqat aparmışdır. X15 tərəfindən ərizədə göstərilənlər heç bir həqiqətə uyğun deyildir. Odur ki, iddianın etiraf edilən hissədə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddianın nümayəndəsi X20 izahatında iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi mənzildə olan əmlakların (özünün və ya dəyərinin) qaytarılması, mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsi və Şirvan şəhəri, T.İsmayılov küçəsi, 02 saylı evin 20 saylı mənzilə iddiaçının istifadə hüququnun tanınmasıdır. Məhkəmə hesab edirki, qeyd edilən tələblərə hər birinə ayrı-ayrılqda qiymət verilməldir. İddiaçının iddia tələbinin iddia ərizəsində qeyd olunan 127 adda 26625 (iyirmi altı min altı yüz iyirmi beş) manat dəyərində əmlakların özünün və ya dəyərinin eyni zamanda qaytarılması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında görünür ki, iddiaçı müvvəqəti təmin tədbiri olaraq Şirvan şəhəri, T.İsmayılov küçəsi, 02 saylı evin 20 saylı mənzildə olan iddia ərizəsində qeyd edilən əmlakların siyahıya alınması və və əmlaklardan istifadə edilməsinin qadağan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 8(032)- 21/2022 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddia ərizəsində qeyd edilən əşyalar üzrə 82 adda, yəni yük döşəyi 2 ədəd, yorğan 3 ədəd, sintifon yorğan 1 ədəd, sintifon balış 12 ədəd, taxt üstlüyü 1 ədəd, buxovu ədyal 5 ədəd, dəvə yunundan yorğan 1 ədəd, duz qabı 3 dənəli, yaşıl rəngli “Kaşmir xalça” 2 ədəd, xalça şabalıdı 2 ədəd, qırmızı rəngli türk xalçası 1 ədəd, şabalıdı balaca xalça 1 ədəd, tüklü xalça balaca 2 ədəd, süfrə 10 ədəd, süfrə dekorlu muncuqlu, velosiped 2 ədəd, bogema servis ürək şəkilli, çay üçün servis setkalı, kofe üçün servis kəpənəkli, tozsoran “Kiber” 1 ədəd, tozsoran parla 1 ədəd, kreslo həsirdən (yellənən) 1 ədəd, pərdə jalüzdən 1 ədəd, idman velosipedi, yemək üçün stol 3 ədəd, böyük dəsmal 10 ədəd, dəsmal materialında taxt üstlüyü 1 ədəd, yay yorğanı 1 ədəd, əl-üz dəsmalı 7 ədəd, çay-yemək servis güllü, güldan balaca gümüşü 1 ədəd, böyük yolka 1 ədəd, içində Quran kitabı olan Quran qabı 1 ədəd, göy bogemalı meyvə qabı 1 ədəd, konfet qabı 1 ədəd, qulplu meyvə qabı 1 ədəd, qara uzun güldan 1 ədəd, güldan mirvari 1 ədəd, ağ ayaqlı şirniyyat qabı 1 ədəd, ağ zərli şirniyyat qabı 1 ədəd, nikel qazan 3 ədəd, termostskli nikelli qazan 1 ədəd, nikelli qazan dəsti 6 predmet, Tefal qəhvəyi rəngli qazan 1 ədəd, böyük aşsüzən 2 ədəd, böyük tefal qazan qırmızı rəngli 1 ədəd, suvener tovuzquşu 1 ədəd, uzun bakal rəngli 16 ədəd, bulud 8 ədəd, dolma qabı 24 ədəd, aş qabı 24 ədəd, salat qabı 24 ədəd, kabab qabı 24 ədəd, ləpə qabı 24 ədəd, xörək qaşığı 24 ədəd, çəngəl 24 ədəd, limon çəngəli 24 ədəd, yağ bıçağı 24 ədəd, maskura 24 ədəd, xrustal mürəbbə qabı 24 ədəd, böyük su bakalı 24 ədəd, balaca su bakalı 24 ədəd, bəzəkli bakalı 6 ədəd, armudu stəkan xrustal 24 ədəd, armudu stəkan nəlbəkisi 24 ədəd, xrustal stəkan böyük 12 ədəd, qaşlı taxt üstlüyü 1 ədəd, ağ güllü taxt üstlüyü 1 ədəd, qara şüşəli televizor altlığı 2 ədəd, suvener at 1 ədəd, iri kəpkir 3 ədəd, çuqun qazan 1 ədəd, şüşəli manqal elektriklə 1 ədəd, mişka (oyuncaq) 1 ədəd, ceyran oyuncaq, quzu böyük oyuncaq, ayı oyuncağı 1 ədəd əşya müəyyən edilmiş və üzərlərinə həbs qoyulmuşdur. Məhkəmə iclasında icra işi üzrə qeyd edilən əşyalardan yük döşəyi 2 ədəd, yorğan 3 ədəd, sintifon yorğan 1 ədəd, sintifon balış 12 ədəd, taxt üstlüyü 1 ədəd, buxovu ədyal 5 ədəd, dəvə yunundan yorğan 1 ədəd, duz qabı 3 dənəli, yaşıl rəngli “Kaşmir xalça” 2 ədəd, xalça şabalıdı 2 ədəd, qırmızı rəngli türk xalçası 1 ədəd, şabalıdı balaca xalça 1 ədəd, tüklü xalça balaca 2 ədəd, süfrə 10 ədəd, süfrə dekorlu muncuqlu, velosiped 2 ədəd, bogema servis ürək şəkilli, çay üçün servis setkalı, kofe üçün servis kəpənəkli, tozsoran “Kiber” 1 ədəd, tozsoran parla 1 ədəd, kreslo həsirdən (yellənən) 1 ədəd, pərdə jalüzdən 1 ədəd, idman velosipedi, yemək üçün stol 3 ədəd, böyük dəsmal 10 ədəd, dəsmal materialında taxt üstlüyü 1 ədəd, yay yorğanı 1 ədəd, əl-üz dəsmalı 7 ədəd, çayyemək servis güllü, güldan balaca gümüşü 1 ədəd, böyük yolka 1 ədəd, içində Quran kitabı olan Quran qabı 1 ədəd, göy bogemalı meyvə qabı 1 ədəd, konfet qabı 1 ədəd, qulplu meyvə qabı 1 ədəd, qara uzun güldan 1 ədəd, güldan mirvari 1 ədəd, ağ ayaqlı şirniyyat qabı 1 ədəd, ağ zərli şirniyyat qabı 1 ədəd, nikel qazan 3 ədəd, termostskli nikelli qazan 1 ədəd, nikelli qazan dəsti 6 predmet, Tefal qəhvəyi rəngli qazan 1 ədəd, böyük aşsüzən 2 ədəd, böyük tefal qazan qırmızı rəngli 1 ədəd, suvener tovuzquşu 1 ədəd, uzun bakal rəngli 16 ədəd, bulud 8 ədəd, dolma qabı 24 ədəd, aş qabı 24 ədəd, salat qabı 24 ədəd, kabab qabı 24 ədəd, ləpə qabı 24 ədəd, xörək qaşığı 24 ədəd, çəngəl 24 ədəd, limon çəngəli 24 ədəd, yağ bıçağı 24 ədəd, maskura 24 ədəd, xrustal mürəbbə qabı 24 ədəd, böyük su bakalı 24 ədəd, balaca su bakalı 24 ədəd, bəzəkli bakalı 6 ədəd, armudu stəkan xrustal 24 ədəd, armudu stəkan nəlbəkisi 24 ədəd, xrustal stəkan böyük 12 ədəd, qaşlı taxt üstlüyü 1 ədəd, ağ güllü taxt üstlüyü 1 ədəd, qara şüşəli televizor altlığı 2 ədəd, suvener at 1 ədəd, iri kəfkir 3 ədəd, çuqun qazan 1 ədəd, şüşəli manqal elektriklə 1 ədəd, mişka (oyuncaq) 1 ədəd, ceyran oyuncaq, quzu böyük oyuncaq, ayı oyuncağı 1 ədəd əşyaların iddiaçıya məxsus olması etiraf edilmiş, soyuducu 1 ədəd, kondisioner “Mitsubishi” 1 ədəd, mebel yataq dəsti 1 ədəd, ağ dəri stul 6 ədəd, aliminium toy qazanı 1 ədəd əşyalara münasibətdə isə iddiaçıya məxsus olmaması bildirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə müəyyən edilmiş əşyalardan yük döşəyi 2 ədəd, yorğan 3 ədəd, sintifon yorğan 1 ədəd, sintifon balış 12 ədəd, taxt üstlüyü 1 ədəd, buxovu ədyal 5 ədəd, dəvə yunundan yorğan 1 ədəd, duz qabı 3 dənəli, yaşıl rəngli “Kaşmir xalça” 2 ədəd, xalça şabalıdı 2 ədəd, qırmızı rəngli türk xalçası 1 ədəd, şabalıdı balaca xalça 1 ədəd, tüklü xalça balaca 2 ədəd, süfrə 10 ədəd, süfrə dekorlu muncuqlu, velosiped 2 ədəd, bogema servis ürək şəkilli, çay üçün servis setkalı, kofe üçün servis kəpənəkli, tozsoran “Kiber” 1 ədəd, tozsoran parla 1 ədəd, kreslo həsirdən (yellənən) 1 ədəd, pərdə jalüzdən 1 ədəd, idman velosipedi, yemək üçün stol 3 ədəd, böyük dəsmal 10 ədəd, dəsmal materialında taxt üstlüyü 1 ədəd, yay yorğanı 1 ədəd, əl-üz dəsmalı 7 ədəd, çay-yemək servis güllü, güldan balaca gümüşü 1 ədəd, böyük yolka 1 ədəd, içində Quran kitabı olan Quran qabı 1 ədəd, göy bogemalı meyvə qabı 1 ədəd, konfet qabı 1 ədəd, qulplu meyvə qabı 1 ədəd, qara uzun güldan 1 ədəd, güldan mirvari 1 ədəd, ağ ayaqlı şirniyyat qabı 1 ədəd, ağ zərli şirniyyat qabı 1 ədəd, nikel qazan 3 ədəd, termostskli nikelli qazan 1 ədəd, nikelli qazan dəsti 6 predmet, Tefal qəhvəyi rəngli qazan 1 ədəd, böyük aşsüzən 2 ədəd, böyük tefal qazan qırmızı rəngli 1 ədəd, suvener tovuzquşu 1 ədəd, uzun bakal rəngli 16 ədəd, bulud 8 ədəd, dolma qabı 24 ədəd, aş qabı 24 ədəd, salat qabı 24 ədəd, kabab qabı 24 ədəd, ləpə qabı 24 ədəd, xörək qaşığı 24 ədəd, çəngəl 24 ədəd, limon çəngəli 24 ədəd, yağ bıçağı 24 ədəd, maskura 24 ədəd, xrustal mürəbbə qabı 24 ədəd, böyük su bakalı 24 ədəd, balaca su bakalı 24 ədəd, bəzəkli bakalı 6 ədəd, armudu stəkan xrustal 24 ədəd, armudu stəkan nəlbəkisi 24 ədəd, xrustal stəkan böyük 12 ədəd, qaşlı taxt üstlüyü 1 ədəd, ağ güllü taxt üstlüyü 1 ədəd, qara şüşəli televizor altlığı 2 ədəd, suvener at 1 ədəd, iri kəpkir 3 ədəd, çuqun qazan 1 ədəd, şüşəli manqal elektriklə 1 ədəd, mişka (oyuncaq) 1 ədəd, ceyran oyuncaq, quzu böyük oyuncaq, ayı oyuncağı 1 ədəd əşyaların özü və ya dəyəri iddiaçıya qaytarılmalıdır. Cavabdeh tərəfindən etiraf edilməyən soyuducu 1 ədəd, kondisioner “Mitsubishi” 1 ədəd, mebel yataq dəsti 1 ədəd, ağ dəri stul 6 ədəd, aliminium toy qazanı 1 ədəd əşyalara münasibətdə isə məhkəmə hesab edir ki, 1300 manat dəyərində soyuducuya münasibətdə iddiaçının tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarında olan "xxxx" MMC ilə X15 arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, müqavilə üzrə Vestel NF 480 BL A+ markalı soyuducu X1. Məhkəmə hesab edir ki, Vestel NF 480 BL A+ markalı soyuducunun mövcudluğu və iddiaçıya məxsus olması sübuta yetirildiyindən qeyd edilən əşya (və ya dəyəri) cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İcra sənnədi üzrə aktda qeyd edilən və cavabadeh tərəfindən etiraf edilməyən əşyalar kondisioner “Mitsubishi” 1 ədəd, mebel yataq dəsti 1 ədəd, ağ dəri stul 6 ədəd, aliminium toy qazanı 1 ədədə münasibtədə və iddia ərizəsində qeyd edilən paltar yuyan maşın LG markalı 8/9 kq qiyməti 1500 manat, şkafarası iri çörək peçi 600 manat, Samsung mikrovalnovka 2 ədəd 450 manat, kondisioner “Mitsubishi” 2000 manat, pastel 2 nəfərlik, şirəçəkən 1 ədəd 150 manat, mikser qablı 1 ədəd 100 manat, yumurta qaynadan 1 ədəd 40 manat, kök doğrayan 40 manat, ləpə çəkən 1 ədəd 30 manat, blender 100 manat, elektrik sımovarı-160 manat, şamdanlı şüşə qab 2 dəst 210 manat, tualet dəsti 90 manat, qazan 1 ədəd parverən 80 manat, bir dəst çemodanlı uşaq pasteli 50 manat, çay-yemək Servisi güllü 180 manat, saatlı şam qabı bronza 2 ədəd (biri saatlı) 600 manat, padnoslu kofe qabı 1 dəst 60 manat, bir ədəd xrustal güldan 120 manat, bir ədəd xrustal meyvə qabı 50 manat, bir ədəd meyvə qabı mirvari 50 manat, bir ədəd ləpə qabı mirvari 50 manat, bir ədəd yumru şamdan mirvari 20 manat, bir ədəd buynuz şamqabı mirvari 30 manat, bir ədəd kəpənəkli ağ zərli ləpə qabı 30 manat, 1 ədəd xrustal podnos 60 manat, 1 ədəd peç içi şüşəli şirniyyat qabı 25 manat, 1 ədəd Çemodan (Almaniya) qaşıq dəsti 250 manat, 8 ədəd souz qabı 40 manat, 6 ədəd xrustal kül qabı 50 manat, 6 ədəd şüşə ləpə qabı 30 manat, 24 ədəd böyük su bakalı 60 manat, 24 ədəd balaca su bakalı 60 manat, 1 ədəd qulplu nikelli aşsüzən 30 manat, 1 ədəd qapaqlı suvenir güldan 80 manat, 6 ədəd bulud qaşığı 30 manat, 2 ədəd iri həcmli çiyin sumkası 100 manat, 60 manat, 1 ədəd rüqzaq sumka 110 manat, 1 ədəd Dior toy üçün sumka 70 manat, 1 dəst qara şirniyyat qabı (bir böyük, 6 ədəd balaca) 30 manat, 1 ədəd xəmir yoğuran maşın 130 manat, 1 ədəd elektrikli salat doğrayan 70 manat, sarı rəngli pişik oyuncaq 30 manat əşyalara münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin tələblə bağlı iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların iddia etdiyi miqdarda və qiymətdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman bu əmlakların özünün sahibliyində olmadığını sübut etməlidir. Lakin iddiaçı tərəfindən qeyd edilən əşyaların mövcudluğu və cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda iddiaçının məhkəmə iclasında vermiş olduğu izahatlarında evdən gedərkən hər hansı maneə olmadığı və əşyalarının götürülməsinə qadağa qoyulmadığı bildirmişdir. İşin fakitki hallarından da bu halı təkzib edəcək hal müəyyən edilməmişdir. İddiaçının iddia tələbinin Şirvan şəhəri, T.İsmayılov küçəsi, 02 saylı evin 20 saylı mənzilə iddiaçının istifadə hüququnun tanınması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair qərarına əsasən «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, mübahisəli yaşayış sahəsi ilə bağlı hüquq münasibətləri 2001-ci ilin sentyabrın 01-dək yarandığından hazırki mübahisə həmin dövrdə qüvvədə olmuş xx.xx.1982-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. Məhkəmə iddia tələbinin iddiaçı X5 yaşayış sahəsinə istifadə hüququnun tanınması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı atası ilə birlikdə mübahisə predmeti olan ev özəlləşdirilməmişdən əvvəl və sonra həmin evdə yaşamış, onunla birlikdə ümumi təsərrüfat aparmış, həmin evdən istifadə etmiş və həmin evdən bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Ona görə də, iddia tələbi iddiaçı X5 mənzildən istifadə hüququnun tanınması hissəsində təmin edilməlidir. İddiaçının iddia tələbinin Şirvan şəhəri, T.İsmayılov küçəsi, 02 saylı evin 04 otaqdan ibarət 20 saylı mənzilinin təmirinə çəkilmiş 10000 (on min) manat məbləğində pulun alınıb iddiaçı X10 verilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/5984 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 8 evin 20 saylı mənzilinin iki yaşayış otağına, mətbəx və hamam-ayaqyolu tikilisində təmir işləri aparıldığı müəyyən edilir. ünvan 8 evin 20 saylı ünvanında yerləşən mənzildə yerinə yetirilmiş yenidənqurma və təmir-tikinti işlərinin dəyəri bazar qiymətinə uyğun olaraq 5361 manat məbləğində müəyyən olunur. İş materiallarına əlavə edilmiş Sabirabad rayonu Nizami kənd ünvanında yaşayan X11 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş **********825 nömrəli ərizədə qeyd edilmişdir ki, “Mən - X2 Elnarə Mirağa qızının təklifi ilə 2019-cu ilin oktyabr ayında evinin təmir işinə başlamışam. 2020-ci ilin dekabr ayında işə başlayıb Pandemiya ərəfələrində işi dayandırıb, Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, 2 saylı evin 20 saylı mənzilində hamam və sanitar qovşağında gedən işlər - suvağ işləri bitdikdən sonra evdə sıfırdan elektrik, suvağ, malyar, alçiban, laminant, oboy işlərini tam şəkildə görmüşəm. Qapılar dəyişdirildikdən sonra mən qapının ətraf hissələrini təmir etmişəm. Bu işləri tam şəkildə görmədiyim üçün ayrı-ayrı günlərdə razılaşdığımız məbləği almışam. Bu pulları ev sahibi X3 almışam ona qarşı heç bir şikayətim və tələbim yoxdur.” Həmçinin məhkəmə iclasında iddiaçı evin təmiri ilə bağlı xərclərin onun tərəfindən çəkilmiş olduğunu, cavabdeh isə qızı hazırkı iş üzrə iddiaçı X5 evin təmiri zamanı hər hansı bir vəsaiti olmadığı və evin təmiri ilə bağlı xərclərin onun tərəfindən qarşılandığını, evin təmirini aparan usta pulunun isə onun təqaüdü ilə həmin dövrdə qızı İddiaçıa birgə yaşadıqlarından onun tərəfindən qızına verimiş və qızı tərəfindən ustaya verildiyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, ünvan 8 evin 20 saylı mənzilinin iki yaşayış otağına, mətbəx və hamam-ayaqyolu tikilisində təmir işləri aparıldığı işin mübahisəsiz halıdır. İddiaçı evin təmiri ilə bağlı 10000 manat pul xərcləndiyini iddia etsə də, təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq evin təmirinə çəkilən xərcin 5361 manat məbləğində müəyyən olunmuşdur. Lakin tərəflərin vermiş olduğu izahatlarından və işin faktiki hallarından məhz təmirinin iddiaçı tərəfindən çəkilmiş olduğu müəyyən edilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının mənzilin təmirinin onun tərəfindən aparılmış olduğu qəbul edilmiş olsa belə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun tanınmış olması ilə həmin mənzilin təmirinə çəkilmiş olan xərclərin tutulması bir-birinə ziddiyət təşkil edən tələblərdir. Yəni bir tələbin təmin edilməsi, digər tələbin rədd edilməsi ilə nəticələnən tələblərdir. Belə ki, istifadə hüququnun tanınması özlüyündə mübahisəli mənzilin bütün mövcud olan tərkib xassələrindən istifadə edilməsi kimi qiymətləndirilir. Hər iki tələbin birlikdə baxılaraq təmin edilməsi isə qeyri-müəyyənliklə nəticələnə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçı X3, 50 manatı Cavabdeh tutulmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 8 evin 20 saylı mənzildə yerləşən Vestel NF 480 BL A+ markalı soyuducu, yük döşəyi 2 ədəd, yorğan 3 ədəd, sintifon yorğan 1 ədəd, sintifon balış 12 ədəd, taxt üstlüyü 1 ədəd, buxovu ədyal 5 ədəd, dəvə yunundan yorğan 1 ədəd, duz qabı 3 dənəli, yaşıl rəngli “Kaşmir xalça” 2 ədəd, xalça şabalıdı 2 ədəd, qırmızı rəngli türk xalçası 1 ədəd, şabalıdı balaca xalça 1 ədəd, tüklü xalça balaca 2 ədəd, süfrə 10 ədəd, süfrə dekorlu muncuqlu, velosiped 2 ədəd, bogema servis ürək şəkilli, çay üçün servis setkalı, kofe üçün servis kəpənəkli, tozsoran “Kiber” 1 ədəd, tozsoran parla 1 ədəd, kreslo həsirdən (yellənən) 1 ədəd, pərdə jalüzdən 1 ədəd, idman velosipedi, yemək üçün stol 3 ədəd, böyük dəsmal 10 ədəd, dəsmal materialında taxt üstlüyü 1 ədəd, yay yorğanı 1 ədəd, əl-üz dəsmalı 7 ədəd, çay-yemək servis güllü, güldan balaca gümüşü 1 ədəd, böyük yolka 1 ədəd, içində Quran kitabı olan Quran qabı 1 ədəd, göy bogemalı meyvə qabı 1 ədəd, konfet qabı 1 ədəd, qulplu meyvə qabı 1 ədəd, qara uzun güldan 1 ədəd, güldan mirvari 1 ədəd, ağ ayaqlı şirniyyat qabı 1 ədəd, ağ zərli şirniyyat qabı 1 ədəd, nikel qazan 3 ədəd, termostskli nikelli qazan 1 ədəd, nikelli qazan dəsti 6 predmet, Tefal qəhvəyi rəngli qazan 1 ədəd, böyük aşsüzən 2 ədəd, böyük tefal qazan qırmızı rəngli 1 ədəd, suvener tovuzquşu 1 ədəd, uzun bakal rəngli 16 ədəd, bulud 8 ədəd, dolma qabı 24 ədəd, aş qabı 24 ədəd, salat qabı 24 ədəd, kabab qabı 24 ədəd, ləpə qabı 24 ədəd, xörək qaşığı 24 ədəd, çəngəl 24 ədəd, limon çəngəli 24 ədəd, yağ bıçağı 24 ədəd, maskura 24 ədəd, xrustal mürəbbə qabı 24 ədəd, böyük su bakalı 24 ədəd, balaca su bakalı 24 ədəd, bəzəkli bakalı 6 ədəd, armudu stəkan xrustal 24 ədəd, armudu stəkan nəlbəkisi 24 ədəd, xrustal stəkan böyük 12 ədəd, qaşlı taxt üstlüyü 1 ədəd, ağ güllü taxt üstlüyü 1 ədəd, qara şüşəli televizor altlığı 2 ədəd, suvener at 1 ədəd, iri kəfkir 3 ədəd, çuqun qazan 1 ədəd, şüşəli manqal elektriklə 1 ədəd, mişka (oyuncaq) 1 ədəd, ceyran oyuncaq, quzu böyük oyuncaq, ayı oyuncağı 1 ədəd əşyaların özü və ya dəyəri alınaraq iddiaçıya qaytarılsın. Şirvan şəhəri T.İsmayılov küçəsi 02 saylı evin 04 otaqdan ibarət 20 saylı mənzilinə iddiaçı X5 istifadə hüququ tanınsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı iddiaçı X3, 50 manatı Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar